Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1522/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun, Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 07.11.2019-cu il tarixli, 07.11.2019-cu il tarixli, 07.11.2019-cu il tarixli, 07.12.2019-cu il tarixli, 19.02.2019-cu il tarixli müqavilələrinə əsasən “X3 plus” markalı kombi, 3 ədəd “Demir Dokum” markalı panel radiatoru 80 sm, İMEİ kodu **********72214 olan “iPhone 11” markalı telefon, İMEİ kodu SDMPZ8NPDJF8J olan “iPad 6” markalı telefon, İMEİ kodu **********18779 olan “iPhone 11” markalı telefon, İMEİ kodu **********30504 olan “iPhone XR” markalı telefon almış və nəticədə 8089 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2034 manat (18 ay x 113 manat + 0 manat ilkin ödəniş) olan “X3 plus” markalı kombi, 3 ədəd “Demir Dokum” markalı 80 sm panel radiatoru üçün ümumilikdə 2020 manat olmaqla, ondan 1580 manat ödənilməmiş məbləğ, 440 manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2835 manat (15 ay x 189 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********72214 “iPhone 11” markalı telefon üçün ümumilikdə 2734 manat olmaqla, ondan 1997 manat ödənilməmiş məbləğ, 737 manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1080 manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu SDMPZ8NPDJF8J “iPad 6” markalı telefon üçün ümumilikdə 1068 manat olmaqla, ondan 834 manat ödənilməmiş məbləğ, 234 manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2384 manat (12 ay x 82 manat + 1400 manat ilkin ödəniş) olan İMEİ kodu **********18779 “iPhone 11” markalı telefon üçün ümumilikdə 1066 manat olmaqla, ondan 820 manat ödənilməmiş məbləğ, 246 manat dəbbə pulu; 19.02.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2970 manat (18 ay x 165 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********30504 olan “iPhone XR” markalı telefon üçün ümumilikdə 1201 manat olmaqla, ondan 904 manat ödənilməmiş məbləğ, 297 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5168 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən “X3 plus” markalı kombi, 3 ədəd “Demir Dokum” markalı 80 sm panel radiatoru üçün üçün 1580 manat əsas borc, 440 manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********72214 olan “iPhone 11” markalı telefon üçün 1997 manat əsas borc, 737 manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu SDMPZ8NPDJF8J olan “iPad 6” markalı telefon üçün 834 manat əsas borc, 234 manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********18779 olan “iPhone 11” markalı telefon üçün 820 manat əsas borc, 246 manat dəbbə pulu; 19.02.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30504 olan “iPhone XR” markalı telefon üçün 904 manat əsas borc, 297 manat dəbbə pulu, ümumilikdə 8089 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, o, “xxxx“ MMC-nin daimi müştərisi olmuşdur, həmişə müqaviləni vaxtında icra etmişdir, heç vaxt borcu olmamışdır. Lakin pandemiya ilə əlaqədar “xxxx” MMC-də işdən çıxdığı üçün və əmək haqqı verilmədiyi üçün ödənişləri edə bilməmiş, eyni zamanda onkoloji xəstəliyi ilə bağlı əməliyyat olunduğu üçün ödəniş edə bilməmişdir. Yaxın vaxtlarda işlə təmin olunacaqdır və ödənişləri etməyə başlayacaqdır. Borcu olduğunu etiraf edir, lakin onu birdəfəlik vermək iqtidarında deyil, eyni zamanda dəbbə pulları çoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “X3 plus” markalı kombi, 3 ədəd “Demir Dokum” markalı 80 sm panel radiatoru 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 113 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2034 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “iPhone 11” markalı telefon 15 ay müddətinə ödənilmək şərti ilə (ayda 189 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2835 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “iPad 6” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 60 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1080 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “iPhone 11” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 82 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2384 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “iPhone XR” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 165 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2970 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 22.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 07.11.2019-cu il tarixli müqavilə üzrə 1580 manat əsas, 440 manat cərimə, 07.11.2019-cu il tarixli müqavilə üzrə 1997 manat əsas, 737 manat cərimə, 07.11.2019-cu il tarixli müqavilə üzrə 834 manat əsas, 234 manat cərimə, 07.12.2019-cu il tarixli müqavilə üzrə 820 manat əsas, 246 manat cərimə, 19.02.2019-cu il tarixli müqavilə üzrə 904 manat əsas, 297 manat cərimə, cəmi 8089 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 07.11.2019-cu il tarixdə, 07.11.2019-cu il tarixdə, 07.11.2019-cu il tarixdə, 07.12.2019-cu il tarixdə və 19.02.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 2034 manat olan “X3 plus” markalı kombi, 3 ədəd “Demir Dokum” markalı 80 sm panel radiatoru, alqı-satqı qiyməti 2835 manat olan “iPhone 11” markalı telefon, alqı-satqı qiyməti 1080 manat olan “iPad 6” markalı telefon, alqı-satqı qiyməti 2384 manat olan “iPhone 11” markalı telefon və alqı-satqı qiyməti 2970 manat “iPhone XR” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilədə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 07.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 1580 manat, 07.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 1997 manat, 07.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 834 manat, 07.12.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 820 manat, 19.02.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 904 manat, məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin 07.11.2019-cu il tarixli müqavilə üzrə 440 manat, 07.11.2019-cu il tarixli müqavilə üzrə 737 manat, 07.11.2019-cu il tarixli müqavilə üzrə 234 manat, 07.12.2019-cu il tarixli müqavilə üzrə 246 manat, 19.02.2019-cu il tarixli müqavilə üzrə 297 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 07.11.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat, 07.11.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat, 07.11.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, 07.12.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, 19.02.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 07.11.2019-cu il tarixli 01033434 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 22.04.2021-ci il tarixə yaranmış 1580 manat borc, 10 manat dəbbə pulu, 07.11.2019-cu il tarixli 01033507 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 22.04.2021-ci il tarixə yaranmış 1997 manat borc, 10 manat dəbbə pulu, 07.11.2019-cu il tarixli 01033559 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 22.04.2021-ci il tarixə yaranmış 834 manat borc, 5 manat dəbbə pulu, 07.12.2019-cu il tarixli 01107450 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 22.04.2021-ci il tarixə yaranmış 820 manat borc, 5 manat dəbbə pulu, 19.02.2019-cu il tarixli 00523530 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 22.04.2021-ci il tarixə yaranmış 904 manat borc, 5 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 6200 (altı min iki yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1522/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1522/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver