Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1518/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 Black markalı qulaqlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə; 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84843 Samsunğ Ğalaxy A51 markalı telefon, Power Bank Xiami Mi 3 üçün 910.80 manat ödənilməmiş hissə, 91.20 manat cərimə, 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37582 Samsunğ Galaxy A10 markalı telefon üçün 217.20 manat ödənilməmiş hissə, 21.80 manat cərimə miqdarında borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 20.03.2020-ci il, 20.03.2020-ci il, 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 Black markalı qulaqlıq, İMEİ kodu **********84843 Samsunğ Ğalaxy A51 markalı telefon, Power Bank Xiami Mi 3 və İMEİ kodu **********37582 Samsunğ Galaxy A10 markalı telefon üçün almış və nəticədə 1307 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60 manat (6 ay x 10 manat +0 manat ilkin ödəniş) X2 Balck markalı qulaqlıq üçün ümumilikdə, 66 manat olmaqla ondan 60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə. 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 949.8 manat (12 ay x 75.9 manat + 39 manat ilkin ödəniş, İMEİ kodu **********84843 Samsung Galaxy A51 markalı telefon, Power Bank Xiami Mi 3 üçün ümumilikdə, 1002 manat olmaqla ondan, 910.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91.2 manat cərimə. 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 357.2 manat (12 ay x 23.6 manat+74 manat ilkin ödəniş) İMEİ kodu **********37582 Samsunğ Galaxy A10 markalı telefon üçün ümumilikdə, 239 manat olmaqla ondan, 217.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 179 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi ödənişlərdə kecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan cavabdeh, «xxxx» MMC ilə 20.03.2020-ci il, 20.03.2020-ci il, 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 Black markalı qulaqlıq, İMEİ kodu **********84843 Samsunğ Ğalaxy A51 markalı telefon, Power Bank Xiami Mi 3 və İMEİ kodu **********37582 Samsunğ Galaxy A10 markalı telefon üçün almış və nəticədə 1307 manat borc yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.03.2020-ci il tarixli müqavilə üzrə cəmi 66 manat, 20.03.2020-ci il tarixli müqavilə üzrə cəmi 1002 manat, 25.03.2020-ci il tarixli müqavilə üzrə cəmi 239 manat, cəmi 1307 manat qalıq borc təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 Black markalı qulaqlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə; 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84843 Samsunğ Ğalaxy A51 markalı telefon, Power Bank Xiami Mi 3 üçün 910.80 manat ödənilməmiş hissə, 91.20 manat cərimə, 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37582 Samsunğ Galaxy A10 markalı telefon üçün 217.20 manat ödənilməmiş hissə, 21.80 manat cərimə miqdarında borc yaranmışdır, ümumilikdə 1307 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 Black markalı qulaqlıq üçün 60 (altmış) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə; 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84843 Samsunğ Ğalaxy A51 markalı telefon, Power Bank Xiami Mi 3 üçün 910.80 (doqquz yüz on manat, səksən qəpik) manat ödənilməmiş hissə, 91.20 (doxsan bir manat iyirmi qəpik) manat cərimə, 25.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37582 Samsunğ Galaxy A10 markalı telefon üçün 217.20 (iki yüz on yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 21.80 (iyirmi bir manat, səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır, ümumilikdə 1307 (bir min üç yüz yeddi) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1518/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1518/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver