Məhkəmə qərarları › İş №2(009)-1559/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1559/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1559/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3319,25 (üç min üç yüz on doqquz manat, iyirmi beş qəpik) manat əsas borc, 1280,15 (bir min iki yüz səksən manat, on beş qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 906,66 (doqquz yüz altı manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 5506,06 (beş min beş yüz altı manat, altı qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Universal” filialı ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2013-cü il tarixli, UN- 14/08/2013 nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “BMW-318İ” markalı (Tip - sedan, Buraxılış ili - 2002, Ban - WBAAY71060CK01997), ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 13.08.2013-cü il tarixli, İPAV14/08 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “BMW-318İ” (Tip - sedan, Buraxılış ili - 2002, Ban - WBAAY71060CK01997), 99 FC 97 dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına habelə 12.04.2021-ci il tarixli, **********657 nömrəli xəbərdarlıq və 20.04.2021-ci il tarixli, **********698 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 04 fevral 2021-ci il tarixə Banka 3319,25 (üç min üç yüz on doqquz manat, iyirmi beş qəpik) manat əsas borc, 1280,15 (bir min iki yüz səksən manat, on beş qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 906,66 (doqquz yüz altı manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 5506,06 (beş min beş yüz altı manat, altı qəpik) manat məbləğində kredit borcu vardır. Sonradan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbi həcminin artırılması barədə ərizə verərək cavabdehdən 3319,25 (üç min üç yüz on doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 203,45 (iki yüz üç manat qırx beş qəpik) manat faiz borcu, 1280,15 (min iki yüz səksən manat on beş qəpik) manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 906,66 (doqquz yüz altı manat altmış altı qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “BMW-318İ” markalı, Tip - sedan, Ban nömrəsi - WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək cərimə borcunun artıq hesablandığını bildirərək azaldılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2013-cü il tarixli, UN-14/08/2013 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcluya illik 23 faiz ödənilməsi şərti ilə, 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2013-cü il tarixli, İP AV 14/08 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ASC-nin qarşısında ipotekaya qoymuşdur. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan Texnikabank» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş 15 fevral 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun Banka 04.02.2021-ci il tarixə 3319,25 (üç min üç yüz on doqquz manat, iyirmi beş qəpik) manat əsas borc, 1280,15 (bir min iki yüz səksən manat, on beş qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 906,66 (doqquz yüz altı manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 5506,06 (beş min beş yüz altı manat, altı qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət etmiş və bildiriş 28.04.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan Texnikabank» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 12 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, cavabdehdən Banka olan borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 13 avqust 2013-cü il tarixli UN-14/08/2013 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz ödənilməsi şərti ilə, 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, 13 avqust 2013-cü il tarixli İP AV 14/08 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-nin qarşısında ipotekaya qoymuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən bank məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/6750 saylı, 05.10.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2013-cü il tarixli UN-14/08/2013 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə bitən müddətə yəni, 01.08.2015-ci il tarixinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə — 3914,02 AZN; faiz borcu üzrə — 203.45 AZN; rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2013-cü il tarixli UN-14/08/2013 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 13.08.2015-ci il tarixdən - 04.02.2021-ci il tarixədək dövr üçün əsas borca illik 5% dərəcəsi ilə hesablanmaqla banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; 3004,59 AZN və faiz borcu üzrə 363,47 AZN təşkil edir. Məhkəmə ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/6750 saylı, 05.10.2021-ci il tarixli rəyi ilə 04.02.2021-ci il tarixə hesablanan əsas borcun 3004,59 (üç min dörd manat əlli doqquz qəpik) manat, faiz borcunun 203.45 (iki yüz üç manat qırx beş qəpik) manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun 363,47 (üç yüz altmış üç manat qırx beş qəpik) manat olması müəyyən edilmişdir. Məhkəmə hazırki ekspert rəyi ilə razılaşır və onu əsas, faiz və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış hesablanmış faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir. Belə ki, ekspert rəyinin əsaslılığını şübhə altına ala bilən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia ərizəsinin “1280,15 (min iki yüz səksən manat on beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 3004,59 (üç min dörd manat əlli doqquz qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1280,15 (bir min iki yüz səksən manat on beş qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüzsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan avtomobil açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması” hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3004,59 (üç min dörd manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 203,45 (iki yüz üç manat qırx beş qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 363,47 (üç yüz altmış üç manat qırx yeddi qəpik) manat faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3671,51 (üç min altı yüz yetmiş bir manat əlli bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılmalı, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutulmaqla Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3004,59 (üç min dörd manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 203,45 (iki yüz üç manat qırx beş qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 363,47 (üç yüz altmış üç manat qırx yeddi qəpik) manat faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3671,51 (üç min altı yüz yetmiş bir manat əlli bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma ipoteka predmeti olan - Cavabdeh mülkiyyətində olan “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. “BMW-318İ” markalı, Tip - sedan, BAN nömrəsi WBAAY71060CK01997, qara rəngli, buraxılış ili 2002-ci il olan, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar