Məhkəmə qərarları › İş №2(009)-1516/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1516/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1516/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh1 X6rşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 1-ci hissəsinin icrası ilə əlaqədar öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və Azərbaycan Respublikası Mərkəzi Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanı onunla Cavabdeh1 ASC-nin arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin devalvasiya tarixlərində mövcud olması və həqiqiliyinin təsdiq edilməsini, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında X7 dəqiq verilməsini; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 1-ci hissəsinin ona münasibətdə icra edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: İddiaçı tələblərini belə əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixində Cavabdeh1 ASC-dən 36 ay müddətinə 16284 ABŞ dolları məbləğində kredit almışdır. xx.xx.2015-ci il tarixində dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi kəskin dəyişmiş, lakin bütün bunlara baxmayaraq xx.xx.2016-cı il tarixdə adına olan problemli kredit borcu tərəfindən tam şəkildə ödənilmişdir. Sözü gedən kredit müqaviləsi xx.xx.2013cü il tarixdə imzalanmışdır. Məlumdur ki, ölkədə ABŞ dollarının devalvasiya xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə baş vermiş və onun kredit öhdəliyi birinci devalvasiya tarixindən sonra, xx.xx.2016-cı il tarixdən tam ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında» xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllini dövlət dəstəyini təmin etmək məqsədi daşıyır. Fərmanın 1-ci hissəsində «fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirməklə, bu Fərmanın qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin»; 1.1-ci bəndində «2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi»; və 1.2.-ci bəndində isə 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə-1 ABŞ dolarına 0,6 manat (0,35 ABŞ dolları) kimi hesablanması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Azərbaycan Respublikası Maliyyə X2rşısında bəzi öhdəliklər qoyulmuşdur. Belə ki, Fərmanın 3.2-ci bəndində «bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh1 ASC ilə xx.xx.2013-cü il tarixlit müqavilə əsasında ABŞ dolları ilə ona verilmiş kredit haqda məlumatlar Fərman əsasında Azərbaycan Respublikası Maliyyə X4 tərəfindən yaradılmış vahid portalda (pk.fimsa.az/az/kompensasiya) yerləşdirilməmişdir. Həmin portal vasitəsi ilə ona aid kompensasiya məbləğini sorğulayarkən «Axtarışınız üzrə heç bir məlumat taplmadı» bildiriş pəncərəsi önə çıxmışdır. Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 8.1-ci bəndinə əsasən ortaya çıxmış mübahisə doğuran məsələlərin araşdırılması məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası yaradılmış və sözügedən portalda mübahisə doğuran məsələlərin araşdırılması üçün onlayn rejimdə çalışan müraciətlərin qəbulu bölməsi təşkil edilmişdir.Mənə aid məlumatlar portalda tapılmadığı üçün Palatanın apellyasiya komissiyasına onlayn müraciət etmişdir. Palata onun müraciətinə xx.xx.2019cu il tarixdə baxaraq 26741 saylı qərar vermişdir. Palatanın həmin qərarında bildirilir ki, "Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə X4 tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur." O, xx.xx.1991-ci ildən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və kredit alarkən xidməti vəsiqəsi (SQ- 0010487) müraciət etmişdir. Yəni kredit məlumatları həmin vəsiqə əsasında reyestrə daxil edilmişdir. Lakin "Cavabdeh1" ASC sözügedən Fərmanın icrası ilə əlaqədar ona aid kredit məlumatlarını şəxsiyyət vəsiqəsi əsasında daxil etdiyindən Palata tərəfindən məlumatlar aşkar edilməmiş və nəticədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 1-ci hissəsinin icrası, ona münasibətdə mümkün olmamışdır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının iddiaçıya münasibətdə icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 X9 nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı xx.xx.2013-cü il tarixində 36 ay müddətinə 16284 ABŞ dolları məbləğində kredit ayrılmış, kredit müqaviləsinin təminatı olaraq Mitsubishi 1200 markalı avtomobil üzrə girov müqaviləsi imzalanmışdır. Kredit üzrə öhdəlik müştəri tərəfindən tam yerinə yetirilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar Bank tərəfindən Azərbaycan Respublikası Maliyyə X3 təqdim edilmiş müvafiq siyahılarda («PK» siyahıları) yuxarıda qeyd edilmiş qalıq borclar haqqında məlumatlar təqdim edilmişdir. Bank üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Lakin AR Maliyyə X4 tərəfindən daxil olan siyahılarda kompensasiyaya dair məlumatlar mövcud olmamışdır. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 26-04313-2020 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Təqdim olunmuş Cavabdeh1 ASC-nin Mərkəzi Banka ünvanlanmış 1521 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixində 36 ay müddətinə 16284 ABŞ dolları məbləğində kredit ayrılmış, kredit müqaviləsinin təminatı olaraq Mitsubishi 1200 markalı avtomobil üzrə girov müqaviləsi imzalanmışdır. Kredit üzrə öhdəlik müştəri tərəfindən tam yerinə yetirilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar Bank tərəfindən Azərbaycan Respublikası Maliyyə X3 təqdim edilmiş müvafiq siyahılarda («PK» siyahıları) yuxarıda qeyd edilmiş qalıq borclar haqqında məlumatlar təqdim edilmişdir. Lakin AR Maliyyə X4 tərəfindən daxil olan siyahılarda kompensasiyaya dair məlumatlar mövcud olmamışdır. "Azərbaycan Respublikasının Maliyyə X4 xx.xx.2019-cu il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X5 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Məlum olduğu kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin yenidən qiymətləndirilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı xx.xx.2013-cü il tarixində 36 ay müddətinə 16284 ABŞ dolları məbləğində kredit ayrılmış, kredit üzrə öhdəlik müştəri tərəfindən tam yerinə yetirilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar Bank tərəfindən Maliyyə X3 təqdim edilmiş müvafiq siyahılarda («PK» siyahıları) yuxarıda qeyd edilmiş qalıq borclar haqqında məlumatlar təqdim edilmişdir. Lakin Maliyyə X4 tərəfindən daxil olan siyahılarda kompensasiyaya dair məlumatlar mövcud olmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 X6rşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 1-ci hissəsinin icrası ilə əlaqədar öhdəliyin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar