Məhkəmə qərarları › İş №2(009)-1508/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1508/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1508/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin – cavabdeh Karslioğlu Bektaşa qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC – cavabdeh Karslioğlu Bektaşa qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum Cavabdeh vərəsəsi Karslioğlu Bektaşdan iddiaçı “xxxx” ASC-nin xeyrinə 1264.87 manat əsas və 14.05 manat faiz borcu olmaqla, cəmi 1278.92 manat kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Səbaii” filialı ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 30 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 4.4-cü bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh 18.04.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14.04.2021-ci il tarixli 628 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və əri Karslioğlu Bektaş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 28.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh vəfat etdiyi tarixə Banka ödənilməmiş 1264.87 manat əsas və 14.05 manat faiz borcu olmaqla, cəmi 1278.92 manat borcu qalmışdır. Cavabdeh Karslioğlu Bektaş mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Karslioğlu Bektaş məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Karslioğlu Bektaşın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, BPM**********13 nömrəli Kredit Müqaviləsindən görünür ki, Bank kredit alana 30 ay müddətinə ödəmək şərti ilə 1800 (min səkkiz yüz) manat məbləğində kredit vermiş, borcalan istifadə etdiyi kreditə görə Banka illik 25 faiz ödəyir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 28.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 02.05.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 1264.87 manat əsas və 14.05 faiz borcu manat olmaqla, cəmi 1278.92 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.04.2020-ci il tarixli, AZ-İİ seriyalı, 053228 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18.04.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 3 saylı “Bakı Asan” Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 22.10.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.04.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi kimi Karslioğlu Bektaş tanınmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən Karslioğlu Bektaşa ünvanlanmış 27.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Cavabdeh 02.05.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 1264.87 manat əsas və 14.05 faiz borcu manat olmaqla, cəmi 1278.92 manat məbləğində kredit borcu vardır. Cavabdeh 18.04.2020-ci il tarixdə vəfat etdiyindən o, vərəsə kimi tanınmışdır. Bu səbəbdən Banka olan borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cu il tarixli, BPM**********13 nömrəli Kredit Müqaviləsinə əsasən Bank kredit alana 30 ay müddətinə ödəmək şərti ilə 1800 (min səkkiz yüz) manat məbləğində kredit vermiş, borcalan istifadə etdiyi kreditə görə Banka illik 25 faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borclu Cavabdeh 02.05.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 1264.87 manat əsas və 14.05 faiz borcu manat olmaqla, cəmi 1278.92 manat məbləğində kredit borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borclu Cavabdeh 18.04.2020-ci il tarixdə ölmüş və iş üzrə cavabdeh Karslioğlu Bektaş ölmüş Cavabdeh vərəsəsi kimi tanınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “xxxx” ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşımışdır. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə Cavabdeh vəfat etdiyini, Karslioğlu Bektaşın onun vərəsəsi kimi tanındığını, qanunvericiliyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini Karslioğlu Bektaşdan tələb etməkdə haqlıdır. Odur ki, borc məbləği Karslioğlu Bektaşdan tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh vərəsəsi cavabdeh Karslioğlu Bektaşdan iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1264.87 (bir min iki yüz altmış dörd manat səksən yeddi qəpik) manat əsas və 14.05 (on dörd manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1278.92 (bir min iki yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun və poçt xidmət haqqının əvəzi olan 30 (otuz) manat və 0,40 (qırx) qəpik tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vərəsəsi cavabdeh Karslioğlu Bektaşdan iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1264.87 (bir min iki yüz altmış dörd manat səksən yeddi qəpik) manat əsas və 14.05 (on dörd manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1278.92 (bir min iki yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun və poçt xidmət haqqının əvəzi olan 30 (otuz) manat və 0,40 (qırx) qəpik tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar