Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1758/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə 29.12.2018-ci il tarixli və 11.12.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********43241 olan “Samsung Galaxy J6 plus” markalı telefon və “Dect Panasonic” markalı ev telefonu almış və nəticədə 277 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 774 manat (18 ay x 43 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********43241 “Samsung Galaxy J6 plus” markalı telefon üçün ümumilikdə 189 manat olmaqla, ondan 172 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 17 manat cərimə, 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 122 manat (6 ay x 20 manat + 2 manat ilkin ödəniş) olan “Dect Panasonic” markalı ev telefonu üçün ümumilikdə 88 manat olmaqla, ondan 80 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 644 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Samsung Galaxy J6 plus” markalı telefon üçün 172 manat əsas borc, 17 manat cərimə, “Dect Panasonic” markalı ev telefonu üçün 80 manat əsas borc, 8 manat cərimə, ümumilikdə 277 manat borc, 20 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 29 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy J6 plus” markalı mobil telefonu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 43 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 774 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 11 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Dect Panasonic” markalı ev telefonu 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 20 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 122 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29.12.2018-ci il tarixli müqavilə üzrə 172 manat əsas, 17 manat cərimə, 11.12.2019-cu il tarixli müqavilə üzrə 80 manat əsas, 8 manat cərimə, cəmi 277 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 29.12.2018-ci il tarixdə və 11.12.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqısatqı qiyməti 774 manat olan “Samsung Galaxy J6 plus” markalı mobil telefon və alqı-satqı qiyməti 122 manat olan “Dect Panasonic” markalı ev telefonu pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil və ev telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 29.12.2018ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 172 manat əsas borc, 17 manat cərimə, 11.12.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 80 manat əsas borc, 8 manat cərimə, cəmi 277 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə 29.12.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 31.05.2021-ci il tarixə yaranmış 172 manat borc, 17 manat cərimə, 11.12.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 31.05.2021-ci il tarixə yaranmış 80 manat borc, 8 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1758/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1758/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver