Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1512/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 09.05.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc, 30 manat dəbbə, 22.05.2019cu il tarixli müqavilə üzrə 240 manat əsas borc, 54 manat dəbbə, 03.11.2019-cu il tarixli müqavilə üzrə 172 manat əsas borc, 61 manat dəbbə, 25.01.2020-ci il tarixli müqavilə üzrə 2019,6 manat əsas borc, 487,4 manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 43,6 manat ödənilməmiş hissə, 12.4 manat dəbbə pulu, ümumilikdə 3220 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx MMC ilə 09.05.2019-cu il, 22.05.2018-cu il, 22.05.2019-cu il, 03.11.2019-cu il və 25.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən müqaviləsinə əsasən, İMEİ kodu **********83015 Huawei P Smart markalı telefon, İMEİ kodu **********46491 Samsung Galaxy A20 markalı telefon, HOFFMANN LED markalı televizor, Dell İnspiron markalı kompüter, Modem TP-LİNK, Antivirus Kaspersky, Microsoft Windows 10 Pro markalı proqram, Router TP-LİNK almış və nəticədə 3220 (üç min iki yüz iyirmi) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yiiz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********83015 Huawei P Smart markalı telefon üçün ümumilikdə, 130 (yüz otuz) manat olmaqla ondan, 100 (yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 628 (altı yüz iyirmi səkkiz) manat (18 ay x 30 manat + 88 manat ilkin ödəniş) İMEİ kodu **********46491 Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə, 294 (iki yüz doxsan dörd) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (6 ay x 68 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED markalı televizor üçün ümumilikdə, 233 (iki yüz otuz iiç) manat olmaqla ondan, 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2152.6 (iki min yüz əlli iki manat, altmış qəpik) manat (18 ay x 116.7 manat + 52) manat ilkin ödəniş) Dell İnspiron markalı kompüter, Modem TP-LİNK, Antivirus Kaspersky, Microsoft Windows 10 Pro markalı proqram üçün ümumilikdə, 2507 (iki min beş yüz yeddi) manat olmaqla ondan, 2019.6 (iki min on doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 487.4 (dörd yüz səksən yeddi manat, qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 75.6 (yetmiş biş manat, altmış qəpik) manat (12 ay x 6.3 manat + 0 manat ilkin ödəniş) Router TP-LİNK üçün ümumilikdə, 56 (əlli altı) manat olmaqla ondan, 43.6 (qırx üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 12.4 (on iki manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1289 manat təşkil edir.Cavabdeh 25.01.2020-ci il tarixli müqavilə üzrə aldığı Modem TP-LİNK TD adlı məhsulu 28.02.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra geri qaytarmış və əşya 81 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia təldəbini qəbul etməyərək bildirdi ki, iddiaçı əsas borcu və faiz borcunu qanunsuz olaraq şişirtmişdir. Əslində iddiaçı koronavirus (Covid 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar onun işləmədiyini bildiyi halda ona vaxt verilməsi müraciətinə baxmayaraq faizlər hesablamışdır. Həmçini o, imtahan sessiyası ilə əlaqədar olaraq 08.12.2020-ci il tarixdən 30.01.2021-ci il tarixinə kimi ölkə xaricində olmuşdur. Bu barədə də “xxxx” MMC- nin əməkdaşına şifahi məlumat vermişdir. İşdə olan 23.09.2020-ci il tarixli xəbərdarlıq məktubunu almamışdır. Halbuki onun faktiki yaşayış ünvanı və əlaqə telefonu barədə məlumat iddiaçıya məlum idi. Buradan da görünür ki, iddiaçı tərəfindən faiz və cərimə faizi hesabatı düzgün hesablanmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh “xxxx” MMC ilə 09.05.2019-cu il, 22.05.2018-cu il, 22.05.2019-cu il, 03.11.2019-cu il və 25.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən müqaviləsinə əsasən, İMEİ kodu **********83015 Huawei P Smart markalı telefon, İMEİ kodu **********46491 Samsung Galaxy A20 markalı telefon, HOFFMANN LED markalı televizor, Dell İnspiron markalı kompüter, Modem TP-LİNK, Antivirus Kaspersky, Microsoft Windows 10 Pro markalı proqram, Router TP-LİNK almış və nəticədə 3220 (üç min iki yüz iyirmi) manat borc yaranmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh “xxxx” MMC ilə bağlanmış 09.05.2019-cu il, 22.05.2018-cu il, 22.05.2019-cu il, 03.11.2019-cu il və 25.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********83015 Huawei P Smart markalı telefon, İMEİ kodu **********46491 Samsung Galaxy A20 markalı telefon, HOFFMANN LED markalı televizor, Dell İnspiron markalı kompüter, Modem TP- LİNK, Antivirus Kaspersky, Microsoft Windows 10 Pro markalı proqram, Router TP-LİNK almış və nəticədə 3220 (üç min iki yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun 09.05.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc, 22.05.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas borc, 03.11.2019-cu il tarixli müqavilə üzrə 172 manat əsas borc, 25.01.2020-ci il tarixli müqavilə üzrə 2019,6 manat əsas borc, 28.02.2020-ci il tarixli müqavilə üzrə 43,6 manat əsas borc tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 30, 54, 61, 487.4 və 12.4 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğlərin müvafiq olaraq 10, 24, 17 və 201 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 09.05.2019-cu il tarixli müqavilə üzrə 100 (yüz) manat əsas borc, 10 (on) manat dəbbə, 22.05.2019-cu il tarixli müqavilə üzrə 240 (iki yüz qırx) manat əsas borc, 24 (iyirmi dörd) manat dəbbə, 03.11.2019-cu il tarixli müqavilə üzrə 172 (yüz yetmiş iki) manat əsas borc, 17 (on yeddi) manat dəbbə, 25.01.2020-ci il tarixli müqavilə üzrə 2019,6 (iki min on doqquz manat altmış qəpik) manat əsas borc, 201 (iki yüz bir) manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 43,6 (qırx üç manat altmış qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1512/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1512/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver