Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1563/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcunun restruktruzasiya olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən 10.10.2019-cu ildə aldığı rəsmi arayışa əsasən qalıq əsas borcunun, yəni 4140,64 manatın 5 il müddətinə 1 il faiz ödənişləri olmaqla 5 illik cədvələ bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında 09.01.2014cü ildə 10000 manat nağd pul krediti və 07.03.2014-cü ildə 5000 manatlıq kredit xətti müqaviləsi bağlanmışdır. İş yerinin bağlanmasına baxmayaraq, 10000 manatlıq krediti ailə gəlirlərinə əsasən tam şəkildə bağlamış və karta isə ancaq faiz ödənişlərin edə bilmişdir. Uzun müddət işsiz qalmış, lakin 5000 manatlıq kredit kartına 60 manat, 50 manat ödənişlər etmişdir. Prezidentin 2015-ci ildə dollar və manat kreditlərinin restruktruzasiya olunmasına dair fərmanına müvafiq olaraq dəfələrlə Cavabdeh müraciət etmiş, qarşılığında ümumi problem olduğu bildirilmişdir. İlk öncə Mərkəzi Kredit Reyestrində borc bağlanmış kreditlərdə görsənirdi. Maliyyə Bazarına Nəzarət palatasına restruktrizasiya ilə müracəit etdikdə Mərkəzi Kredit Reyestrində bizim borcun göstərilmədiyini, bankla əlaqə saxlamağı bildirdilər. Mərkəzi Kredit Reyestrindən həmin tarixə olan çıxarışı da dosyeyə sübut kimi əlavə etmişdir. 07.10.2019-cu ildə rəsmi şəkildə ərizə ilə müracəit etmiş və yenidən əlaqə saxlanılacağı barədə məlumat verilmişdir. 2020-ci ilin 1-ci yarısında Cavabdeh zəng edib Problemli kreditlərlə bağlı onları filiala dəvət etdilər və krediti tam şəkildə bağlamağı tələb etdilər. Kredit restruktruzasiya olarsa, ödənişlərdən boyun qaçırmadığını bildirmiş və qarşılığında restruktruzasiyanın 2019-cu ilə qədər olduğunu bildirmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin 21.06.2021-ci il tarixdə iddia tələbinə etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, aşağıdakı səbəblərə görə iddiası təmin edilməməlidir. Cəbrayıl Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 01.10.2015-ci il tarixli 2(072)-748/2015 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ASCnin xeyrinə 07 mart 2014-ci il tarixli, 14023-611/431347 saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 4980.64 AZN, faiz borcu olaraq 922.17 AZN və ödənilmiş dövlət rüsumuna görə 30 AZN məbləğində pulun ödənilməsi qət edilmişdir. ’’Cavabdeh” ASC-nin iddia ərizəsinə əlavə olunan 10.10.2019-cu il tarixli arayışında İddiaçı həmin tarixə banka olan borcu 4140.64 AZN əsas borc, 922.17 AZN faiz və 30.00 AZN dövlət rüsumu olmaqla, cəmi 5092.81 AZN təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ 28.02.2019-cu il tarixli fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən kredit borclarının restrukturizasiyası məqsədilə güzəştli kreditlərin verilməsi üçün banklara vəsaitin ayrılması səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus olmuşdur. ’’Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.6.-cı maddəsinə əsasən palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kreditlər təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Bank tərəfindən iddiaçının kredit borcu qalığı barədə məlumatların göndərilməsinə baxmayaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən restrukturizasiya edilməli kreditlər siyahısında müvafiq kredit borcu haqqında məlumatlar mövcud olmamışdır. Məhz bu səbəbdən də, kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatı aparmamışdır. Bundan əlavə bildirir ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 8.1.-ci maddəsinə əsasən Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən Komissiya fiziki şəxslərə ödəniləcək kompensasiyaya və restrukturizasiya olunacaq krediit borclarına dair mübahisələrə baxır və onlara dair qərar qəbul edir. Lakin iddia ərizəsinin məzmunundan və ona əlavə olunan sənədlərdən də göründüyü kimi, İddiaçı tərəfindən Palatanın yaratdığı işçi qrup və Apellyasiya Komissiyasına restrukturizasiya olunacaq kredit borclarına dair müraciət təqdim olunmamışdır. Həmçinin onu da məhkəmənin nəzərinə çatdırır ki, Qaydanın 6.16.-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hesab edir ki, qeyd edilən müddətin ötürülməsi səbəbindən İddiaçı onunla güzəştli kredit müqaviləsinin bağlanması tələbini irəli sürmək hüququnu itirmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdehxxxx“Cavabdeh ASC tərəfindən 10.10.2019-cu ildə aldığım rəsmi arayışa əsasən qalıq əsas borcun yəni 4140.64 AZN 5 il müddətinə 1 il faiz ödənişləri olmaqla 5 illik cədvələ bölünməsi tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 26.01.2021-ci il tarixli, 1185 nömrəli məktubdan görünür ki, 07 mart 2014-cü il tarixli kredit müqaviləsi əsasında 12 ay müddətinə, illik 25% faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə müvafiq məhkəmə orqanına müraciət olunmuş və 01 oktyabr 2015-ci il tarixində məhkəmə qətnaməsi qəbul olunmuşdur. Hazırda məhkəmə qətnaməsi üzrə icra məmurları tərəfindən icra işləri aparılır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar bildirir ki, MBNP tərəfindən göndərilən siyahıda onun kreditləri haqqında məlumatları mövcud deyildir. Məhz bu səbəbdən kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatı aparılmamışdır. Mövcud kredit müqaviləsi üzrə bankdaxili qaydalarına uyğun olaraq hər-hansı bir güzəştin tətbiq edilməsi məsələsinin müzakirəsi üçün ona xidmət göstərən struktur bölməsinə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan Cavabdeh ASC-nin 10 oktyabr 2019-cu il tarixli, 01/4455 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 2015-ci il tarixli 2 (072)-748/2015 saylı məhkəmə qətnaməsinə əsasən həmin tarixdə Cavabdeh ASC qarşısında olan kredit borcu-əsas borc 4980,64 manat, faiz borcu 922,17 manat, 30 manat dövlət rüsumu olmuşdur. Hal-hazırda müştərinin kredit borcu aşağıdakı kimidir: əsas borcu 4140,64 manat, faiz borcu 922.17 manat, 30 manat dövlət rüsumu olmaqla ümumi kredit yükü 5092.81 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin 21.04.2021-ci il tarixli, 47188/2015-34-11-003 saylı məktubdan görünür ki, İddiaçı borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 28.11.2019-cu il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Məlum olduğu kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanında fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin yenidən qiymətləndirilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ’’Cavabdeh” ASCnin iddia ərizəsinə əlavə olunan 10.10.2019-cu il tarixli arayışında İddiaçı həmin tarixə banka olan borcu 4140.64 AZN əsas borc, 922.17 AZN faiz və 30.00 AZN dövlət rüsumu olmaqla, cəmi 5092.81 AZN təşkil edir. ’’Cavabdeh” ASC tərəfindən iddiaçının kredit borcu qalığı barədə məlumatların göndərilməsinə baxmayaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən restrukturizasiya edilməli kreditlər siyahısında müvafiq kredit borcu haqqında məlumatlar mövcud olmamışdır. Məhz bu səbəbdən də, kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatı aparılmamışdır. İddiaçı tərəfindən Palatanın yaratdığı işçi qrup və Apellyasiya Komissiyasına restrukturizasiya olunacaq kredit borclarına dair müraciət təqdim olunmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcunun restruktruzasiya olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1563/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1563/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver