Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1514/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 10.09.2019-cu il tarixli, 01.12.2019-cu il tarixli və 23.02.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********03141 olan “Huawei Y9” markalı telefon, “Electrolux” markalı paltaryuyan və İMEİ kodu **********98676 olan “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 1121 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 603 manat (12 ay x 50 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********03141 olan “Huawei Y9” markalı telefon üçün ümumilikdə 60 manat olmaqla, ondan 55 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 5 manat cərimə; 01.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 804 manat (12 ay x 67 manat + 0 manat ilkin ödəniş) olan “Electrolux” markalı paltaryuyan üçün ümumilikdə 442 manat olmaqla, ondan 402 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 40 manat cərimə; 23.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 562,2 manat (6 ay x 93,7 manat + 0 manat ilkin ödəniş) olan **********98676 olan “Samsung Galaxy A20s” markalı telefon üçün ümumilikdə 619 manat olmaqla, ondan 562,2 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 56,8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 950 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Huawei Y9” markalı telefon üçün 55 manat əsas borc, 5 manat cərimə, “Electrolux” markalı paltaryuyan üçün 402manat əsas borc, 40 manat cərimə, “Samsung Galaxy A20s” markalı telefon üçün 562,2 manat əsas borc, 56,8 manat cərimə, ümumilikdə 1121 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 10 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Huawei Y9” markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 50 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 603 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 01 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Electrolux” markalı paltaryuyan 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 67 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 804 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 23 fevral 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A20s” markalı telefonu 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 93,7 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 562,2 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 20.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 10.09.2019-cu il tarixli müqavilə üzrə 55 manat əsas, 5 manat cərimə, 01.12.2019-cu il tarixli müqavilə üzrə 402 manat əsas, 40 manat cərimə, 23.02.2020-ci il tarixli müqavilə üzrə 562,2 manat əsas, 56,8 manat cərimə, cəmi 1121 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 10.09.2019-cu il tarixdə, 01.12.2019-cu il tarixdə və 23.02.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 603 manat olan “Huawei Y9” markalı telefon, alqı-satqı qiyməti 804 manat olan “Electrolux” markalı paltaryuyan və alqı-satqı qiyməti 562,2 manat olan “Samsung Galaxy A20s” markalı mobil telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar və paltaryuyan Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 10.09.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 55 manat əsas borc, 5 manat cərimə, 01.12.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 402 manat əsas borc, 40 manat cərimə, 23.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 562,2 manat əsas borc, 56,8 manat cərimə, cəmi 619 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 10.09.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2021-ci il tarixə yaranmış 55 manat borc, 5 manat cərimə, 01.12.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2021-ci il tarixə yaranmış 402 manat borc, 40 manat cərimə, 23.02.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2021-ci il tarixə yaranmış 562,2 manat borc, 56,8 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1151 (bir min yüz əlli bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1514/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1514/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver