Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1513/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 01.04.2020-ci il tarixli və 17.04.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********95454 olan “Xiaomi Mi A3” markalı telefon, “Kyocera” markalı printer və “HR Laserjet Pro” markalı printer almış və nəticədə 1211 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.04.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 830 manat (18 ay x 42,8 manat + 60 manat ilkin ödəniş) olan İMEİ kodu **********95454 olan “Xiaomi Mi A3” markalı telefon, “Kyocera” markalı printer üçün ümumilikdə 848 manat olmaqla, ondan 770,4 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 77,6 manat cərimə, 17.04.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 357 manat (12 ay x 27,5 manat + 27 manat ilkin ödəniş) olan “HR Laserjet Pro” markalı printer üçün ümumilikdə 363 manat olmaqla, ondan 330 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 33 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 87 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Xiaomi Mi A3” markalı telefon, “Kyocera” markalı printer üçün 770,4 manat əsas borc, 77,6 manat cərimə, “HR Laserjet Pro” markalı printer üçün 330 manat əsas borc, 33 manat cərimə, ümumilikdə 1211 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 01 aprel 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Xiaomi Mi A3” markalı telefonu, “Kyocera” markalı printeri 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 42,8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 830,4 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 17 aprel 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “HR Laserjet Pro” markalı printeri 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 27,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 357 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 21.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 01.04.2020-ci il tarixli müqavilə üzrə 770,4 manat əsas, 77,6 manat cərimə, 17.04.2020-ci il tarixli müqavilə üzrə 330 manat əsas, 33 manat cərimə, cəmi 1211 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 01.04.2020-ci il tarixdə və 17.04.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 830,4 manat olan “Xiaomi Mi A3” markalı telefon, “Kyocera” markalı printer və alqı-satqı qiyməti 357 manat olan “HR Laserjet Pro” markalı printer pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefon və 2 ədəd printer Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 01.04.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 770,4 manat əsas borc, 77,6 manat cərimə, 17.04.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 330 manat əsas borc, 33 manat cərimə, cəmi 1211 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 01.04.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.04.2021-ci il tarixə yaranmış 770,4 manat borc, 77,6 manat cərimə, 17.04.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.04.2021-ci il tarixə yaranmış 330 manat borc, 33 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1241 (bir min iki yüz qırx bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1513/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1513/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver