Məhkəmə qərarları › İş №2(009)-1597/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1597/2022

05.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1597/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi F.Z.Əliyevin, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X15 İnstitutunun nümayəndəsi M.M.Hacıyevin iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X2rşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X2rşı ezamiyyə xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi X15 İnstitutunda işləmişdir. xx.xx.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyi İnam Kərimovun imzaladığı Ez-314 saylı əmr əsasında o, 02-12 iyul 2019-cu il tarixlərdə 11 gün müddətinə Cənubi X35 Universiteti və Sakit X10 Mərkəzi tərəfindən İpəkçiliyinin inkişafına dair keçiriləcək təlimlərdə iştirak etmək üçün ezam olunmuş və nümayəndələrin tərkibində iştirak etmişdir. Qeyd edilən əmrin ikinci hissəsində ezamiyyə xərcinin ezam olunmuşların işlədikləri quruma həvalə olunması göstərilmişdir. Ezamiyyə xərcləri 3807,95 manat təşkil etdiyi müəyyən edilərək hesablanmışdır. Bununla bağlı o, dəfələrlə cavabdehdən tələb etdikdə ona bildirilmişdir ki, 2019-cu ilin büdcə smetasında 222520 maddəsində xarici ezamiyyə xərclərinə vəsait olmadığı üçün hal-hazıra kimi həmin vəsaitin ödənilməsi mümkün olmamışdır. Həmçinin, 2020-ci ilin büdcə smetasında 222520 (xarici ezamiyyətlər) iqtisadi xərc maddəsində xarici ezamiyyət vəsaiti nəzərdə tutulmadığından ezamiyyət xərclərinin ödənilməsi mümkün deyil. Ona ünvanlanan son məktubda 2021-ci ilin xərclər smetasında xarici ezamiyyə xərclərinin ödənilməsinə ayrılan vəsait köhnə ilin borcu olduğu üçün xərcin ödənilməsinin imkan xaricində olduğu bildirilmişdir. Hazırda cavabdeh müxtəlif bəhanələrlə ezamiyyə xərclərini ödəməkdən yayınmaq niyyətindədir. Ezamiyyə xərclərinin hesablanması üçün əsas olan bütün zəruri sənədlər onun tərəfindən cavabdeh orqana təqdim edilmiş, cavabdeh orqanın mühasibatlığı tərəfindən hesablanmış və 3807,95 manat müəyyən edilmiş, dəfələrlə onun tələbi əsasında qeyd edilən məbləğin ona ödəniləcəyi bildirilmişdir. Lakin sonradan bu borcdan qurtulmaq məqsədilə cavabdeh orqan ona bildirmişdir ki, guya ki, onun Cənubi X35 Universiteti və Sakit X8 tərəfindən ipəkçiliyin inkişafına dair keçirilən təlimdə iştirakı ilə bağlı, yol xərci istisna olmaqla, bütün xərclərin dəvət edən təşkilat tərəfindən ödənildiyindən ona yalnız yol xərci ödəniləcəkdir. Daha sonra isə cavabdeh orqan ona cavab göndərərək ezamiyyə pulunun bir hissəsinin onunla birlikdə ezam olunmuş X17 direktoru Əkrəm Fətəliyev tərəfindən ödənildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh onun ona təqdim etdiyi qəbzlər əsasında ezamiyyətə xərclərini hesabladığı halda, ezamiyyə xərclərinin məbləğinin 3807,95 manat olduğunu bütün məktublarında göstərdiyi halda, sonradan həmin ezamiyyə xərclərini ödəməkdən yayınmaq məqsədilə gah bütün xərclərin dəvət edən təşkilat tərəfindən ödənildiyini bildirir, gah da kiminsə tərəfindən ezamiyyət xərclərinin ödənildiyini bildirir. Əgər həqiqətən də yol xərcindən başqa bütün xərclər dəvət edən təşkilat tərəfindən ödənilmişdirsə, hansı səbəbə görə cavabdeh həmin xərci ezamiyyə xərcinə hesablamışdır?! Elə düşür ki, bu sual cavabdehə verilməli olan sualdır. O, isə izah verərək bildirmək istəyir ki, əgər dəvət edən təşkilat tərəfindən bütün xərclər ödənilmiş olsaydı, o zaman cavabdeh həmin pulu ezamiyyə xərci kimi hesablamazdı. Həmçinin, hazırda belə bir absurd etiraz bildirən cavabdehin yeganə məqsədi ezamiyyə xərcini ödəməkdən yayınmaqdır. Çünki qanunvericiliyin tələbinə görə əgər dəvət edən təşkilat bütün xərcləri qarşılayırsa, o zaman ezamiyyə xərcləri ödənilmir. Cavabdeh belə bir normanın 2005-ci ildən qüvvədə olduğunu bilə-bilə heç zaman ona həmin məbləği ezamiyyə xərci kimi hesablamazdı. Onun yol xərcinin kiminsə tərəfindən ödənilməsi halı ilə bağlı isə bildirmək istəyir ki, bu hal heç nə ilə təsdiq olunmur və təbiidir ki, ona ezamiyyə pulu kimi avans verilmədiyi halda o, ya həmin məbləğə malik olma idi, ya da kimdənsə həmin məbləği almalı idi. Bunun cavabdehin qeyd etdiyi şəxs və ya başqa şəxs olmasının isə heç kəsə, o, cümlədən hazırki vəziyyətə heç bir dəxli yoxdur. Cavabdeh ona ezamiyyə pulunu ödəməməklə ona maddi ziyan vurmuşdur. O, öz mülkiyyətindən bir neçə ildir ki, məhrum olmuşdur. Halbuki o, həmin məbləği başqa cür dəyərləndirə bilərdi. Hazırda inflyasiyanın sürətlə getdiyi bir dövrdə pulun dəyəri aşağı düşmüşdür. Beləliklə də, ona maddi ziyan dəymişdir. Həmçinin cavabdehin qeyri-qanuni hərəkətləri onun yol xərcinin kiminsə tərəfindən ödənilməsi kimi “sətiraltı” məna daşıyan məzmunlu məktublara verdiyi cavablar ona mənəvi sarsıntı yaşatmışdır. O, bir Azərbaycan qadını kimi yol pulunun kiminsə ödənilməsi kimi iddiaları şərəfinin ləkələnməsinə qəsd kimi qəbul edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Elm və İnnovasiya Mərkəzi X1 ödənilməli olan, lakin ödənilməmiş 3807,95 manat ezamiyyə pulunun, 2000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X30 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqi barədə ərizəsi məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçını işə qəbul edən və işdən azad edən Heyvandarlıq institutudur. Bu xərclər Heyvandarlıq institutu tərəfindən həll olunur. Onlar bu işdə cavabdeh ola bilməzlər.Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, Nazirlik tərəfindən ezamiyyə barədə əmr qəbul edilərkən Çin Respublikasından göndərilmiş dəvət məktubları nazirliyə təqdim olunmamışdır. Bu səbəbdən ezamiyyə xərclərinin ezam olunan şəxslərin qurumları tərəfindən ödənilməsi olması barədə əmrdə müvafiq göstəriş olmuşdur. Lakin sonra dəvət məktubları ilə müəyyən edilmişdir ki, təlim dövrü çərçivəsində bütün xərclər dəvət edən tərəfdən qarşılanacaqdır. İddiaçı bununla əlaqədar həmin ölkədə hər hansı bir vəsait xərcənməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı əmək münasibətlərində olduğu işəgötürən – Heyvandarlıq Elmir-Tədqiqat İnstitutu tərəfindən 2019-cu il iyul tarixində ezamiyyə xərclərinin ödənilməməsi ilə bağlı yaranmış fərdi əmək mübahisəsi ilə əlaqədar iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərirzə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi və iddianın əsassız olması ilə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X15 İnstitutunun nümayəndəsi X12 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı onların işçisi olmuş, çox aktiv və müəyyən dairələrdə tanınmışdır. Əvvəllər də Hindistanda ezamiyyətdə olmuşdur. Kompyuter vasitəsi ilə Çin Respublikasında təlimin keçirilməsi barədə məlumat əldə etmiş, iştirakla bağlı X4 direktoru Əkrəm Fətəliyevə müraciət etmişdir ki, belə bir tədbir keçirilir, iştirak etmək istəyirmi, o, müsbət cavab vermiş və özünün də həm dili bildiyinə görə, həm də marağı olduğuna görə ezamiyyətə getmək istədiyini demiş, Çin Respublikasına müraciət olunmuş, müvafiq dəvət məktubları almışdır. Lakin uzun müddət onların və Nazirliyin dəvət məktublarından xəbəri olmamışdır. Belə ki, dəvət məktubunda dəvət edən ölkə bütün qalacaq (yemək), nəqliyyat və təlim xərclərini qarşılayacağını, ölkəyə gəlmək üçün nəqliyyat xərcini isə onlara aid olacağını bildirmişdir. Bu məlumat onlara sonradan məlum olmuşdur. İddiaçının nəqliyyat xərcini isə Əkrəm Fətəliyev öz şəxsi vəsaiti hesabına ödəmişdir. Onların sorğusuna cavabda da bu hal təsdiq olunur. Ona görə də digər şəxs tərəfindən təyyarə xərcinin ödənilməsi və Çin Respublikasındakı xərclərin də qarşı tərəfdən çəkilməsi səbəbindən iddiaçının hazırki tələbi əsaslı hesab edilə bilməz və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Ez-314 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2005ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh1 haqqında Əsasnamə”nin 18.8-ci bəndini rəhbər tutaraq Cənubi X35 Universiteti və Sakit Okean – X31 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçiriləcək təlimdə Nazirliyin nümayəndələrinin iştirakını təmin etmək məqsədi ilə Qaz X4 direktoru X22 və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi İddiaçı 2019-cu il 02-12 iyul tarixlərində 11 gün X39 Respublikasının Guangzhou şəhərinə ezam edilməsi, Ə.Q.Fətəliyevin və İddiaçı ezamiyyə xərcləri onların işlədikləri qurumlar tərəfindən ödənilməsi, Ə.Q.Fətəliyev bu ezamiyyə ilə bağlı hesabatını nazir müavini İlham Quliyevə, İddiaçı isə nazir müavini Seyfəddin Talıbova təqdim etməsi əmr edilmişdir. Əsas: Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcovun 2019-cu il 24 iyun tarixli 21/M-131 nömrəli təhriri məruzəsi. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X15 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K-294 saylı əmrin surətindən görünür ki, Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi laboratoriyasının aparıcı mütəxəssisi İddiaçı 2019-cu il 01 oktyabr tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Aqrar Elm və X3 X28 tərəfindən “Gəncə ASAN” vəkil bürosunun vəkili Natiq Əliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə X29 cənab İnam Kərimovun imzaladığı Ez-314 saylı əmr əsasında İddiaçı 2019-cu ilin 02-12 iyun tarixlərində 11 gün müddətinə Cənubi X35 Universiteti və Sakit X10 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçiriləcək təlimlərdə iştirak etmək üçün Nazirlikdən ezam olunmuş nümayəndələrin tərkibində iştirak etmişdir. Əmrin 2-ci paraqrafında ezamiyyə xərcləri ezam olunmuşların işlədikləri quruma həvalə olunması rəhbər tutularaq İddiaçı hesablanmış ezamiyyə xərcinin 3807,95 manat təşkil etməsinə baxmayaraq, 2019-cu ilin büdcə smetasının 222520 maddəsində xarici ezamiyyə xərclərinə vəsait olmadığı üçün hal-hazıra kimi həmin vəsaitin ödənilməsi mümkün olmamışdır. Odur ki, xarici ezamiyyələrə vəsaitin ayrılması üçün aidiyyəti üzrə dəfələrlə müraciət etmişlər və bildirirlər ki, 2020-ci ilin büdcə smetasının 222520 maddəsində xarici ezamiyyə üçün vəsait ayrılmalıdır. Həmin vəsaitin ayrıldığı andan İddiaçı haqlı tələbi ödəniləcəkdir. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X15 İnstitutu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri Mikayıl Nuriyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, X15 İnstitutunun sabiq aparıcı mütəxəssisi İddiaçı ezamiyyə xərcinin ödənilməsi üçün 222520 maddəsindən 3807,95 manat vəsaitin ayrılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cənubi X35 Universiteti və Sakit X8 tərəfindən ipəkçiliyin inkişafına dair keçirilən təlimdə iştirakı ilə bağlı, yol xərci istisna olmaqla, bütün xərclər dəvət edən təşkilat tərəfindən ödənilmişdir. Ona görə də İddiaçı yalnız yol xərxi ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmıış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun 2020-ci ilin büdcə smetasında 222520 (xarici ezamiyyətlər) iqtisadi xərc maddəsində xarici ezamiyyət vəsaiti nəzərdə tutulmadığı üçün İddiaçı ezamiyyə xərclərinin ödənilməsi mümkün deyil. Növbəti ilin büdcəsində müvafiq maddə üzrə vəsait ayrıldığı təqdirdə ezamiyyə xərcləri üzrə qalığın ödənilməsi təmin ediləcək. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X15 İnstitutu tərəfindən 20 saylı Xəzinədarlıq İdarəsinin rəisi Rəşid Yusifova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli Ez-314 saylı əmrinə əsasən X14 11 gün müddətinə Çin Xalq Respublikasına, xx.xx.2019-cu il tarixli Ez-471 saylı əmrinə əsasən isə X5 Respublikasına 4 gün müddətinə ezam olunmuşlar. Həmin vaxta maliyyə vəsaiti olmadığına görə X9 1490 manat, X20 435,71 manat hesablanmış ezamiyyə xərci ödənilməmişdir. Hazl-hazırda Nazirlik tərəfindən həmin xərcin ödənilməsi üçün 222520 maddəsinə 2010 manat vəsait ayrılmışdır. Yuxarıda göstərilən ezamiyyə xərclərinin ödənilməsinə köməklik edilməsini xahiş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X15 İnstitutu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 2020-ci ilin büdcə smetasında “Xarici ezamiyyə” maddəsində vəsait olmadığı üçün İddiaçı ödəniş edilməmişdir. 2021-ci ilin büdcə smetasından ezamiyyə xərclərinin ödənilməsi üçün xx/xx-0070 saylı, xx.xx.2021ci il tarixli məktubla 20 saylı Xəzinədarlıq İdarəsinə müraciət olunmuşdur. Bundan əlavə bildirirlər ki, Nuranə Elm an qızı Qəmbərovanın ezamiyyə xərclərinin bir hissəsi Çin Xalq Respublikası tərəfindən, bir hissəsi isə 2019-cu ilin iyul ayında X17 direktoru Əkrəm Fətəliyevin şəxsi hesabından ödənilib. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən İddiaçı, surəti X23 Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X15 İnstitutunun rəhbərliyi tərəfindən təqdim olunmuş məktubda 2020-ci ilin büdcə smetasında xarici ezamiyyə maddəsində vəsait olmadığını üçün ezamiyyə xərcinin ödənilmədiyini, 2021-ci ilin büdcə smetasında ezamiyyə xərcinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzanədarlıq Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinə xx.xx.2021-ci il tarixli, xx/xx-0070 nömrəli məktubla müraciət olunduğunu və əlavə olaraq ezamiyyə xərcinin bir hissəsi Çin Xalq Respublikası tərəfindən, bir hissəsi isə X19 direktoru Əkrəm Fətəliyevin şəxsi hesabından ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən HETİ-nin rəhbərliyinin müraciətinə xx.xx.2021-ci il tarixli, 01/04-01-59 nömrəli məktubla cavab olaraq 2021-ci ilin xərclər smetasında xarici ezamiyyə xərclərinin ödənilməsinə ayrılan vəsait köhnə ilin borcu olduğu üçün xərcin ödənilməsi imkan xaricində olduğu bildirilmişdir. Müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Çin Xalq Respublikasının Guangzhou şəhərinə Cənubi X35 Universiteti və Sakit X10 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçirilən təlimdə iştirak etmək üçün ezam olunmuşdur, lakin ezamiyyətdə olduğu müddət üçün İddiaçı ezamiyyə pulu ödənilməmişdir. Buna görə də Nazirlik yanında X23 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən qeyd etdiyi ezamiyyə pulunun ödənilməsinin təmin edilməsi məqsədilə X15 İnstitutunun ünvanına məktub ünvanlanmışdır. İş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı qıızı və X15 İnstitutunun nümayəndəsi X12 xx.xx.2021-ci il tarixdə 15.00-16.10 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X4 direktoru Əkrəm Fətəliyev tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X15 İnstitutunun direktoru Mahir Hacıyevə ünvanlanmış 36 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı ilə 11 gün müddətində Çin Xalq Respublikasının Guangzhou şəhərində ezamiyyətdə olduqları müddətdə yol xərci istisna olmaqla qalan bütün təminatlarının həmin ölkənin dəvət edən təşkilatı tərəfindən yerinə yetirilməsi, İddiaçı maddi imkanı olmadığı üçün 1490 manat məbləğində təyyarə ilə gediş-gəliş xərcini öz şəxsi vəsaiti hesabına ödəmişdir. İş üzrə Çin Xalq Respublikasının Guangzhou şəhərindən təlim kursları ilə bağlı Nuranə İsgəndərovaya ünvanlanmış dəvət məktubundan belə məlum olur ki, təşkil olunacaq təlim zamanı təlim dövrü çərçivəsində qalacaq (yemək), nəqliyyat və təlim xərcləri proqram çərçivəsində onlar tərəfindən qarşılanacaq, səyahət xərcləri isə ezam olunan şəxslər tərəfindən qarşılanacaq. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cənubi X35 Universiteti və Sakit Okean – X31 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçiriləcək təlimdə 2019-cu il 02-12 iyul tarixlərində 11 gün müddətində iştirak etmək üçün Çin Xalq Respublikasının Guangzhou şəhərinə ezam edilmiş, bununla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfat Naziri tərəfindən xx.xx.2019-cu il tarixli Ez-314 saylı ezamiyyə haqqında əmr verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, müvafiq əmrlə 2019-cu ilin iyul ayında 11 gün Çin Xalq Respublikasında ezamiyyətdə olsa da, ona ezamiyyə xərcləri kimi çatası pul bu günədək verilməmişdir. Dəfələrlə bununla əlaqədar cavabdehlərə yazılı müraciət etsə də, müraciətləri müsbət həllini tapmamışdır. Bu səbəbdən iddiaçı mövcud tələblə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ezamiyyə xərci kimi 3807,95 manat, maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İşçilərin ezamiyyə Qadaları”nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 1-ci hissəsinin 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Göstərilən Qaydaların 1-ci hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Eyni Qaydaların 1-ci hissəsinin 11-ci bəndinə əsasən bu Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. İddiaçı qeyd edilən tələbi hər iki cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçının ezamiyyətə göndərilməsi ilə əlaqədar qəbul edilmiş əmrdə ezamiyyə xərclərinin işçilərin işlədiyi qurumlar tərəfindən ödənilməsi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı hesablanmış ezamiyyə xərclərinin məbləği 3807,95 manat təşkil etmiş, həmin xərcin 1490 manatı nəqliyyat (transfer) xərci, yerdə qalan xərc isə ezam olunduğu ölkədə gündəlik mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclərdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının xarici ölkədə qaldığı 11 gün müddət ərzində xərcləri ezam olunduğu ölkə olan Çin Xalq Respublikası tərəfindən qarşılanmışdır. Dəvət məktubunda da bu xərclərin dəvət edən tərəf tərəfindən qarşılanacağı qeyd edilmişdir. Belə olan halda iddiaçının həmin xərcin tələb edilməsi barədə iddiası əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, nəqliyyat xərci kimi 1490 manat da ezam olunan digər şəxs - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X4 direktoru Əkrəm Fətəliyevin şəxsi vəsaiti hesabına ödənilmişdir. Beləliklə iddiaçının ezamiyyətdə olduğu müddət və nəqliyyat xərcləri ilə bağlı ödənişlər tam həyata keçirildiyindən, iddiaçı tərəfindən həmin xərclərlə əlaqədar hər hansı pul vəsaitinin xərclənməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehə münasibətdə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ezamiyyə xərcinin ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi üzrə hesab edir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyanla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair yazılı ərizə verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2019-cu ilin iyul ayında ezamiyyətdə olsa da, mövcud tələblə 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Yəni qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki- Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası MPM-nin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərirzə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia iddia müddətinin ötürülməsi ilə əlaqədar da əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X2rşı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X1 ödənilməli olan, lakin ödənilməmiş 3807,95 manat ezamiyyə pulunun, 2000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar