Məhkəmə qərarları › İş №2(009)-1665/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1665/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1665/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 aprel 2011-ci il təvəllüdlü X1 və 28 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 15 mart 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları var: 29 aprel 2011-ci il təvəllüdlü X3 və 28 fevral 2013-cü il təvəllüdlü X4. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-105/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1571/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aliment artırılaraq hər ay hər uşaq üçün 155 manat olmaqla, cəmi 310 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırki iqtisadi vəziyyət nəzərə alınaraq uşaqların saxlanılması üçün təyin edilən cəmi 310 manat kifayət deyil, eləcə də normal qidalanması üçün müəyyən məbləğdə vəsait tələb olunur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləği 235 manat müəyyən edildiyindən, 29 aprel 2011-ci il təvəllüdlü X1 və 28 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, tərəflərin oğlu 28 fevral 2013-cü il təvəllüdlü X4 qara ciyərin xəstəliyindən əziyyət çəkir və onun müalicəsi üçün çox vəsait tələb olunur. Əvvəl müəyyən edilən alimentin məbləği isə uşaqların əvvəlki təminatını təmin etmir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onun maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. Ona görə də, hər uşağa görə yalnız 200 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1571/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, 29 aprel 2011-ci il təvəllüdlü X1 və 28 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 155 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 11472945 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan AZE seriyalı 18210052 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün artan tələbat Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1571/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqlaın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1571/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 29 aprel 2011-ci il təvəllüdlü X1 və 28 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar