Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1517/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi R.S.Zahirliyinin iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 300-K saylı əmrilə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 400-K saylı əmrlə işdən azal edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-Binəqədi 8 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Əliyev X5 zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 2061 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş borcdan 99 manat güzəşt edilmiş qalıq borc 1962 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını,həm də onunla bağlanmış əmək müqaviləsi və X7 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1962 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X6 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli,156-K saylı əmrdən çıxarışından görünür ki, Cavabdeh X3 Şöbəsinin OBA Marketlər Şəbəkəsinə xx.xx.2018-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə xx.xx.2018-ci il tarixli X7 haqqında müqaviləyə əsasən satıcı-kassir Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli, 300-K saylı əmrdən çıxarışından görünür ki, Cavabdeh X2 xx.xx.2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş üzrə xx.xx.2018-ci il tarixli X7 haqqında müqaviləyə əsasən administrator Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür. İş üzrə “Borc verən” qismində İddiaçı MMC ilə “Borclu” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2019-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləsindən görünür ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində OBA-Binəqədi 8(815) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 2062 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X7 haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu (zərərvuran) 2062 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Tərəflər arasında razılaşdırılmış şərtə əsasən “Borclu” borc məbləğini xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 206,20 manat olmaqla 10 ay ərzində tam olaraq “Borcverən”ə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 400-K saylı əmrdən çıxarışından görünür ki, Cavabdeh X1 Satış 2 Şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2061 manat çatışmamazlıq müəyyən edilmişdir. Cavabdeh 2061 manat çatışmamaq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 99 manat güzəşt edilməklə 1962 (2061-99) manat borcu qalmışdır. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona keçən dövr ərzində 99 manat güzəşt edilmiş faktiki qalıq borcu 1962 manat təşkil edir. 3 gün müddətində maddi ziyanı Cəmiyyətə ödəməsini xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-nin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə satıcı-kassir vəzifəsinə işə götürülmüş, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda əmək müqaviləsinə əlavə olaraq tərəflər arasında X7 haqqında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh OBA-Binəqədi 8 mağazasında administrator vəzifəsində işləyən zaman xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə aparılmış inventarizasiya nəticəsində 2061 manat məbləğində çatışmamazlıq müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış borcun etirafı və ödəniş qaydası haqqında müqaviləsinə əsasən Cavabdeh 2061 manat məbləğində iddiaçıya zərər vurduğunu tam etiraf etmişdir və cavabdeh borc məbləğini xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 206,20 manat olmaqla 10 ay ərzində iddiaçıya ödənilməsi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçı təşkilata dəymiş 2061 manat maddi ziyan məbləğindən 99 manat güzəşt edilmiş və faktiki qalıq borc 1962 manat təşkil etmişdir. Lakin cavabdehlə əmək münasibətlərinə xx.xx.2019-cu il tarixdən xitam verildiyindən, cavabdehin cəmiyyət qarşısında 1962 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin işlədiyi müddədə iddiaçıya maddi ziyan vurması iş üzrə təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan, iddiaçı həmin ziyanın cavabdehdən tutulmasını tələb etməkdə tam haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən vurulmuş ziyanın ödənilməmiş qalmış hissəsi - 1962 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğudan iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş ziyanın əvəzi kimi 1962 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1992 (bir min doqquz yüz doxsan iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1517/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1517/2020
18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver