Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1726/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 07.10.2019-cu il tarixli, 07.10.2019-cu il tarixli, 16.03.2020-ci il tarixli və 16.03.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********99725 olan “Nokia 3.1 Plus” markalı telefon, “Panasonik LED” markalı, televizor, “Sonorous Surefix” markalı asqı, “Samsung LED” markalı televizor və İMEİ kodu **********40684 olan “X1 8” markalı telefon almış və nəticədə 1556 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 665 manat (12 ay x 55 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********99725 “Nokia 3.1 Plus” markalı telefon üçün ümumilikdə 198 manat olmaqla, ondan 180 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 18 manat cərimə; 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 522 manat (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan “Panasonik LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün ümumilikdə 350 manat olmaqla, ondan 319 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 31 manat cərimə; 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 790 manat (12 ay x 32,5 manat + 400 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 357 manat olmaqla, ondan 325 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 32 manat cərimə; 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********40684 olan “X1 8” üçün ümumilikdə 651 manat olmaqla, ondan 592 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 59 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 994 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Nokia 3.1 Plus” markalı telefon üçün 180 manat əsas borc, 18 manat cərimə, “Panasonic LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün 319 manat əsas borc, 31 manat cərimə, “Samsung LED” markalı televizor üçün 325 manat əsas borc, 32 manat cərimə, “X1 8” markalı telefon üçün 592 manat əsas borc, 59 manat cərimə, ümumilikdə 1556 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Nokia 3.1 Plus” markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 36 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 432 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Panasonic LED” markalı televizoru 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 29 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 522 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 16 mart 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung LED” markalı televizoru 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 32,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 790 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 16 mart 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “X1 8” markalı telefonu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 37 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 666 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 26.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 07.10.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas, 18 manat cərimə, 07.10.2019-cu il tarixli müqavilə üzrə 319 manat əsas, 31 manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə 325 manat əsas, 32 manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə 592 manat əsas, 59 manat cərimə, cəmi 1556 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 07.10.2019-cu il tarixdə, 07.10.2019-cu il tarixdə, 16.03.2020-ci il tarixdə və 16.03.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 432 manat olan “Nokia 3.1 Plus” markalı telefon, alqı-satqı qiyməti 522 manat olan “Panasonic LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı, alqı-satqı qiyməti 790 manat olan “Samsung LED” markalı televizor və alqısatqı qiyməti 666 manat olan “X1 8” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, televizorlar və asqı cavabdeh T.Mollaevə təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 07.10.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 180 manat əsas borc, 18 manat cərimə, 07.10.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 319 manat əsas borc, 31 manat cərimə, 16.03.2020ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 325 manat əsas borc, 32 manat cərimə, 16.03.2020ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 592 manat əsas borc, 59 manat cərimə, cəmi 1556 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 07.10.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 26.05.2021-ci il tarixə yaranmış 180 manat borc, 18 manat cərimə, 07.10.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 26.05.2021-ci il tarixə yaranmış 319 manat borc, 31 manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 26.05.2021-ci il tarixə yaranmış 325 manat borc, 32 manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 03.05.2021-ci il tarixə yaranmış 592 manat borc, 59 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1586 (bir min beş yüz səksən altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1726/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1726/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver