Məhkəmə qərarları › İş №2(009)-1613/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1613/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1613/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 08.07.2019-cu il tarixli, 12.08.2019-cu il tarixli, 29.01.2020-ci il tarixli və 17.02.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********20337 olan “Samsung Galaxy A40” markalı telefon, İMEİ kodu **********71256 olan “Samsung Galaxy A70” markalı telefon, “Playstation-4 Sony 1TB PRO” markalı playstation və “Gorenje” markalı ətçəkən almış və nəticədə 1363 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 665 manat (12 ay x 55 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********20337 olan “Samsung Galaxy A40” markalı telefon üçün ümumilikdə 85 manat olmaqla, ondan 78 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 7 manat cərimə; 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1088 manat (12 ay x 74 manat + 200 manat ilkin ödəniş) olan İMEİ kodu **********71256 “Samsung Galaxy A70” markalı telefon üçün ümumilikdə 334 manat olmaqla, ondan 304 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 30 manat cərimə; 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1050,8 manat (12 ay x 79,9 manat + 92 manat ilkin ödəniş) olan “Playstation-4 Sony 1TB PRO” markalı playstation üçün ümumilikdə 879 manat olmaqla, ondan 799,8 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 79,2 manat cərimə; 17.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 140,4 manat (12 ay x 11,7 manat + 0 manat ilkin ödəniş) olan “Gorenje” markalı ətçəkən üçün ümumilikdə 65 manat olmaqla, ondan 59,4 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 5,6 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1703 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Samsung Galaxy A40” markalı telefon üçün 78 manat əsas borc, 7 manat cərimə, “Samsung Galaxy A70” markalı telefon üçün 304 manat əsas borc, 30 manat cərimə, “Playstation- 4 Sony 1TB PRO” markalı playstation üçün 799,8 manat əsas borc, 79,2 manat cərimə, “Gorenje” markalı ətçəkən üçün 59,4 manat əsas borc, 5,6 manat cərimə, ümumilikdə 1363 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 08 iyul 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A40” markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 55 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 665 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A70” markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 74 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1088 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Playstation-4 Sony 1TB PRO” markalı playstation 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 79,9 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1050,8 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 17 fevral 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Gorenje” markalı ətçəkən 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 11,7 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 140,4 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 03.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 08.07.2019-cu il tarixli müqavilə üzrə 78 manat əsas, 7 manat cərimə, 12.08.2019-cu il tarixli müqavilə üzrə 304 manat əsas, 30 manat cərimə, 29.01.2020-ci il tarixli müqavilə üzrə 799,8 manat əsas, 79,2 manat cərimə, 17.02.2020-ci il tarixli müqavilə üzrə 59,4 manat əsas, 5,6 manat cərimə, cəmi 65 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 08.07.2019-cu il tarixdə, 12.08.2019-cu il tarixdə, 29.01.2020-ci il tarixdə və 17.02.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 665 manat olan “Samsung Galaxy A40” markalı telefon, alqı-satqı qiyməti 1088 manat olan “Samsung Galaxy A70” markalı telefon, alqı-satqı qiyməti 1050,8 manat olan “Playstation-4 Sony 1TB PRO” markalı playstation və alqısatqı qiyməti 140,4 manat olan “Gorenje” markalı ətçəkən pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, playstation və ətçəkən Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 08.07.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 78 manat əsas borc, 7 manat cərimə, 12.08.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 304 manat əsas borc, 30 manat cərimə, 29.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 799,8 manat əsas borc, 79,2 manat cərimə, 17.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 59,4 manat əsas borc, 5,6 manat cərimə, cəmi 1363 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 08.07.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 03.05.2021-ci il tarixə yaranmış 78 manat borc, 7 manat cərimə, 12.08.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 03.05.2021-ci il tarixə yaranmış 304 manat borc, 30 manat cərimə, 29.01.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 03.05.2021-ci il tarixə yaranmış 799,8 manat borc, 79,2 manat cərimə, 17.02.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 03.05.2021-ci il tarixə yaranmış 59,4 manat borc, 5,6 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1393 (bir min üç yüz doxsan üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar