Məhkəmə qərarları › İş №2(009)-1616/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1616/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1616/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh Tukhashvili Ketevanın, X1 iştirakı ilə, İddiaçı cavabdeh Thukaşvili Ketevana qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Thukaşvili Ketevana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gürcüstan Respublikası vətəndaşı Thukaşvili Ketevan ilə aralarında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini, 70.000 manat əsas borcun tutularaq ona verilməsi və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, cavabdeh Thukaşvili Ketevan ilə Moskva Univermağı mağazasında tanış olmuşlar və onun qızıl alveri ilə məşğul olduğunu bilirdi. Cavabdeh onu tanıdığından və onunda cavabdehi tanıdığından istifadə edərək ondan borca pul istəmiş, o da ona inanaraq xx xxxxxx 2020-ci ildə 70.000 manat borc verərək kredit müqaviləsi bağlamış və həmin müqavilənin 2-ci bəndində göstərildiyi kimi cavabdeh borclu olduğu 70.000 manatı hər ay 35.000 manat olmaqla xx.xx.2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda cavabdeh borcu qaytarmaqdan yayınır və telefon zənglərinə cavab vermir və müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirmir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə 70.000 manat pul vermiş, cavabdeh isə həmin pulu hər ay 35.000 manat olmaqla iki aya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini icra etməkdən yayınaraq, indiyədək heç bir ödəniş etməmişdir. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Tukhashvili Ketevan izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Lakin, onun iddiaçıda 140000 dəyərində əmlakı vardır. Həmin əmlakın satılaraq onun borcunun silinməsini və qalan pulun ona qaytarılmasını xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, 70000 manat pul götürdüyünü qəbul etdiyini, pandemiya şəraiti ilə əlaqədar olaraq, iddiaçı ilə aralarındakı problemin həll olunması, onda olan dəyərli əşyalarını geri götürmək üçün vaxt lazım olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı arasında kredit müqaviləsi imzalanmışdır. Mqavilənin şərtlərinə əsasən Əsgərov X2 Respublikası vətəndaşı Thukaşvili Ketevana 70000 manat faizsiz borc pul vermişdir. Thukaşvili Ketevan borcu xx.xx.2020-ci il tarixədək hər ay 35000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən öhdəliyin icrasının tam və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeyd ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iş materiallarında olan sübutların tədqiqi ilə müəyyən edildi ki, cavabdeh Gürcüstan Respublikası vətəndaşı Thukaşvili Ketevan İddiaçı 70000 manat məbləğində pul istəmiş, aralarında kredit müqaviləsi bağlanmış və hər ay 35000 manat olmaqla 2 ay ərzində qaytarılmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Thukaşvili Ketevan İddiaçı alınan pulu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Thukaşvili Ketevan borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, onun İddiaçı 70000 manat məbləğində borcu vardır və həmin borc cavabdeh Thukaşvili Ketevandan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Gürcüstan Respublikası vətəndaşı Thukaşvili Ketevan arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Thukaşvili Ketevandan 70000 (yetmiş min) manat tutulub İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Thukaşvili Ketevandan alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar