Məhkəmə qərarları › İş №2(009)-1533/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1533/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1533/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, iddiaçı “xxxxxxxxxx” ASC (xxxxxxxxx ASC-nin) nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” ASC (xxxxxxxxx ASC-nin)cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «hesablarda olan pul vəsaitlərinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxx” ASC (xxxxxxxxx ASC-nin)cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 6-42074-4 saylı cari hesabında 24.573,13 ABŞ dolları məbləğində, 6-42074-7 saylı depozit hesabında 10.000 ABŞ dolları məbləğində, 6-42074-8 saylı depozit hesabına hesablanan faiz hesabında 11,76 ABŞ dolları məbləğində, 6-42074-9 saylı kart hesabında 5.805,38 ABŞ dolları məbləğində, 6- 42074-15 saylı kart hesabında 0,26 ABŞ dolları məbləğində, 6-42074-17 saylı depozit hesabında 111.977 ABŞ dolları məbləğində, 6-42074-18 saylı depozit hesabına hesablanan faiz hesabında 1236,73 ABŞ dolları məbləğində, 6-42074-22 saylı kart hesabında 5.976,24 ABŞ dolları məbləğində, 6-42074-23 saylı kart hesabına hesablanan faiz hesabında 9,31 ABŞ dolları məbləğində cəmi 159.589,81 ABŞ dolları məbləğində pul vəsaiti, 6-42074-10 saylı cari hesabında 16.035,86 manat məbləğində, 6-42074-11 saylı depozit hesabında 47.000 manat məbləğində, 6-42074-12 saylı depozit hesabına hesablanan faiz hesabında 13.593,61 manat məbləğində, 6-42074-20 saylı kart hesabında 6.63 manat məbləğində, 6-42074-21 saylı kart hesabına hesablanan faiz hesabında 0,03 manat məbləğində, cəmi 76.636,13 manat məbləğində pul vəsaiti və 6- 42074-13 saylı kart hesabında 1.711,67 avro məbləğində pul vəsaitlərinin Cavabdeh1lə Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilməsi, qeyd olunan hesablardakı vəsaitlərdən Cavabdeh1 1/2 hissədə payı ayrılması və Cavabdeh1 bank qarşısında olan öhdəliyi həm Cavabdeh1, həm də Cavabdeh2 payına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2006-cı il yanvarın 30-dan 2016-cı il iyulun 22-dək "xxxxxx" İKB ASC-nin İdarə Heyətinin sədri işləmişdir. O, qulluq mənafeyinə qəsdən zidd olaraq bankın bir sıra işçiləri və kənar şəxslərlə qabaqcadan əlbir olub Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş limiti, habelə "Banklarda kreditlərin verilməsi qaydaların" tələblərini pozmaqla müvafiq təminat və kifayət qədər əsas olmadan ayrı-ayrı şəxslərə böyük məbləğlərdə kreditlərin verilməsi barədə İdarə Heyətində qərarlar qəbul etmişdir. Veriləcək kreditlərin təminatı və qaytarılacağına əmin olmadığı halda, görünüş üçün kredit müqavilələri bağlatdırıb şəxsən imzalamış və başqa işçilərə imzalatdırıb, külli miqdarlarla pul vəsaitini xəzinədən çıxararaq mənimsəmişlər. Bundan başqa İdarə Heyətinin sədri Cavabdeh1 2014-cü il iyulun 9-da İdarə Heyətinin qərarını qəbul edərək, bir sıra vəzifəli şəxslərə bankın xəzinəsindən nağd pul götürmək hüququ vermişdir. Bu qərarın əsasında xəzinədən pul götürmək üçün xüsusi sifariş forması hazırlanmışdır. 2014-2016-cı illərdə 105 halda bu formada Bankın kassasından böyük məbləğlərdə pullar götürülmüşdür. Bununla bağlı "xxxxxx" İKB ASC Səbail Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək vurulmuş zərərin əvəzi olaraq 3.347.000 manat, 11.256.000 ABŞ dolları, 4.206.000 avro və nümayəndəlik xərcləri adı ilə ayrıca götürülmüş 4.649.340 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxxxx" İKB ASC-yə ödənilməsi qət edilmiş, həmçinin törədilmiş cinayətlə bağlı xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş rokurorluğuna məlumat verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışma qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3195/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxxxx" İKB ASC-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2016-cı il tarixli qətnamənin ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxxxx" İKB ASC-nin Cavabdeh1 qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə" iddiasının qismən təmin edilməsi, vurulmuş zərərin əvəzi olaraq 158.000 (yüz əlli səkkiz min) manat, 8.856.000 (səkkiz milyon səkkiz yüz əlli altı min) ABŞ dolları, 4.206.000 dörd milyon iki yüz altı min) avro, nümayəndəlik xərcləri adı ilə ayrıca götürülmüş 2.291.221,5 (iki milyon iki yüz doxsan bir min iki yüz iyirmi bir manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçı "xxxxxx" İKB ASC-yə ödənilməsi, həmçinin xarici valyutada ifadə edilmiş məbləğlərin qətnamənin icra ediləcəyi tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumun əvəzinin Cavabdeh1 tutularaq iddiaçı "xxxxxx" İKB ASC-nə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəflərindən müəyyən edilmişdir ki, "xxxxxxxxx" ASC-də Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 6-42074-4 saylı cari hesabında 24.573,13 ABŞ dolları məbləğində, 6-42074-7 saylı depozit hesabında 10.000 ABŞ dolları məbləğində, 6- 42074-8 saylı depozit hesabına hesablanan faiz hesabında 11,76 ABŞ dolları məbləğində, 6-42074-9 saylı kart hesabında 5.805,38 ABŞ dolları məbləğində, 6-42074-15 saylı kart hesabında 0,26 ABŞ dolları məbləğində, 6-42074-17 saylı depozit hesabında 111.977 ABŞ dolları məbləğində, 6-42074-18 saylı depozit hesabına hesablanan faiz hesabında 1236,73 ABŞ dolları məbləğində, 6-42074-22 saylı kart hesabında 5.976,24 ABŞ dolları məbləğində, 6-42074-23 saylı kart hesabına hesablanan faiz hesabında 9,31 ABŞ dolları məbləğində, cəmi 159.589,81 ABŞ dolları məbləğində pul vəsaiti, 6-42074-10 saylı cari hesabında 16.035,86 manat məbləğində, 6-42074-11 saylı depozit hesabında 47.000 manat məbləğində, 6-42074-12 saylı depozit hesabına hesablanan faiz hesabında 13.593,61 manat məbləğində, 6-42074-20 saylı kart hesabında 6.63 manat məbləğində 6- 42074-21 saylı kart hesabına hesablanan faiz hesabında 0,03 manat məbləğində, cəmi 76.636,13 manat məbləğində pul vəsaiti 6-42074-13 saylı kart hesabında 1.711,67 avro məbləğində pul vəsaiti vardır. Hesab edirik ki, bu pul vəsaitləri cavabdehərin birgə nikah dövrün də əldə edilmişdir. Həmin vəsaitlərin ½ hissəsi Cavabdeh1 məxsusdur. Ona görə də onun bank qarşısında olan öhdəliyi həmin hissəyə yönəldilməldir. Onu da bildiririk ki, əslində bu məbləğlərin hamısını bankdan mənimsənilən pul təşkil edir. Ona görə də Cavabdeh2 Aleksandrovaya ''məxsus" 1/2 hissə də Cavabdeh1 bank qarşısında olan öhdəliyinə yönəldilməldir. Qeyd olunan hesablarda olan pul vəsaitləri bankdan mənimsənilən pul vəsaitləri olduğundan Cavabdeh1 bank qarşısında olan öhdəliyinə yönəldilməldir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxx” ASC (xxxxxxxxx ASC-nin) nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli, 2(102)-6972/2018-ci saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6134/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılaraq Cavabdeh1 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 3.347.000 manat, 11.256.000 ABŞ dolları, 4.206.000 avro, nümayəndəlik xərcləri adı ilə ayrıca götürülmüş 4.649.340 manat məbləğində pulun tutularaq “xxxxxxxxxx” ASC (xxxxxxxxx ASC-nin) ödənilməsi qət edilmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh2 6-42074-8 saylı depozit hesabına hesablanan faiz hesabında 11,76 ABŞ dolları məbləğində, 6- 42074-15 saylı kart hesabında 0,26 ABŞ dolları, 6-42074-18 saylı depozit hesabına hesablanan faiz hesabında 1236,73 ABŞ dolları məbləğində, 6-42074-20 saylı kart hesabında 6.63 manat məbləğində, 6-42074-21 saylı kart hesabına hesablanan faiz hesabında 0,03 manat məbləğində, 6-42074-23 saylı kart hesabına hesablanan faiz hesabında 9,31 ABŞ dolları məbləğində, 6-42074-4 saylı cari hesabında 24.573,13 ABŞ dolları məbləğində, 6-42074-7 saylı depozit hesabında 10.000 ABŞ dolları məbləğində,6- 42074-11 saylı depozit hesabında 47.000 manat məbləğində, 6-42074-17 saylı depozit hesabında 111.977 ABŞ dolları məbləğində, 6-42074-22 saylı kart hesabında 5.976,24 ABŞ dolları məbləğində,6-42074-9 saylı kart hesabında 5.805,38 ABŞ dolları məbləğində,6-42074-10 saylı cari hesabında 16.035,86 manat məbləğində, 42074-13 saylı kart hesabında 1.711,67 avro məbləğində, 6-42074-4 saylı cari hesabında 24.573,13 ABŞ dolları məbləğində,6-42074-7 saylı depozit hesabında 10.000 ABŞ dolları məbləğində, 6-42074-9 saylı kart hesabında 5.805,38 ABŞ dolları məbləğində,6-42074-17 saylı depozit hesabında 111.977 ABŞ dolları məbləğində,6-42074-22 saylı kart hesabında 5.976,24 ABŞ dolları məbləğində, 6-42074-10 saylı cari hesabında 16.035,86 manat məbləğində, 6-42074-11 saylı depozit hesabında 47.000 manat məbləğində, 6-42074-13 saylı kart hesabında 1.711,67 avro məbləğində pul vəsaitləri vardır. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti Təşkilat Nəzarət Baş İdarəsindən məhkəməyə daxil olmuş 06/41 saylı məktubundan görünür ki, X2 Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə iş icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti daxil olmamış, sözügedən əcnəbinin əri Khamaza Vasiliyə isə Dövlət Miqrasiya Xidməti Tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarlı olan Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının vətəndaşı xx.xx.1983-cü il təvəllüdlü X4 sonuncu dəfə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsinə uyğun olaraq ailə üzvü (əri Rusiya Federasiyasının vətəndaşı xx.xx.1958-ci il təvəllüdlü Khamaza Vasiliy) əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Şəxslərin müraciətlərinin saxlanılma müddəti bitdiyindən məhv edildiyi üçün nikah haqqında şəhadətnamənin surətinin məhkəməyə təqdim etməsi qeyrimümkündür. İş materiallarında olan Dövlət Sərhəd Xidmətindən məhkəməyə daxil olmuş 5/1659 saylı məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşları, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2017-ci il tarixdə “Moskva-Bakı” aviareysi ilə gəlmiş, xx.xx.2017-ci il tarixdə “Bakı-Moskva” aviareysi ilə getmiş, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 Viktroviç xx.xx.2017-ci il tarixdə “Moskva-Bakı” aviareysi ilə gəlmiş, xx.xx.2017-ci il tarixdə “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən keçməklə Gürcüstana getmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvadən ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yuxarıda sadalanan qanunvericilik normalarına və mübahisənin müəyyən olunmuş hallarına əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 adına olan hesablardakı pullar tərəflərin birgə nikah dövründə əldə etdikləri pul olduğundan, hesabdakı pul məbləğlərində Cavabdeh1 Viktroviçin payı 1/2 hissədə, Cavabdeh2 payı 1/2 hissədə müəyyən olunmalıdır. İddia tələbinin bank qarşısında olan öhdəliyin paylara yönəldilməsi hissəsində isə məhkəmə hesab edir ki, tələb əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 41-ci maddəsinin 1-ci bəndinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. İcra haqqında qanunun 45.8-ci bəndinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. (icra məmuruna müraciət edərək həmin əmlaka tələb yönəldilməsini xahiş edə bilər) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iyirmi manatı cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 6-42074-4 saylı cari hesabında 24.573,13 ABŞ dolları məbləğində, 6-42074-7 saylı depozit hesabında 10.000 ABŞ dolları məbləğində, 6-42074-8 saylı depozit hesabına hesablanan faiz hesabında 11,76 ABŞ dolları məbləğində, 6-42074-9 saylı kart hesabında 5.805,38 ABŞ dolları məbləğində, 6-42074-15 saylı kart hesabında 0,26 ABŞ dolları məbləğində, 6-42074-17 saylı depozit hesabında 111.977 ABŞ dolları məbləğində, 6- 42074-18 saylı depozit hesabına hesablanan faiz hesabında 1236,73 ABŞ dolları məbləğində, 6-42074-22 saylı kart hesabında 5.976,24 ABŞ dolları məbləğində, 6-42074- 23 saylı kart hesabına hesablanan faiz hesabında 9,31 ABŞ dolları məbləğində cəmi 159.589,81 ABŞ dolları məbləğində pul vəsaiti, 6-42074-10 saylı cari hesabında 16.035,86 manat məbləğində, 6-42074-11 saylı depozit hesabında 47.000 manat məbləğində, 6- 42074-12 saylı depozit hesabına hesablanan faiz hesabında 13.593,61 manat məbləğində, 6-42074-20 saylı kart hesabında 6.63 manat məbləğində, 6-42074-21 saylı kart hesabına hesablanan faiz hesabında 0,03 manat məbləğində, cəmi 76.636,13 manat məbləğində pul vəsaiti və 6-42074-13 saylı kart hesabında 1.711,67 avro məbləğində pul vəsaitlərinin Cavabdeh1lə Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilsin. Hesablardakı vəsaitlərdən Cavabdeh1 1/2 hissədə payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar