Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1747/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2935 manat borc məbləğinin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə Oba-Badamdar 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurduğu müəyyən edilmiş, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 3653 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Ümumi qalıq borcdan keçən dövr ərzində 718 manat güzəşt edilmiş və qalıq borc 2935 manat təşkil etmişdir. Cavabdehə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürən ilə işçi arasında X5 haqqında xx.xx.2017-ci il tarixli Müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinə əlavəyə əsasən Qələndərli X1 Departamentinə Administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktlar Cavabdeh iştirakı ilə tərtib edilmiş və Cavabdeh aktla tanış edilmişdir. Cavabdeh inventarizasıya komissiyasına heç bir iradının olmadığını bildirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx xxxx 2020-ci il tarixli arayışda Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3653 manat çatışmazlığın müəyyən edildiyi və həmin dövrdən 718 manat Cəmiyyət tərəfindən ona güzəşt edilərək 2935 manat borcu qaldığı qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı MMC-də işə qəbul olunmuşdur. Onun işlədiyi dövr ərzindəki hesabında çatışmazlıqlar olmuş və bu barədə onun özünün iştirakı ilə yoxlama komissiyası tərəfindən təftiş aparılmış və 2653 manat məbləğində əksik üzə çıxmışdır. 718 manat məbləğində MMC tərəfindən ona güzəşt edilmiş, qalan 2935 manat borc isə ondan tələb olunsa da heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurmuş olduğu zərəri ödəmədiyindən, 2935 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2935 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə Cavabdeh tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1747/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1747/2020
23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver