Məhkəmə qərarları › İş №2(009)-1634/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1634/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1634/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi A.S.Novruzovanın Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 20.12.2019-cu il tarixli BAKU2-13444-2364 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 10.117,76 manat məbləğində güzəştli kredit vermişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 9.00 manat, növbəti 48 ay ərzində isə hər ay 215,10 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikinə nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 21.05.2021ci il tarixə Cavabdeh 20.12.2019-cu il tarixli BAKU2-13444-2364 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 10.101,02 manat əsas borcu, 42,09 manat, faiz borcu olmaqla, cəmi 10.143,11 manat borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə bağlanmış 20.12.2019cu il tarixli BAKU2-13444-2364 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor “xxxx” BOKT MMC-nin xeyrinə 10101,02 manat məbləğində əsas borcun, 42,09 manat məbləğində faiz borcunun, cəmi 10143,11 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, o banka olan borcunu etiraf edir. Heç bir yerdə işləmir, 2-ci dərəcəli əlildir, 305 manat təqaüd alır. Ona görə də bank qarşısında olan öhdəliyi icra edə bilmir. Hər ay 100 manat olmaq şərti ilə ödəniş edə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə kreditor «xxxx” MMC ilə borclu Cavabdeh arasında bağlanılmış 20 dekabr 2019-cu il tarixli BAKU2-13444-2364 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən BOKT tərəfindən Cavabdeh 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik 1%-lə 10.117,76 manat məbləğində kredit verilmişdir. İş üzrə «xxxx» MMC tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayışa əsasən Cavabdeh «xxxx» MMC-yə 10101,02 manat əsas, 42,09 manat komisyon və 0 manat cərimə, cəmi 10143,11 manat borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, BAKU2-13444-2364 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 1% olmaqla 10117,06 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bununla da onun iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehdən ödənilməmiş 10101,02 manat əsas və 42,09 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanılmış 20.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə üzrə borc məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifələrini tam yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, kredit müqaviləsinin ləğv edilməli və cavabdehdən 10101,02 manat əsas, 42,09 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 20.12.2019-cu il tarixli BAKU2-13444-2364 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 20.12.2019-cu il tarixli BAKU2-13444-2364 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 21.05.2021-ci tarixə yaranmış 10101,02 manat əsas borc, 42,09 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 10173,11 (on min yüz yetmiş üç manat on bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar