Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1543/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlaklar satıldıqdan sonra boşaldılması” tələbinə dair mülki işə məkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlaklar satıldıqdan sonra boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X1 xeyrinə 049R********** saylı kredit razılaşması üzrə 312650 ABŞ dolları kredit borcu, 84765.49 ABŞ dolları faiz borcu, 282219.1 ABŞ dolları cərimə olmaqla, cəmi 679634.59 ABŞ dolları, 049R********** saylı kredit razılaşması üzrə 69543 ABŞ dolları kredit borcu, 21272.19 ABŞ dolları faiz borcu və 71018.7 ABŞ dolları cərimə olmaqla, 161833.89 ABŞ dolları, 049R********** saylı kredit razılaşması üzrə 69543 ABŞ dolları kredit borcu, 21154.39 ABŞ dolları faiz borcu, 72564.9 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 163262.29 ABŞ dolları, 049R********** saylı kredit razılaşması üzrə 69543 ABŞ dolları kredit borcu, 21264.54 ABŞ dolları faiz borcu və 77612.9 ABŞ dolları cərimə olmaqla, cəmi 168420.44 ABŞ dolları, 049R********** saylı kredit razılaşması üzrə 26221 ABŞ dolları kredit borcu, 8990.15 ABŞ dolları faiz borcu və 35220.41 ABŞ dolları cərimə olmaqla, cəmi 70431.56 ABŞ dolları, 04 (dörd) kredit razılaşması üzrə ümumilikdə cəmi ******* (bir milyon iki yüz qırx üç min beş yüz səksən iki) ABŞ Dolları 77 (yetmiş yeddi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırma üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngədə 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli 12 otaqlı 554 m2 ümumi 178.6 m2 yaşay 375.4 m2 yardımçı sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə, Şəmkir rayonu Mahmudlu kəndində yerləşən 1.4107 ha torpaq sahəsinə, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.34 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 12 otaqlı 821,5 m2 ümumi 356 m2 yaşayış 465,5 m2 yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə (həyətyanı tikililərlə birlikdə), Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən 53606 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ******* (bir milyon iki yüz qırx üç min beş yüz səksən iki) ABŞ Dolları 77 (yetmiş yeddi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngədə Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli 12 otaqlı 554 m2 ümumi 178.6 m2 yaşayış 375.4 m2 yardımçı sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Şəmkir rayonu, Mahmudlu kəndində Cavabdeh1 mülkiyyətində olan 1.4107 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Şəmkir rayonu, Keçili kəndində Cavabdeh1 mülkiyyətində olan 0.34 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli 12 otaqlı 821.5 m2 ümumi 356 m2 yaşayış 465.5 m2 yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə (həyətyanı tikililərlə birlikdə) tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Şəmkir rayonu, Mahmudlu kəndində Cavabdeh1 mülkiyyətində olar 53606 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlaklar satıldıqdan sonra boşaldılması” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 vergi ödəyicisidir və kredit məbləğini Şəmkirdə yerləşən istixananın inkişaf etdirilməsi və biznesinin genişləndirilməsi məqsədi ilə götürmüşdür. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin predmetindən göründüyü kimi verilmiş kredit və kredit xətti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və biznesin inkişafı ilə əlaqədardır. Məhkəmə iddia ərizəsini, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barəə məlumatdan görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı X2 qeydiyyatdadır. (VÖEN **********) İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 049L**********79 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə kredit razılaşmalarından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 kredit fərdi kiçik kredit məqsədləri üçün verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Belə olan halda isə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2)Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263‑264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlaklar satıldıqdan sonra boşaldılması” tələbinə dair 2(009)-1543/2020 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1543/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1543/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver