Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1507/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə X1 Kredit Təşkilatı “xxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Səbail rayon Məhkəməsi binasında baxaraq… MÜƏYYƏN ETDİ: X1 Kredit Təşkilatı “xxxxxxxxxx” QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X2 Təşkilatı “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cəbvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh faizsiz 12 ay müddətinə 2.003 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində əsas borcu 80,12 manat, faiz borcu 0 manat, cərimə borcu 12,02 manat, ümumi borcu 92,14 manat qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olmasına baxmayaraq, kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Göstərilənləri nəzərə alaraq X1 Kredit Təşkilatı “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən əsas borcu 80,12 manat, faiz borcu 0 manat, cərimə borcu 12,02 manat, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 112,54 manat borcun Cavabdeh X2 Təşkilatı “xxxxxxxxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Borcverən» qismində BOKT “xxxxxxxxxx” MMC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 025-EMB-0042-19 saylı kredit müqaviləsinə əsasən BOKT “xxxxxxxxxx” MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 0%-lə 2003 manat məbləğində kredit verilmişdir. İş üzrə xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə xx.xx.2020ci il tarixə əsas borcu 80,12 manat, faiz borcu 0 manat, cərimə borcu 12,02 manat, cəmi 92,14 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdehaya 12 ay müddətinə, illik 0% olmaq şərti ilə 2003 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 80,12 manat əsas borcu, 12,02 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 80,12 manat əsas borc, 12,02 manat cərimə, cəmi 92,14 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 20 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 Təşkilatı “xxxxxxxxxx” QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 025-EMB-0042- 19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 80,12 manat əsas borc, 12,02 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat və 40 qəpik bank xidmət haqqı, cəmi 112,54 (yüz on iki manat əlli dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1507/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1507/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver