Məhkəmə qərarları › İş №2(009)-158/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-158/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-158/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçının nümayəndəsi M.M.Ağamirovun , Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 15R000005734 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 15R000005734S saylı, xx.xx.2017-ci il tarixli 15R000005734SA saylı, xx.xx.2017-ci il tarixli 15R000005734SB saylı, xx.xx.2018-ci il tarixli 15R000005734SD saylı, xx.xx.2018-ci il tarixli 15R000005734SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödənilmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 160488,94 ABŞ dolları ödəmiş, onun 39.511,06 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 Nazim oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditor qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 602 gün üçün hesablanmış faiz borcu 36504,19 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 602 gün üçün hesablanmış cərimə 74.605,02 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə əsasən vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15M000000666 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin 80 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir və həmin yüklülük qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İpoteka qoyanın həyat yoldaşı X1 notariat kontoruna ərizə təqlim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o, satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R000005734 saylı kredit razılaşması üzrə 39511,06 ABŞ dolları kredit borcu, 36504,19 ABŞ dolları faiz borcu və 74.605,19 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 150.620,27 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin 80 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 150.620,27 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada ”İddiaçı” QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin 80 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracdan nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 öz izahatında göstərmişdir ki, ikinci Cavabdeh2 onun doğma qardaşıdır. Xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. O, bank qarşısında olan öhdəliyini inkar etmir. Lakin bir il müddət olar ki, pandemiya ilə əlaqədar biznes sahəsində tam fəaliyyətsiz olduğu üçün bankın borcunu ödəyə bilməmişdir. bank təşkilatının rəhbərilyi ilə danışıqlar aparmış, ona bildirmişlər ki, güzəşt tətbiq edilərək müəyyən məbləğ ödəniş etsə kreditini bağlaya bilərlər, yaxud yeni kredit müqaviləsi bağlaya bilərlər, o isa həmin borcu iki il müddətinə bağlaya bilər. Ona bildirilmişdir ki, iş məhkəmədə olduğu üçün məhkəmə bitdikdən sonra bu məsələlər öz həllini tapa bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15S********** nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 bankla bağladığı xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15R000005734 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1,1667% olmaqla 36 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı QSC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 15M000000666 No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 mənzil 80 ünvanında xüsusi mülkiyyətdə olan 6-cı mərtəbədə yerləşən 127,0 kv.m. ümumi sahədən, 71,7 kv.m. yaşayış sahəsindən, 55,3 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 163.134,40 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734S No-li xx.xx.2016-cı il tarixli Sazişinə əsasən Bank ilə “Kredit Alan” arasında xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 15R000005734 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1,0833% dərəcəsi ilə faizlər hesablanır və Kredit Alan, Kreditn Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir, Kredit Alan bu Saziş bağlandıqdan sona yenidən cari krediti üzrə restrukturizasiya olunmasını tələb etdikdə və cari kredit restrukturizasiya olunduğu halda kreditin qalıq məbləğinə aylıq 1,1667% faiz dərəcəsi ilə faizlər hesablanacaq, xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SA No-li xx.xx.2017-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SB No-li xx.xx.2017-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SD No-li xx.xx.2018-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SE No-li xx.xx.2018-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2018-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 39.511,06 ABŞ dolları əsas, 36.504,19 ABŞ dolları faiz, 74.605,02 ABŞ dolları cərimə, cəmi 150.620,27 ABŞ dolları borcu var. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 39.511,06 ABŞ dolları əsas, 27.892,55 ABŞ dolları faiz, 20.885,7 ABŞ dolları cərimə, cəmi 88.289,31 ABŞ dolları borcu var. İş materiallarında olan RX ******* №-li çıxarışından görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən, 17 saylı evin 80 saylı mənzil xx.xx.2014-cü il tarixli, 15L000002998 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh2 xx.xx.2020-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı QSC tərəfindən AR ƏMDK yanında yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin xx.xx.2020-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/4699 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 15R000005734 saylı kredit razılaşması, xx.xx.2016-cı il tarixli “Saziş”, xx.xx.2017-ci il tarixli “Saziş”, xx.xx.2017-ci il tarixli “Saziş”, xx.xx.2018-ci il tarixli “Saziş” və xx.xx.2018-ci il tarixli “Saziş”də qeyd olunan şərtlərə əsasən Cavabdeh1 İddiaçı QSC-nə olan borclu 79.567,55 dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 50.661,78 ABŞ dolları, faiz borcu üzrə 28.905,77 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2014-cü il tarixli, 15R000005734 saylı kredit razılaşması üzrə Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 13.500,00 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin məbləğin 12.500,00 ABŞ dolları əsas borca və 1.000,00 ABŞ dolları isə faiz borcuna silinmişdir. 13.500,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 66.067,55 ABŞ dolları (79.567,55 - 13.500,00) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 38.161,78 ABŞ dolları, faiz borcu üzrə 27.905,77 ABŞ dollarıdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Eyni zamanda həmin kredit xətti müqaviləsinin təminatı kimi Bank, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 15R000005734 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 1,6667% dərəcəsi olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 15R000005734S, xx.xx.2017-ci il tarixli 15R000005734SA saylı, xx.xx.2017ci il tarixli 15R000005734SB, xx.xx.2018-ci il tarixli 15R000005734SD saylı, xx.xx.2018-ci il tarixli 15R000005734SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit razılaşması üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən kredit razılaşması üzrə yaranmış 39511,06 ABŞ dolları əsas, 36504,19 ABŞ dolları faiz, 74605,19 ABŞ dolları cərimə, cəmi 150.620,27 ABŞ dolları birgə qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 38.161,78 ABŞ dolları əsas borc, 27.905,77 ABŞ dolları faiz borcu mövcuddur. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun 38.161,78 ABŞ dolları, faiz borcunun 27.905,77 ABŞ dolları olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə 74605,19 ABŞ dolları cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hesablanmış cərimə azaldılmalıdır. Belə ki, AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə (cərimə) borcunun miqdarı 932,45 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh2 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilən məbləğ – 163.134,40 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə iddia tələbinin ipoteka predmetinin alıcıya təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, ipoteka predmetinin gələcək mülkiyyətçisi bəlli olmadığından və yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə ipoteka predmeti əmlakı hərracda alan və ona mülkiyyət hüququ əldə edən şəxsə təhvil verilməli olduğundan, həmin hissədə tələb əsaslı hesab edilməməli və rədd edilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehlərdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı da tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15R000005734 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış borc - 38.161,78 ABŞ dolları əsas, 27.905,77 ABŞ dolları faiz, 932,45 ABŞ dolları cərimə, cəmi 67000 (altmış yeddi min) ABŞ dolları pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulsun. Həmin tutma Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 163.134,40 (yüz altmış üç min yüz otuz dörd manat, qırx qəpik) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və Cavabdeh2 həmin əmlakdan çıxarılsın. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat, cəmi 60 (altmış) manat məbləğində pul tutulsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar