Məhkəmə qərarları › İş №2(009)-1692/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1692/2021

01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1692/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh S.A.Əlibalayevin iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X2 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair Səbail RPİ-nin 39-cu PB-nin tərəfindən tərtib edilmiş 04.10.2020-ci il tarixdə MN seriyalı 071231 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, həqiqətən Sahib Əlibalayev 01.09.2020-ci il tarixdə saat 05.50 radələrində F.Əmirov küçəsi 1 saylı binanın 1 saylı blokunun qarşısında dayanacaqda saxlanılmış, ünvanı yuxarıda göstərilmiş Respublikanın əmək veteranı İddiaçı məxsus 2006-cı il buraxılmış **-CV-*** dövlət qeydiyyat nişanlı “Mercedes C230” markalı avtomobil özü ilə götürdüyü şurup ilə (burğulu mıx) sağ tərəfindən bütünlükdə qəsdən cızmaqla 616 manat ziyan vurmuşdur. Törətdiyi xətanı etiraf edib ondan xoşu gəlməməsi ilə izah etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı avtomobilinə vurulmuş 616 manat ziyanın və 30 manat dövlət rüsumunun X1 alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, oktyabr ayında səhər avtomaşını cızılmasını müəyyən etmiş və qonşu şəxsə məxsus “BMV” markalı maşınının da cızılmasını bildikdən sonra həmin avtomaşının sahibi ilə videogörüntüyə baxış zamanı avtomaşına zərərin Cavabdeh tərəfindən yetirilməsi müəyyən edilmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuş, ziyan məbləği müəyyənləşdirilmişdir. Hazırda avtomaşını düzəltdirmişdir, avtomaşına 650 manat xərc çəkmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X4 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, F.Əmirov küçəsi, 1 sylı ünvanda yerləşən binanın 2 blokunun mühafizəçisidir. 2012-ci ildə həmin həyətə giriş üçün şlaqbaun qoyulmuş, hər blok qarşısında yalnız 8 maşın saxlanması mümkündür. Müəyyən sakinlər xahiş etdikləri halda o, bir avtomaşın yer üçün armaturdan olan nişan qoyurdu. Hadisədən bir müddət əvvəl Firudin müəllim maşını ilə həyətə girdikdən sonra həmin armatur nişanı kənara atıb onu acılamış, maşını həmin yerdə saxlamışdır. Həmin vaxtdan Firudin müəllimin bu hərəkəti onda kin yaratmışdır. 01.10.2020-ci ildə tanışı ilə yeyib içdikdən sonra səhərə yaxın Firudin müəllimin maşınını çızmışdır və ona ziyan yetirmişdir. Bu hərəkətinə görə ailəsi onu qınamış, o da törətdiyi əməldən peşmandır. Lakin kimnən soruşsa da ona bildirmişlər ki, təmirə maksimum 300 manat pul xərclənə bilər. Onun maddi imkanı çox deyil. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 3(009)-3158/2020 saylı, 30.11.2020-ci il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 616 manat məbləğində inzibati cərimə edilmiş, X2 barəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş material “BMW” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə geri qaytarılmışdır. İş üzrə Səbail RPİ-nin 39-cu PB-nin 12.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın kserosurətindən görünür ki, 01.10.2020-ci il tarixdə, saat 05.50 radələrində X4 işlədiyi ünvan 1 ünvanında yerləşən növbətçi otağından götürdüyü “şurup”la (burğulu mıxla) ünvan 2 ünvanındakı yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan X5 məxsus “BMW 528 i” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfini qəsdən cızmaqla sonuncuya 5000 manat məbləğində, İddiaçı məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı “Mercedes C200” markalı avtomobilin sağ tərəfini bütünlükdə qəsdən cızmaqla isə sonuncuya 500 manat məbləğində maddi ziyan vurmuşdur. Sahib Əlibalayevin əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə «Toyota» Əhmədli-Servis tərəfindən verilmiş 22.10.2020-ci il tarixli 515 №-li qiymətləndirmə aktına əsasən «Mercedes Benz» markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün ehtiyac hissələri və göstərilən xidmətlər nəzərə alınmaqla cəmi 616 manat tələb olunur. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mersedes Benz C230” markalı ** CV *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı Seymur oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə 04.05.2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Seymur oğlu “Mersedes Benz C230” markalı ** CV *** dövlət nömrə nişanlı avtomaşının idarə edilməsi ilə bağlı İddiaçı etibarnamə vermişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ziyan yetirilmiş avtomaşının mülkiyyətçisi İddiaçı Seymur oğludur. İddiaçı həmin avtomaşını qanuni əsaslarla ona verilmiş etibarnamə ilə idarə etmiş və həmin avtomaşın onun qanuni sahibliyində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh “şurup”la (burğulu mıxla) iddiaçının sahibliyində «Mercedes Benz» markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfini bütünlükdə qəsdən cızmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Həmin hadisə ilə bağlı cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə AR İXM-nın 232-1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın bir misli həddində - 616 manat məbləğində cərimə olunmuşdur . Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus «Mercedes Benz» markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyanın məbləği zərər aktına əsasən 616 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş halı nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomaşına 616 manat məbləğində ziyan vurması təsdiq olunduğundan, iddiaçı həmin ziyanın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, maddi ziyanın tutulması hissəsində tələb təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X1 vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı xeyrinə 616 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 646 (altı yüz qırx altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar