Məhkəmə qərarları › İş №2(009)-1749/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1749/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1749/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi Z.R.Qurbanovun, Cavabdeh iştirakları ilə İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2018-ci il tarixli AKX-00523xx/xx-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00730 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 820,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat “İddiaçı” İstehsalat Birliyinə ziyan dəymişdir. Bundan öncə cavabdehin Birliyə 223,30 manat debitor borcu var idi. Dəymiş ziyanlar üzrə isə 2462,40 manat borcu yaranmışdır. Ümumi olaraq 2685,70 manat borcu var. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2685,70 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurət yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeydşərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Göründüyü kimi cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hal aşkar olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən ”X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2685,70 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2715,70 manat pulun məcburi qaydada tutularaq “İddiaçı” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ72İBAZ**********9955001212 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, 2020-ci ilin yanvar ayından cavabdeh tərəfindən qaz sərfiyatı ilə bağlı hər hansı bir ödəniş həyata keçirilməmişdir. Hər dəfə əlavə xəttin kəsilməsi ilə bağlı cavabdehin evinə əməklaşlar gedərkən buna maneçilik törədilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən əvvəllər kənar xətt mövcud olmuş, həmin xəttən yalnız onların evinə deyil, digər qonşulara da qaz xətti getmişdir. Lakin həmin xəttən istifadə olunmur. Yalnız bir dəfə yeni sayğac qoyularkən 3 gün həmin xəttə qoşulma olmuşdur ki, bunu qaz işçiləri özləri etmişlər, çünki yeni quraşdırılmış qaz sayğacının kartı 3 gündən sonra verilmişdir. Dəfələrlə kənar xəttin ləğv edilməsi ilə bağlı qaz İdarəsinə müraciət etsələr də, onlar gəlib həmin xətti kəsməmişlər. Cavabdeh məhkəmədə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə “Paylayıcı” qismində “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8208 kub metr əlavə sərfiyyat, yəni 820,80 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, abonent qeyri-qanuni təbii qazdan sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent qeyri-qanuni təbii qazdan sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «X1nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «İddiaçı» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AKX-00523xx/xx-2018 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «X1»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «X1nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “İddiaçı” İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulması faktlarını aşkar etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 8208 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan dəfələrlə istifadə etməsi faktları öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir. Məhkəmə cavabdehin kənar xəttdən istifadə etməmələri barədə gəlilləri üzrə qeyd edir ki, məhkəmə iclasında abonentin saldosundan 2020-ci ilin yanvar ayından iyul ayınadək cavabdeh tərəfindən hər hansı bir ödənişin həyata keçirilməməsi müəyyən edilmişdir. Bu hal özlüyündə qazdan mütamadi istifadə edən şəxsin kənar xətdən istifadə etməməsi barədə dediklərinin təkzib edən hal kimi qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halları öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus mənzildə hər ay baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü akt üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. «X1nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən hesabat dövrü kimi 90 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün 90 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Məhkəmə iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd edir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra – Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir. Belə olan halda xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanmış ziyan məbləğini də ağlabatan hesab etmir. Belə ki, təqdim edilmiş aktlardan görünür ki, iddiaçının evində iki qaz avadanlığından (PQ-4 və Kombi) istifadə olunur. Akt komissiyasının qərarlarına əsasən həmin avadanlıqlar nəzərə alınmaqla qış və yay ayları üçün eyni sərfiyyat hesablanmışdır. Məhkəmə qeyd edir ki, həmin hesabatın həm qış ayları üçün, həm yay ayları üçün eyni hesablanması ağlabatan deyil. Eyni zamanda abonentin saldosunda da aylıq sərfiyyatın aktlar hesablanmış sərfiyyatdan kifayət qədər aşağı olması müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, aktlar üzrə aparılmış hesabat azaldılmalıdır. Belə ki, akt komissiyasının qərarı ilə kombinin və PQ4 qaz işlədicisinin orta günlük rejimi 24 saat götürülməsi ağlabatan deyil. Ona görə aktlarda müəyyən edilən aylar üzrə PQ4 qaz işlədicisinin orta gündəlik rejiminin 6 saat, aprel, may və iyun ayları üzrə kombi üçün 4 saat, götürülməsi daha ağlabatan hesab edilə bilər. Belə olan halda iki avadanlıq üzrə orta yanvar, fevral və mart ayları üzrə sərfiyyat (kombi üçün 2.6 x 24 saat x 30 = 1872 kub.m, PQ4 üçün 1,2 x 6 x 30 = 216 kub.m, cəmi 2088 kub.m, yəni 208,8 manat) 208,8 manat kimi qəbul edilməlidir. Aprel, may və iyun ayları üçün iki avadanlıq üzrə sərfiyyat (kombi üçün 2.6 x 4 saat x 30 = 312 kub.m, PQ4 üçün 1,2 x 6 x 30 = 216 kub.m, cəmi 528 kub.m, yəni 52,8 manat) 52,8 manat kimi qəbul edilməlidir. Beləliklə 2020-ci ilin yanvar, fevral, mart ayları üçün hər aya görə hesablanmış ziyan 208,8 manat kimi, aprel may və iyun ayları üçün hər aya görə hesablanmış ziyan 52,8 manat kimi, cəmi 784,8 manat kimi nəzərə alınmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün itirilmiş qazın həcmi və vurulmuş ziyana görə cavabdehdən iddiaçının xeyrinə 784,8 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 784,8 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «İddiaçı» İstehsalat Birliyinin xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 784,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 814,8 (səkkiz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar