Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1614/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğinin, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Humay və Həzrət adlı iki övladları anadan olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və hər iki uşağın saxlanması üçün hər ay 308 manat sabit pub məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlardan birinin 3, digərinin isə 2 yaşı var. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Hətta aliment belə vaxtı vaxtında ödəmir. İndiyədək 2000 manata yaxın borc yığılmışdır. Uşaqlar böyüdükcə məsrəfləri də yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə qərar qəbul etdiyi müddətdən indiyə qədər borclu alimenti vaxtı-vaxtında ödəmir. Məhkəmə qərarı çıxarılmış olsa da, məhkəmə qərarı icra olunmur. Belə olan halda isə o, iki övladı ilə çıxılmaz vəziyyətdə qalıb, onların gündəlik tələbatlarını ödəyə bilmir. Valideynləri kömək etsə də, onlara yük olmaq istəmir. Qeyd etdiyi səbələrə görə «aliment məbləğinin artırılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 2628/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında Bakı «Nikah Evi» tərəfindən qeydə alınmış xx xxxxx 2015-ci il tarixli, 355 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx xxxxxx 2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları-X3 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh xx xxxxxx 2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər biri üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 317986 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019 ilin mart ayının 09 günündə 48 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına «İslamova» soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 917766 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X12 xx xxxxxx 2017-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası X5r. İş materiallarında olan AZ-İV 128429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxx 2018-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X12 və X11 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbaill Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2020-ci il tarixli Qanunla 2020-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 170 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X9 və X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 170 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-2628/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx xxxxxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxx 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1614/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1614/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver