Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1713/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4500 manat əsas, 772,97 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 5297,97 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,73 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 4500 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 7 avqust 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 4500 AZN əsas, 772,97 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5297,97 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbində "xxxx" ASC-nin Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli oferta müqaviləsində iddiaçının xeyrinə 4500 manat əsas, 772.97 manat faiz, cəmi 5272.97 manat borcun və 72.73 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini, cavabdeh iddia tələbindəki borcu ödədiyindən AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəyişərək məhkəmədən ödənilməmiş dövlət rüsumu, yəni 72.73 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan kütləvi Oferta müqaviləsinə əsasən cavabdehə 35 (otuz beş) ay müddətinə illik 27.6 faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit xətti açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh kredit limiti 4500 manat məbləğində artırılmışdır. Cavabdeh öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün nəticədə onun xx.xx.2023-cü il tarixinə ARGİD********** saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4500 (dörd min beş yüz) manat əsas, 772,97 (yeddi yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat faiz, 25 (iyirmi beş) manat cərimə, cəmi 5297.97 (beş min iki yüz doxsan yeddi manat doxsan yeddi qəpik) manat borcu yaranmışdır. Lakin, cavabdeh iddia tələbindəki borcu iddia verildikdən sonra könüllü şəkildə ödəmiş, iddiaçı iddia tələbinin həcmini azaldaraq məhkəmədən ödənilməmiş 72.73 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə, iddiaçının cavabdehə qarşı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin borcunu könüllü şəkildə ödəməsini nəzərə alaraq qanunvericiliyin tələbinə əsasən iddiaçının hazırda ödənilmiş 72.73 manat məbləğində dövlət rüsumunun cavabdehdən tələb etməsini qanuni və əsaslı hesab edir . Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Beləliklə, məhkəmə iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfindən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçının öz tələblərini müdafiə etmədiyindən və hazırda çəkdiyi məhkəmə xərcinin cavabdehdən tutulmasını tələb etdiyindən hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 72.73 (yetmiş iki manat yetmiş üç qəpik) manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tutulmalıdır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 122.2, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 72.73 (yetmiş iki manat yetmiş üç qəpik) manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1713/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1713/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver