Məhkəmə qərarları › İş №2(009)-1737/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1737/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1737/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Expressbank ASC-ninnümayəndəsi X1, Cavabdeh1 oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə 10487.46 manat əsas, 2582.97 manat faiz olmaqla, cəmi 13070.43 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” ASC ilə borcalan Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə “xxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzil xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Məsı̇mov Kamı̇l Oktay oğlu və Cavabdeh2 izahat verərək, iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 26% olmaqla, 15000 (on beş min) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 103810-549461/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 103810-549461/1 nömrəli, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin (15000 manat məbləğində kreditin qaytarılmasını) təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzilini “xxxxxxxxxxxxx” ASC ipotekaya qoymuşdur. İpoteka predmetinin likvid dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 105000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir və “xxxxxxxxxxxxx” ASC Elmlər filialında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş bildiriş və xəbərdarlıqların surətindən görünür ki, iddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdehdən kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kreditin, faizlərin və məhkəmə xərclərinin tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. . İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 10487.46 manat əsas, 2582.97 manat faiz olmaqla, cəmi 13070.43 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş elektron xidmətlər portalında çıxarışlardan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 462-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, Cavabdeh1 qarşı əsas və faiz borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Eyni zamanda məhkəmə bildirir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzilin likvid dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 105000 manatməbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mənzili boşaldılması və çıxarılmaları” hissəsi ilə bağlı isə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit müqaviləsi üzrə 10487.46 manat əsas borc, 2582.97 manat faiz borcu olmaqla, cəmi 13070.43 manat məbləğində pul Cavabdeh1 “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzilinə, əmlakın ilkin satış qiyməti 105000 (likvid) manat məbləğində müəyyən edilməklə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və əldə olunan vəsait hesabına iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin borc tələbi ödənilməli, mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxmalı və mənzil boşaldılmalı (iddiaçıya satıldığı təqdirdə), “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidməti haqqı Cavabdeh1 alınaraq iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. “xxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 103810-549461/1 nömrəli kredit müqaviləsi üzrə 10487,46 (on min dörd yüz səksən yeddi manat qırx altı qəpik) manat əsas borc, 2582,97 (iki min beş yüz səksən iki manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 13070,43 (on üç min yetmiş manat qırx üç qəpik) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidməti haqqı Cavabdeh1 alınaraq iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzilinin ilkin satış qiyməti (likvid dəyəri) 105000 (yüz beş min) manat məbləğində müəyyənedilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına “xxxxxxxxxxxxx” ASC təmin edilmiş tələbləri ödənilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m-dən ibarət olan 30 saylı mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çıxarılaraq mənzil boşaldılsın (iddiaçıya satıldığı təqdirdə). “xxxxxxxxxxxxx” ASC-ninxeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar