Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1679/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı QSC “Bank Standart” KB-nin (ləğv prosesindədir) – Cavabdeh qarşı “xxxxxxxxxxxxxxxx” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standart” KB (ləğv prosesindədir) – Cavabdeh qarşı “xxxxxxxxxxxxxxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 1xx/xx/113440/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 1053.17 (bir min əlli üç manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3121.90 (üç min bir yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsümunun ləğv prosesində olan X3 “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında xx xxxx 2015-ci il tarixli 1xx/xx/113440/15 saylı müqavilə (bundan sonra - kredit müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 1053.17 (bir min əlli üç manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, 216.60 (iki yüz on altı manat 60 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3121.90 (üç min bir yüz iyirmi bir manat 90 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək cərimə borcunun artıq hesablandığını bildirərək azaldılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1xx/xx/113440/15 saylı Kredit Müqaviləsindən görünür ki, Bank kredit alana kredit xətti üzrə 24 ay müddətinə xx xxxx 2017-ci il tarixədək ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit vermiş, borcalan istifadə etdiyi kreditə görə Banka illik 24 faiz ödəyir. Sözügedən müqavilənin 4.4.5-ci bəndində göstərilir ki:“Alınmış kredit və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir. Həmin müqavilənin 4.4.8-ci bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 1053.17 (bir min əlli üç manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3121.90 (üç min bir yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirşdən görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/113440/15 saylı müqavilə bağlanmış, Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 1053.17 (bir min əlli üç manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3121.90 (üç min bir yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh QSC “Bank Standard” KB ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin “1053.17 (bir min əlli üç manat on yeddi qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn əsas borcun 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1053.17 (bir min əlli üç manat on yeddi qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1xx/xx/113440/15 saylı müqaviləüzrə 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə borcu, 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 2168,73 (iki min yüz altmış səkkiz manat yetmiş üç qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, cəmi 2188,73 (iki min yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1406.02 (bir min dörd yüz altı manat iki qəpik) manat məbləğində əsas borc, 446.11 (dörd yüz qırx altı manat on bir qəpik) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu, 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 2168,73 (iki min yüz altmış səkkiz manat yetmiş üç qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, cəmi 2188,73 (iki min yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1679/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1679/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver