Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(009)-1637/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, ünvan 1 ünvanda yerləşən kreditor «xxxxxxx» MMC-nin borclu, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzərov küçəsii, ev 1, mənzil 15 ünvanda qeydiyyatda olan Borclu qarşı kredit borcunun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor «xxxxxxx» MMC ilə Borclu arasında bağlanmış xx xxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu dəyəri 2850 manat olan Samsung Galaxy S10 128 GB Black markalı mobil telefon satılmışdır. Borclu göstərilən məbləğdən 96 manat ilkin ödəniş etdikdən sonra qalıq 2754 manatı hər ay 153 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Nəticədə Borclu «xxxxxxx» MMC-yə 2754 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara görə və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm yaranmış borc məbləği, həmçinin «xxxxxxx» MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, «xxxxxxx» MMC-nin tələbi aşkardır. Həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda, Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280- 282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR EDİR: xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 mənzil 15 ünvanda qeydiyyatda olan X1 2754 (iki min yeddi yüz əlli dörd) manat əsas borc və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 (iyirmi) manat məbləğində pul tutularaq «xxxxxxx» MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Səbail Rayon Məhkəməsinə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1637/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(009)-1637/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver