Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1688/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi G.Q.Sadıqsoyun Cavabdehlər Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 01.05.2018ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Bank Olmayan Kredit Təşkilatından illik 32 faizlə 36 ay müddətinə 7500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 21.12.2018-ci il tarixli Cavabdeh2, Cavabdeh3 və X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış X5 19.02.2019-cu il tarixli müqaviləyə 1No-li Əlavə Sazişə əsasən Cavabdeh1 ilə “xxxx” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07.05.2021-ci il tarixədək Cavabdeh1 banka 01.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5710,5 manat əsas borc, 3965,21 manat faiz borcu, 24538,96 manat cərimə borcu olmaqla, cəmi 34.214,77 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 01.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5710,6 manat əsas borc, 3965,21 manat faiz borcu, 24538,96 manat cərimə borcu, 30.04.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək 5% hesablanmış 5,6 manat əldən çıxmış fayda olmaqla, cəmi 34.220,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, kredit götürən Cavabdeh1 onun həyat yoldaşı olmuş. 2019-cu ildə həyat yoldaşı vəfat etmişdir. Qırxı çıxdıqdan sonra TBC BOKT-a getmiş, ölüm şəhadətnaməsini banka təqdim etmiş və bildirmişdir ki, pulu verməkdən imtina etmir, lakin güzəştli şərtlərlə ödənişlər nəzərə alınsın. Ordan bildirmişlər ki, ona xəbər ediləcək. İki aydan sonra bankdan heç bir xəbər almadığı üçün təkrar banka getmiş, 2-ci dəfə ölüm şəhadətnaməsini vermis və ona bildirmişlər ki, kredit artıq problemli kreditdir. Sonra ona “xxxx” bankdan zəng etmişlər, o həmin baenka getmiş, əməkdaşı ilə söhbət etmiş, ölüm kağızını onlara da təqdim etmişdir. Əməkdaş bildirmişdir ki, narahat olmasın ona məlumat veriləcəkdir. O məhkəmədən faiz və cərimə borcunun silinməsini istəyir. Yalnız əsas borcun saxlanılmasını, onun da imkanı daxilində aylıq hissə-hissə ödəyə bilməsini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Kredit verən» qismində «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli BAKU2-32194- 15718 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 32%-lə 7500 manat məbləğində kredit verilmişdir. İş üzrə kreditor «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC ilə borclu Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında 30.04.2018-ci il tarixli BAKU2-32194-15718+BAKU2-32216 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan Cavabdeh1 bankla bağladığı 30.04.2018-ci il tarixli BAKU2-32194-15718 saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə “X5” 19.02.2019-cu il tarixli müqaviləyə 1No-li Əlavə Sazişə əsasən Cavabdeh1 ilə “xxxx” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 01.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixə əsas borcu 5710,6 manat, 3965,21 manat faiz, 24538,96 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 5,6 manat borc, cəmi 34220,37 manat borcu var. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.04.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh1 07.04.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.04.2019-cu il tarixdə 619 No ilə qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında 01.05.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən «xxxx» BOKT MMC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 32%-lə 7500 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanılmışdır. «xxxx» BOKT MMC ilə «xxxx» İKB ASC arasında bağlanmış X5 19.02.2019-cu il tarixli müqaviləyə 1 No-li Əlavə Sazişə əsasən Cavabdeh1 ilə «xxxx» BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 07.04.2019-cu il tarixdə vəfat etmişdir, bundan sonra kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilməmiş və onun ödənilməmiş 5710,6 manat əsas, 3965,21 manat faiz, 24538,96 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 5,6 manat, cəmi 34220,37 manat borcu yaranmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.(maddə 470.2). Qeyd edilən Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.(maddə 1306.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarına əsasən əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də, miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Eyni zamanda vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən borclu öldükdə onun əmlakını miras almış vərəsələr aldıqları pay həcmində miras qoyanın borcları üzrə məsuliyyət daşıyırlar. Eyni zamanda Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb deyil. Təqdim edilmiş sənədlərdən görünür ki, iş üzrə zaminlər kredit alan Cavabdeh1 birinci növbəli vərəsələridir (oğlu və arvadı) və kredit müqaviləsi üzrə borclu öldükdən sonra onun adına hər hansı vərəsəlik işinin açılmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə zaminlər borclunun götürdüyü kredit üzrə zamin kimi məsuliyyət daşıyırlar və bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış borc zaminlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşan hüquqi mövqeyini əsas götürərək hesab edir ki, borcalan Cavabdeh1 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin borclu Cavabdeh1 vəfat etdiyindən və onun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin durduqlarından və zaminlik müqaviləsi üzrə özünə aid vəzifələri yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslı hesab edilməli və həmin borc zəminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. İddia tələbi borclu Cavabdeh1 vəfat etdiyindən ona qarşı münasibətdə təmin edilməməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində iddiaçı tutulmalı olan borcun eyni zamanda X1 tutulmasını məhkəmədən xahiş etmişdir. Lakin Y.Nağyevi cavabdeh kimi iddia ərizəsində göstərməmiş, eyni zamanda onun kredit müqaviləsi üzrə zamin kimi çıxış etməsini təsdiq edən heç bir sübut yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ona qarşı tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 24538,96 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını (kredit alan şəxsin vəfat etməsini, zaminlərin onun ailə üzvləri olmasını) nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 18,59 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 5,6 manat məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 5,6 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh2 və Q.Qurbanovdan müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 01.05.2018-ci il tarixli BAK2-32194-15718 saylı kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixə yaranmış 5710,6 manat əsas borc, 3965,21 manat faiz borcu, 18,59 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5% dərəcəsi alınmaqla 5,6 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 9730 (doqquz min yeddi yüz otuz) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 və X2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1688/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1688/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver