Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1506/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi Əliyev Yaqub Vəkil oğlunun iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı" MMC-nin əmlakına (avtobusa) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1318,31 (min üç yüz on səkkiz manat otuz bir qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1348,71 (min üç yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi, və o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən o, avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək həmin vəzifədə xidmət etmişdir. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş, və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, həmin şəxs xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə 88 nömrəli marşurut xəttində xidmətdə olan zaman yolnəqliyyat hadisələri törətmişdir. Hər iki hadisənin də baş verdiyi yerə sığorta şirkətinin nümayəndələri və DYP əməkdaşları gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, özü isə bu faktları etiraf etmişdir. Beləliklə nəticədə həmin hadisələrin baş verdiyi vaxt Cavabdeh idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 3542.21 və 731.21 manat məbləğində maddi ziyan dəymişdir. Bu faktları müvafiq olaraq xx.xx.2019 və xx.xx.2019cu il tarixli zərər aktları da təsdiq edir. Sözügedən maddi zərərlərin ümumi məbləğindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən müvafiq sığorta müqavilələrində qeyd edilmiş azadolma məbləğləri üzrə yaranmış borcdan (İddiaçı MMC ilə “xxxxxxxxxxxx” ASC arasında Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə bağlanılmış müvafiq sığorta müqaviləsinə əsasən şərtsiz azadolma məbləği 1000 manat təşkil edir), Əmək Məcəlləsinin 205-ci maddəsinə və müvafiq “Tam maddi məsuliyyət” haqqında müqavilənin müddəalarına əsasən ödədiyi məbləğ istisna edilməklə hazırkı tarixədək cavabdeh tərəfindən Cəmiyyətə ödənilməyən 1318,31 manat məbləğində borc qalmışdır. Cavabdeh tərəfindən həmin qalıq borcun hissə-hissə ödənilməsinə dair Cəmiyyətin direktoruna ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmış və razılıq verilməyinə baxmayaraq o, bu öhdəlikdən qəsdən boyun qaçırdır. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu borcunun 10 gün ərzində ödənilməsi barədə tələb məktubu göndərilmiş, lakin borclu bu məktubu şəxsən qəbul etsə də orada qeyd edilmiş tələbə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əliyev Yaqub Vəkil oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMCdə QTİND-nin marşurut xətlərinin idarə edilməsi şöbəsinə sürücü vəzifəsinə təyin edilmiş və xx.xx.2019-cu il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında əmək müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 1 il sınaq müddəti təyin edilməklə, 3 ay müddətinə, aylıq 800 manat əmək haqqı hesablanmaqla İddiaçı MMC-nin müvafiq şöbəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı MMC-nin QTİND-nin müdirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, o, izahatında xx.xx.2019-cu il tarixdə saat 13:50 radələrində idarə etdiyi **-JX-*** dövlət nömrə nişanlı 88 nömrəli avtobusla Səməd Vurğun küçəsi ilə hərəkət edərkən İddiaçı MMC-yə məxsus ** JH *** nömrəli nişanlı avtobusa dəyərək yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtobusun qabaq hissəsi və qabaq sağ tərəfi zədələnmişdir. Hadisəni DYP-nin və sığorta şirkətinin əməkdaşları qeydiyyata almışlar. Onun nəqliyyat hadisəsi törətdiyinə görə ona TP ******* saylı inzibati protokol tərtib edilmişdir. İş materialları ilə tanış olmuş və yol nəqliyyat hadisəsi törədərək avtobusları zədələdiyi üçün məsuliyyət daşıyır. İdarə etdiyi avtobusa dəymiş zərərin əmək haqqısından tutulmasına etiraz etməmişdir. İşə əlavə edilmiş Cavabdeh xidməti fəaliyyəti barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, QTİND-nin avtomobillərin təmiri və texniki baxış şöbəsinin müdiri İlham Rüstəmov tərəfindən daxil olan xidməti məlumata əsasən xx.xx.2019-cu il tarixdə keyfiyyətə nəzarət üzrə baş mütəxəssis Şirinov Şahin “Urbanway" markalı - ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa baxış keçirən zaman S6, S7, R1 (arxası), R2(üstü), X8, X9, X10, X11, L4 hissələrinin zədələndiyini aşkarlamışdır. Aşkarlanan zədələr barəsində 140799 nömrəli yoxlama aktı tərtib edilmişdir. Araşdırma zamanı məlum oldu ki, xx.xx.2019-cu il tarixdə ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla sürücü Cavabdeh xidmətdə olarkən avtobusu zədələmişdir. Araşdırma zamanı Cavabdeh izahatında xx.xx.2019-cu il tarixdə 88 nömrəli xətt üzrə ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman Səməd Vurğun küçəsi ilə hərəkət edib sola dönmə əməliyyatı apardığını, bu zaman onun sol tərəfi ilə hərəkət edən “İddiaçı" MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət etdiyini, hərəkət sıxlığı olduğu üçün S.Vurğun küçəsinə dönərkən dönməni geniş götürdüyünü, əyləcdən istifadə edərkən avtobusun yırğalanaraq ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa toxunduğunu nəticədə yan şüşələrin və yan tərəfin zədələndiyini, “102” xidmətinə və sığorta şirkətinə məlumat verdiyini, yol polisinin ona protokol tərtib etdiyini, cəriməni ödədiyini, məsuliyyət daşıdığını, avtobusa dəymiş zərərin əmək haqqından hissə-hissə tutulmasına razı olduğunu göstərmişdir. Materiala “xxxxxxxxxxxx” ASC -dən hadisənin qeydiyyata alınması barədə sənəd əlavə olunmuşdur. Materiala Bakı şəhər DYPİ-dən daxil olmuş TP ******* nömrəli qərarın surəti əlavə olunmuşdur. İddiaçı MMC-nin QTİND-nin ATTBŞ-i və MŞ tərəfindən verilmiş 4786 N-li zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa 3542.21 manat (üç min beş yüz qırx iki manat 21 qəpik) məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü Cavabdeh avtobusa maddi ziyan vurduğu üçün məsuliyyət daşıyır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh barəsində müvafiq intizam tənbehi görülməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı MMC-nin QTİND-nin müdirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, o, izahatında xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində idarə etdiyi **-JH-*** dövlət nömrə nişanlı 8 nömrəli avtobusla Azadlıq prospekti ilə Z.Bünyadov prospetinin kəsişdiyi yerdə tuneldən 28 May metrosu istiqamətində hərəkət edərkən “Mercedes” markalı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtobusun qabaq hissəsi və qabaq sağ tərəfi zədələnmişdir. Hadisəni DYP-nin və sığorta şirkətinin əməkdaşları qeydiyyata almışlar. Onun nəqliyyat hadisəsi törətdiyinə görə ona İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. İş materialları ilə tanış olmuş və yol nəqliyyat hadisəsi törədərək avtobusları zədələdiyi üçün məsuliyyət daşıyır. İdarə etdiyi avtobusa dəymiş zərərin əmək haqqısından tutulmasına etiraz etməmişdir. İşə əlavə edilmiş Cavabdeh xidməti fəaliyyəti barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, QTİND-nin avtomobillərin təmiri və texniki baxış şöbəsinin müdiri İlham Rüstəmov tərəfindən daxil olan xidməti məlumata əsasən xx.xx.2019-cu il tarixdə mexanik Babayev Vüsal “Urbanway" markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa baxış keçirən zaman Q5-2. 02 (tin), Q2 (2-4), P1, F3 (bağlantı yeri), F2 (bağlanan yeri), F1 (arxa korpusu), Q2 (arxa bütün və bağlanan yerləri) hissələrinin zədələndiyini aşkarlamışdır. Aşkarlanan zədələr barəsində 137358 nömrəli yoxlama aktı tərtib edilmişdir. Araşdırma zamanı məlum oldu ki, xx.xx.2019-cu il tarixdə **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla sürücü Cavabdeh xidmətdə olduğu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Sürücü Cavabdeh öz izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində 88 nömrəli xətt üzrə **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişdiyi yerdə tuneldən çıxaraq 28 May m/st. istiqamətində hərəkət edərkən “Mercedes ML” markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı idarə etdiyi avtobusun qabaq hissəsi və qabaq sağ tərəfi zədələnmişdir. Hadisəni sığorta şirkətinin və DYP-nin əməkdaşları qeydiyyata almışdır. Yol nəqliyyat hadisəsi törətdiyi üçün ona İXP ******* nömrəli inzibati protokol tərtib olunduğunu, iş materialı ilə tanış olaraq məsuliyyət daşıdığını və dəymiş zərərin əmək haqqından tutulmasına razı olduğunu izahatında göstərmişdir. “İddiaçı" MMC-nin QTİND-nin ATTBŞ-i və MŞ tərəfindən 5065 nömrəli zərər aktı vasitəsi ilə **-JH- *** dövlət qeydiyyat nişanlı avtobusa 731.21 manat (yeddi yüz otuz bir manat iyirmi bir qəpik) məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyi üçün məsuliyyət daşıyır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh barəsində müvafiq intizam tənbehi görülməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli İRİŞ-614 əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşə əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı MMC-də sürücü kimi fəaliyyət göstərdiyi dövrdə səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində Cəmiyyətə ümumilikdə 1318 manat məbləğində ziyan vurduğunu etiraf etmiş, yaranmış 1318 manat məbləğində borcu xx xxxxx 2020-ci il tarixdən başlayaraq hər ayın 10-a kimi hər ay 100 manat olmaqla ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, “İveco Urbanway” markalı, **-JX-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobuslar “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 4786 nömrəli zərər aktından görünür ki, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyan 3001,87 manat təşkil etmişdir. Ümumi məbləğdən ƏDV (18%) 540,34 manat, cəmi 3542,21 manat təşkil etmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 4786 nömrəli zərər aktından görünür ki, “İveco Urbanway” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyan 731,21 manat təşkil etmişdir. İşə əlavə edilmiş İddiaçı MMC ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə T1/8 nömrəli Satınalma Müqaviləsinə edilmiş 1 nömrəli əlavədən görünür ki, müqavilənin müddəti 12 ay müddətinə nəzərdə tutulmuş və azadolmalar hər bir hadisə halında 1000 manat (hadisə baş verən zaman Sifarişçinin sürücüsü təqsirli olduğu halda azadolma tətbiq olunur) müəyyən edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli xidməti məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixində “İddiaçı" MMC-yə məxsus “iveco Urbanway” markalı ** JX *** dövlət nömrə nişanlı avtobusda 88 nömrəli xətt üzrə xidmət aparan sürücü Cavabdeh baş vermiş yolnəqliyyat hadisəsində məsuliyyət daşıyır. Dəymiş ziyan franşiza məbləğini aşdığı üçün sürücünün əmək haqqından 1000 manat 6 (altı) dəfəyə tutulması məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli xidməti məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixində İddiaçı MMC-yə məxsus “iveco Urbanway” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobusda 88 nömrəli xətt üzrə xidmət aparan sürücü Cavabdeh baş vermiş yolnəqliyyat hadisəsində məsuliyyət daşıyır. Dəymiş 731.21 manat ziyanın sürücünün əmək haqqından 5 (beş) dəfəyə tutulması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “İddiaçı" MMC-yə 1318,31 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh 1318,31 manat məbləğində pulu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə 88 nömrəli marşurut xəttində xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmiş, hər iki hadisənin də baş verdiyi yerə sığorta şirkətinin nümayəndələri və DYP əməkdaşları gələrək araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, özü isə bu faktları etiraf etmiş və beləliklə həmin hadisələrin baş verdiyi vaxt Cavabdeh idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 3542.21 və 731.21 manat məbləğində maddi ziyan dəymiş, bu faktlar müvafiq olaraq xx.xx.2019 və xx.xx.2019-cu il tarixli zərər aktları ilə də təsdiq edilmiş, sözügedən maddi zərərlərin ümumi məbləğindən, yəni yaranmış borcdan müvafiq sığorta müqavilələrində qeyd edilmiş azadolma məbləğləri çıxılmış və tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət” haqqında müqavilənin müddəalarına əsasən ödədiyi məbləğ istisna edilməklə hazırkı tarixədək cavabdeh tərəfindən Cəmiyyətə ödənilməyən 1318,31 manat məbləğində borc qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə 88 nömrəli marşrut xəttində xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmiş və nəticədə İddiaçı MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobuslara maddi zərər vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC-nin əmlakına (avtobusa) vurulmuş zərərin əvəzi olaraq cavabdeh tərəfindən ödənilməmiş 1318,31 (bir min üç yüz on səkkiz manat otuz bir qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti xərci Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (avtobusa) vurulmuş zərərin əvəzi olaraq cavabdeh tərəfindən ödənilməmiş 1318,31 (bir min üç yüz on səkkiz manat otuz bir qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti xərci Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına (VÖEN: **********, AZƏR-TÜRK BANK ASC-nin Mərkəzi filialı VÖEN: **********, M/h: AZ02NABZ********************, Kodu 501361, SWİFT BİK AZRTAZ22, İBAN-AZ88AZRT******************** ) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1506/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1506/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver