Məhkəmə qərarları › İş №2(009)-1677/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1677/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1677/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı borcun qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 12500 manat məbləğində borcun, 468 manat müalicə xərcləri, həmçinin 10000 manat məbləğində mənəvi ziyan olmaqla ümümilikdə isə 29068 manat məbləğində pulun alınıb ona qaytarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2013-cü ildə Naxçıvanda olan evini satmışdır. Məqsədi isə Bakıda ev almaq və qızının təhsil haqqını ödəmək olub. Belə ki, qızı X1 Ərzurum şəhərində Tibb Universitetinə daxil olmuşdur. Bütün bunlara görə o, evini satmalı olmuş, evi 35000 manat satmış və 2 il ərzində qızının təhsil haqqı, orda yaşamaq üçün lazım olan bütün xərcləri əlində olan evin pulunun bir qismi ilə qarşılamışdır. Təxminən bu müddət ərzində 10000 manat pul xərcləmişdir. Yerdə qalan 23000 manatı isə Bakıda Yeni Yasamal rayonu, Xiyabani küçəsində yerləşən binada 1 otaqlı mənzil almaq üçün bacısı X5 vermişdir. O, isə bu mənzili almaq üçün evin sahibi Cahangir adlı şəxsə 23500 manat pul ödəmişdir. Lakin 6-7 ay sonra məlum olmuşdur ki, eyni mənzil daha 5 nəfərə satılıb və bunu bildikdə Baş Prokurorluq yanında korrupsiya idarəsinə şikayət etmiş və Cahangir Alışovdan pullarını 23500 manatı geri almışdır. O bu pulu müvəqqəti saxlamaq məqsədi ilə bacısı X2 vermişdir. Qeyd edir ki, o, işə düzəlmək üçün imtahan verib kəsilmişdir. Baçısının dediklərinə görə o, qohumları olan Cavabdeh1 onu işə düzəltmək məqsədilə ona saxlamağa verdiyi pulu 23000 manatı verib. Qarşılığında isə Sevinc onu Yasamalda yerləşən məktəblərin birinə ingilis dili müəlliməsi kimi isə düzəldəcəyinə söz vermişdir. Lakin üstündən aylar keçməsinə baxmayaraq, Sevinc sözünün üstündə durmamışdır. Onlar pulu geri istəyəndə, o, onlara Bakının müxtəlif yerlərində evinin olduğunu və onlardan birini satıb pullarını geri qaytaracağını bildirmişdir. Cavabdeh1 evlərini satsa da pullarını geri qaytarmamışdır (bunun səbəbi isə onun müxtəlif şəxslərə küllü miqdarda borcunun olması idi). Hətta Cavabdeh1lə xx.xx.2017-ci ildə kredit müqaviləsi də bağlamışlar, hansı ki, burada onun Sevincə 12500 manat məbləğində pul verməyi rəsmi olaraq göstərilmişdir. 2017-ci ilin dekabr ayında Cavabdeh1 Azərbaycanı tərk etmişdir və onlar hələ də onun yerini müəyyən edə bilmirlər. Artıq neçə müddətdir cəhdlərinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə vəziyyətdən çıxaraq onlara pulu qaytarmaqdan imtina edib. O, pulun olduğu halda Sevincin yalanlarına görə 4 il kirayədə yaşamışdır. Onun bu hərəkətlərindən sonra o, ciddi xəstəlik tapdı, əsəbdən şəkər xəstəliyinə tutulmuşdur. Uzun müddət «EGE Hospital» da müalicə aldı. Təkcə müayinələr üçün xərclədiyi 468 manat təşkil etmişdir. Bundan əlavə iynə-dərmanlar hələ də almaqda olduğu müalicə xərclərini vurğulamaq istəyir. Hal-hazırda da vəziyyəti yaxşı deyil. O, maddi ziyandan əlavə mənəvi ziyana da uğramışdır. Xəstəlik tapdı, sağlamlığına ciddi şəkildə ziyan dəydi, əsəbləri korlandı. Bunların baş vermə səbəbi isə Cavabdeh1 onu hələ də aldatması və ona yalan danışaraq pulu geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddia tələblərini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qəyyumu Cavabdeh2 nümayəndəsi X8 iddia tələbini qismən qəbul edərək, Cavabdeh1 iddiaçıya cəmi 9000 manat borcu qaldığını bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Əliyeva X7 Sevinc Əli qızına 12500 manat məbləğində borc vermişdir. Borc alan krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Təqdim olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1465/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilərək, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Təqdim olunmuş X16 Hakimiyyəti Başçısının 190 saylı, xx xxxxxx 2020-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh2 bacısı xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1 qəyyumu təyin edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12500 manat məbləğində borc verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu və ya bu cür ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 12500 manat məbləğində pul İddiaçıxeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində 468 manat müalicə xərcləri və 10000 manat mənəvi zərərin tutulması hissəsində iddia tələbi əsassızdır, belə ki, iddiaçı həmin hissədə tələbini təsdiq edən sübutları təqdim etmədi. Məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı müalicə xərclərinə görə 468 manat və mənəvi zərərə görə cavabdehdən 10000 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı xəstəliyə tutulmasına dair, mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının xəstəliyə ducar olması və mənəvi sarsıntı, iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi “müalicə xərclərinə görə 468 manat və dəymiş mənəvi ziyanla bağlı 10000 manat ödənilməsi” hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 12500 manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 12500 (on iki min beş yüz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar