Məhkəmə qərarları › İş №2(009)-15/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-15/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-15/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Alyar Muratın və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “dəymiş zərərin və təmir bərpa işlərinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “dəymiş zərərin və təmir bərpa işlərinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.09.2017-ci il tarixli müqavilə öhdəliyini pozduğuna görə 40 ay x 3000=120.000 manat əldə ediləcək mənfəət və təmir xərclərinə sərf edilmiş 200.000 manat olmaqla, cəmi 320.000 (üç yüz iyirmi min) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri və vəkili Barışıq Sazişini məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi:

1. "xxxx" MMC məhkəmənin icraatında olan yuxarıda qeyd olunmuş iş üzrə iddia tələbindən imtina etməklə, gələcəkdə bu barədə iddia qaldırmamaq öhdəliyi götürür.

2. Hər iki tərəf 25.02.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair yeni 3 illik notarial icarə müqaviləsi bağlanması və həmin tarixdə də otelin təhvil-təslim aktı əsasında təhvil verilməsinə dair öhdəlik götürür.

3. Yeni icarə müqaviləsinin şərtləri qarşılıqlı razılıqla müəyyən ediləcəkdir.

4. Tərəflər birlikdə eyni mübahisə üzrə bu və ya dolayı formada bir-birilərinə qarşı gələcəkdə iddia qaldırmamaq öhdəliyini üzərlərinə götürürlər. Məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də cavabdehin nümayəndəsinin (vəkilinin) fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İ. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. "xxxx" MMC məhkəmənin icraatında olan yuxarıda qeyd olunmuş iş üzrə iddia tələbindən imtina etməklə, gələcəkdə bu barədə iddia qaldırmamaq öhdəliyi götürür.

2. Hər iki tərəf 25.02.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair yeni 3 (üç) illik notarial icarə müqaviləsi bağlanması və həmin tarixdə də otelin təhvil-təslim aktı əsasında təhvil verilməsinə dair öhdəlik götürür.

3. Yeni icarə müqaviləsinin şərtləri qarşılıqlı razılıqla müəyyən ediləcəkdir.

4. Tərəflər birlikdə eyni mübahisə üzrə bu və ya dolayı formada bir-birilərinə qarşı gələcəkdə iddia qaldırmamaq öhdəliyini üzərlərinə götürürlər.

İİ. İddiaçı MMC-nin - Cavabdeh qarşı “dəymiş zərərin və təmir bərpa işlərinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair 2(009)-15/2022 saylı mülki işin icraatına xitam verilsin.

İİİ. İddiaçı MMC-yə və Cavabdeh izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar