Məhkəmə qərarları › İş №2(009)-1626/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1626/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1626/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 13.10.2018-ci il tarixli, 23.06.2019-cu il tarixli və 05.08.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********15656 olan “X1 6 PRO” markalı telefon, “Braun” markalı blender “Hoffmann” markalı paltaryuyan və soyuducu almış və nəticədə 674 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 779 manat (18 ay x 43 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********15656 olan “X1 6 PRO” markalı telefon üçün ümumilikdə 58 manat olmaqla, ondan 53 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 5 manat cərimə; 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 143 manat (11 ay x 13 manat + 0 manat ilkin ödəniş) olan “Braun” markalı blender üçün ümumilikdə 42 manat olmaqla, ondan 39 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 3 manat cərimə; 05.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1353 manat (18 ay x 75 manat + 3 manat ilkin ödəniş) olan “Hoffmann” markalı paltaryuyan və soyuducu üçün ümumilikdə 574 manat olmaqla, ondan 522 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 52 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1661 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “X1 6 PRO” markalı telefon üçün 53 manat əsas borc, 5 manat cərimə, “Braun” markalı blender üçün 39 manat əsas borc, 3 manat cərimə, “Hoffmann” markalı paltaryuyan və soyuducu üçün 522 manat əsas borc, 52 manat cərimə, ümumilikdə 674 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 13 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “X1 6 PRO” markalı telefonu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 43 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 779 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 23 iyun 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Braun” markalı blenderi 11 ay müddətinə ödənilmək şərti ilə (ayda 13 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 143 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 05 avqust 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Hoffmann” markalı soyuducu və paltaryuyanı 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 75 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1353 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 04.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 13.10.2018-ci il tarixli müqavilə üzrə 53 manat əsas, 5 manat cərimə, 23.06.2019-cu il tarixli müqavilə üzrə 39 manat əsas, 3 manat cərimə, 05.08.2019-cu il tarixli müqavilə üzrə 522 manat əsas, 52 manat cərimə, cəmi 674 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 13.10.2018-ci il tarixdə, 23.06.2019-cu il tarixdə və 05.08.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 779 manat olan “X1 6 PRO” markalı telefon, alqı-satqı qiyməti 143 manat olan “Braun” markalı blender və alqı-satqı qiyməti 1353 manat olan “Hoffmann” markalı paltaryuyan və soyuducu pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefon, blender,soyuducu və paltaryuyan Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 13.10.2018ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 53 manat əsas borc, 5 manat cərimə, 23.06.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 39 manat əsas borc, 3 manat cərimə, 05.08.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 522 manat əsas borc, 52 manat cərimə, cəmi 674 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 13.10.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 04.05.2021-ci il tarixə yaranmış 53 manat borc, 5 manat cərimə, 23.06.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 04.05.2021-ci il tarixə yaranmış 39 manat borc, 3 manat cərimə, 05.08.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 04.05.2021-ci il tarixə yaranmış 522 manat borc, 52 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 704 (yeddi yüz dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar