Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1609/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin iddiası üzrə, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiasına mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü Cavabdeh tutulan almentin miqdarını artıraraq, hər ay üçün 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 2(009)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən uşaqarı 02 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılmasından ötrü Cavabdeh 160 manat alimentin tutulması qət edilmişdir. Alimentin miqdarının artırılması ilə əlaqədar Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 2023- cü il üçün 220 manat təşkil edir. Cavabdeh bir neçə yerdə işləyir və gəliri qeyri-sabitdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “ailimentin məbləğinin dəyişdirilərək azaldılması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının təmin edilməməsi, Səbail rayon məhkəməsinin 2(009)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, bir uşağa görə ondan sabit pul məbləğində 150 manat tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 2(009)- 2452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 02 iyul 2013-cü il təvəllüdlü uşaqları X5 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cavabdeh kimi ondan 160 manat sabit pul məbləğində aiimentin tutulması qət edilmişdir. O, İddiaçı son vaxtlara qədər alimenti daim və fasiləsiz olaraq ödəmişdir. (Qəbzlərin surətini təqdim edir) İddiaçı indi də Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Səbail rayon məhkəməsinin 2(009)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin bir uşağa görə Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 27 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 220 manat həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. O, İddiaçı bu iddiası ilə razı deyil və ona etirazını bildirməklə yanaşı ona qarşı aiimentin məbləğinin azaldılması tələbi ilə qarşılıqlı iddia verir. Belə ki, o, uzun illər boyu vərəm xəstəliyindən əziyyət çəkmişdir və indi də müalicə olunur. Ona görə də yüngül işlərdə çalışmaq məcburiyyətində qalmışdır. Hazırda “taksi” fəaliyyəti ilə məşğul olsa da xəstəliyi ilə əlaqədar fasilələrlə işləyir. Qazancı xərclərinə çatmır. X12 da uzun illərdir ağır yataq xəstəsidir. Pensiyası onun müalicə xərclərini qarşılamağa yetmir. Onun başqa qazanc yeri, mülkü, pulu yoxdur. O, 22 avqust 2022-ci il tarixdə X9 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmişdir və hazırda övladları yoxdur. X9 evdar qadındır və heç bir yerdə işləmir. Onun qazancı ailənin ən minimum təlabatını belə ödəmir. Odur ki, qarşılıqlı iddasının qəbul edilməsini, İddiaçı alimentin məbləğinin bir uşağa görə 220 manat məbləğində müəyyən edilməsi barədə ona qarşı qaldırmış olduğu iddia tələbinə, onun iddiaçıya qarşı qaldırmış olduğu qarşılıqlı iddia ilə birlikdə baxılmasını, İddiaçı iddiasının təmin edilməməsini, Səbail rayon məhkəməsinin 2(009)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsini, bir uşağa görə 150 manat məndən tutularaq İddiaçı verilməsini məqsədəmüvafiq və ədalətli hesab edir. İddiaçı qarşı qarşılıqlı iddasının qəbul edilməsi barədə qərardad çıxarılmasını, İddiaçı alimentin məbləğinin bir uşağa görə 220 manat məbləğində müəyyən edilməsi barədə ona qarşı qaldırmış olduğu iddia tələbinə, onun İddiaçı qarşı qaldırmış olduğu qarşılıqlı iddiası ilə birlikdə baxaraq, İddiaçı iddiasının təmin edilməməsi, Səbail rayon məhkəməsinin 2(009)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, bir uşağa görə ondan sabit pul məbləğində 150 manat tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, özü işləmir, atasının köməyi ilə uşağı böyüdür, lakin cavabdeh uşağın atasıdır və o da uşağın təhsil və başqa xərclərini qarşılamalıdır. Cavabdeh alimenti hər ay ödəmir, aliment icra məmurunun köməyi ilə ödənilir. Müəyyən müddət yığılır, o şikayət etdikdən sonra tədbir görülməməsi üçün bir dəfəlik böyük məbləğ ödəyir. Dekabr ayında ona zəng etmiş, işləməyə başlayacağına görə polis şöbəsindən şikayətini götürməyini istəmişdir. O da şikayəti geri götürmüşdür. Hal-haırda 1000 manata yaxın borcu vardır. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X3 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, cavabdehin qolu hazırda zədəlidir, hal-hazırda işləmir. Yenidən ailə qurub, alimenti imkan daxilində ödəyir. Yoldaşı ayzgeymer xəstəsidir. İddiaçının yaxşı şəraiti vardır. Orxan arada taksi sürücüsü kimi fəaliyyət göstərir. Heç 160 manatı da ödəyə bilmir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ 228826 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətində görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin mart ayının 12 günündə 35№ ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ 519423 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və həmin nikah 1327 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2452/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından olan övladı xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-3998/2015 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 108 manat alimentin həcmi artırılaraq, 160 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə X6 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016cı ilin mart ayının 12 günündə 35№ ilə qeyd edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2452/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından olan övladı xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)- 3998/2015 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 108 manat alimentin həcmi artırılaraq, 160 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 22 avqust 2022-ci il tarixində X9 ilə yenidən ailə qurmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışa əsasən müəyyən edilmişdir ki, xəstə Cavabdeh 2008-ci ildən 2 saylı şəhər poliklinikasına müraciət edir. Digər sənədlərdən görünür ki, o, mütəmadi olaraq qan analizləri verir və sağlamlıq vəziyyətini yoxlayır. İddiaçı tərəf Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üçün 220 manat təşkil etməsinə və Cavabdeh bir neçə yerdə işləməsinə, gəlirinin qeyri-sabit olmasına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə cavabdehin uzun illər boyu vərəm xəstəliyindən əziyyət çəkməsinə, indi də müalicə olunmasına, ona görə də yüngül işlərdə çalışmaq məcburiyyətində qalmasına, hazırda “taksi” fəaliyyəti ilə məşğul olsa da, xəstəliyi ilə əlaqədar fasilələrlə işləməsinə, qazancının xərclərinə çatmamasına, X12un da uzun illərdir ağır yataq xəstəsi olmasına, pensiyasının onun müalicə xərclərini qarşılamağa yetməməsinə, cavabdehin başqa qazanc yerinin, mülkünün, pulunun olmamasına, 22 avqust 2022-ci il tarixində X9 ilə nikaha daxil olmasına, X8 da evdar qadın olmasına və heç bir yerdə işləməməsinə, qazancının ailənin ən minimum təlabatını belə ödəməməsinə istinad edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməklə aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə hər iki iddia tələbinin mahiyyətini nəzərə alaraq onlara birlikdə münasibət bildirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh yenidən ailəli qurmuşdur, həmçinin sağlamlıq vəziyyəti ilə bağlı müalicələr alır. İddiaçı cavabdehin bir neçə yerdə işləməsini qeyd etsə də bununla bağlı hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq üçün maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2452/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat məbləğində alimentin həcmi artırılaraq 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, cavabdehdən 41 (qırx bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qarşılıqlı iddia rədd edilməli, cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2452/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat məbləğində alimentin həcmi artırılaraq 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Cavabdeh 41 (qırx bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1609/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1609/2023
28.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver