Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-15/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 2ə əmri ilə 18 aprel 1979-cu il tarixdə Qusar rayonunda anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, 600 saylı H\Hissədə qeydiyyatda olan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən kreditor Bank “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə 139721-CNS-14351/1 saylı Nağd pul kredit müqaviləsi üzrə 4965,33 ABŞ dolları əsas borc, 627,20 ABŞ dolları faiz borcu, 54,63 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 139721-1-13293/1 saylı Kredit xətti müqaviləsi üzrə 1946,49 ABŞ dolları əsas borc, 326,15 ABŞ dolları faiz borcu, 20,57 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Cavabdeh 07 fevral 2020-ci il tarixdə məhkəmə əmrinə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq, ünvan 2ə əmrinin ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(009)-755/2020 saylı qərardadı ilə ünvan 2ə əmri ləğv edilərək, materiallara iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bank “xxxx” (Azərbaycan) ASC 16.03.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək əvvəllər qəbul olunmuş məhkəmə əmri üzrə cavabdehin əmək haqqından tutulmalar olduğundan, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2016-cı il tarixli 139721-CNS-14351/1 Nağd pul krediti müqaviləsi üzrə 4671,57 ABŞ dolları məbləğində əsas borc olmaqla ümumilikdə 4671,57 ABŞ dolları və 04.02.2016-cı il tarixli 139721-1-13293/1 saylı “Kredit xətti müqaviləsi üzrə 1946,49 ABŞ dolları məbləğində əsas borc, 266,55 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 2213,04 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 AZN dövlət rüsumunun Cavabdeh tutularaq Bank (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə Cavabdeh adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014cü il tarixli, 139721-CNS-14351 saylı Nağd Pul Krediti Müqaviləsi üzrə 4633,45 manat və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 139721-1-13293 saylı Kredit Xətti Müqaviləsi üzrə 1193,00 manat, cəmi 5826,45 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması qət edilmişdir. Lakin bu günə qədər həmin kompensasiya məbləği Cavabdeh ödənilməmişdir. Ona görə də, həmin kompensasiya məbləğinin borc məbləğindən çıxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 139721-CNS-14351/1 Nağd pul krediti müqaviləsi”ndən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanmaqla 36 ay müddətinə 6800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.12.2014-cü il tarixli 139721-CNS-14351/1 Nağd pul krediti müqaviləsi”nə 25.01.2016-cı il tarixli dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma müqaviləsindən görünür ki, Cavabdeh 25.01.2016-cı il tarixinə olan borcu 5137 ABŞ dolları məbləğində müəyyən edilərək, illik 22 faizlə 24 ay müddətinə uzadılmışdır. İş materiallarında olan 11.12.2014-cü il tarixli, 139721-1-13293 saylı Kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 32 faiz hesablanmaqla 24 ay müddətinə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.12.2014-cü il tarixli 139721-1-13293 saylı Kredit xətti müqaviləsi”nə 04.02.2016-cı il tarixli dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma müqaviləsindən görünür ki, Cavabdeh 04.02.2016-cı il tarixinə olan borcu 1969,26 ABŞ dolları məbləğində müəyyən edilərək, illik 29 faizlə 24 ay müddətinə uzadılmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 139721-CNS-14351/1 saylı 25.01.2016-cı il tarixli «Nağd pul krediti müqaviləsi» üzrə 20.02.2020-ci il tarixinə olan borcu: əsas borc 4671,57 ABŞ dolları, faiz borcu 0.00 ABŞ dolları, cəmi 4671,57 ABŞ dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 139721-1-13293/1 saylı 04.02.2016-cı il tarixli «Nağd pul krediti müqaviləsi» üzrə 20.02.2020-ci il tarixinə olan borcu: əsas borc 1946.49 ABŞ dolları, faiz borcu 266.55 ABŞ dolları, cəmi 2213.04 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 139721-CNS-14351 saylı Nağd Pul krediti Müqaviləsi üzrə 4633.45 manat və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 139721-1-13293 saylı Kredit Xətti Müqaviləsi üzrə 1193,00 manat, cəmi 5826,45 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 139721-CNS-14351 saylı «Nağd pul kredit müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 6800 manat məbləğində kredit verilmişdir. Bundan sonra, bank ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 139721-CNS-14351 saylı kredit müqavimləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdeh 25 yanvar 2016-cı il tarixinə olan borcu 5137 ABŞ dolları məbləğində müəyyən edilərək illik 22 faiz hesablanması şərti ilə 24 ay müddətinə uzadılmışdır. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 139721-1-13293 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeha istehlak məqsədilə illik 32 faiz hesablanması şərti ilə 24 ay müddətinə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 139721-1-13293 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdeh 04 fevral 2016-cı il tarixinə olan borcu 1969.26 ABŞ dolları məbləğində müəyyən edilərək illik 29 faiz hesablanması şərti ilə 24 ay müddətinə uzadılmışdır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında eləcə də müəyyən edildi ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 139721-CNS- 14351 saylı Nağd Pul krediti Müqaviləsi üzrə 4633.45 manat və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 139721-1-13293 saylı Kredit Xətti Müqaviləsi üzrə 1193,00 manat, cəmi 5826,45 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması qərara alınmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də, qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə hər iki müqavilə üzrə müəyyən olunmuş kompensasiya məbləği hazırki tələbdə göstərilən borc məbləğindən çıxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 139721-CNS-14351 saylı, 11.12.2014-cü il tarixli Nağd Pul Krediti Müqaviləsi üzrə 4671,57 (dörd min altı yüz yetmiş bir ABŞ dolları əlli yeddi sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləği İddiaçı ASC-nin xeyrinə tutulsun. İcra zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə 139721-CNS-14351 saylı, 11.12.2014-cü il tarixli Nağd Pul Krediti Müqaviləsi üzrə müəyyən edilmiş 4633,45 (dörd min altı yüz otuz üç manat qırx beş qəpik) manat kompensasiya məbləği borc məbləğindən çıxılsın. Cavabdeh 139721-1-13293 saylı, 11.12.2014-cü il tarixli Kredit Xətt Müqaviləsi üzrə 1946.49 (min doqquz yüz qırx altı ABŞ dolları qırx doqquz sent) ABŞ dolları əsas, 266,55 (iki yüz altmış altı ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2213,04 (iki min iki yüz on üç ABŞ dolları dörd sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləği İddiaçı ASC-nin xeyrinə tutulsun. İcra zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə 139721-1-13293 saylı, 11.12.2014-cü il tarixli Kredit Xətt Müqaviləsi üzrə müəyyən edilmiş 1193,00 (bir min yüz doxsan üç) manat kompensasiya məbləği borc məbləğindən çıxılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-15/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-15/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver