Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1552/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22 iyun 2022 tarixinə "xxxx" KB ASC- yə 1441,46 AZN əsas, 173,77 AZN faiz, 1,09 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1616,32 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehlər X1 və Cavabdeh2 iddiaçi "xxxx" KB ASC-nin xeyrinə 1441,46 AZN əsas, 173,77 AZN faiz, 1,9 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1616,32 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,57 AZN məbləğində vəsaitin tutulması "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə illik 28% dərəcəsi olmaq şərti ilə, 36 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş üzrə “Bank” qismində "xxxx" ASC ilə “Borc alan” Cavabdeh1 və “Zamin” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin bankla S.Aliyev arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka 1441,46 manat əsas, 173,77 manat faiz, 1,09 AZN cərimə borcu, cəmi 1157,84 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 28% olmaq şərti ilə 1500 manat olan kredit verilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 1441,46 manat əsas borcu, 173,77 manat faiz borcu və 1,09 AZN cərimə borcu yaranmışdır. İş materiallarından eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh İmanov İlahm oğlu xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuş və müqavilə üzrə öhdəliklərin icra edilmədiyi təqdirdə borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımasına üzərinə götürmüşdür. AR Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi 1441,46 manat əsas borcun, 173,77 manat faiz borcun və 1,09 cərimə borcu, cəmi 1616,32 manat cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən 36,57 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 3198nkİNSH/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 1441,46 manat əsas borcun, 173,77 manat faiz borcun, 1,09 cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,57 manat, cəmi 1652,89 (bir min altı yüz əlli iki manat səksən doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1552/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1552/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver