Məhkəmə qərarları › İş №2(009)-1759/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1759/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1759/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXX Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 932,74 AZN əsas, 184,15 AZN faiz, 11,22 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1128,11 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,29 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə İnformasiya Sistemi” portalından çıxarışdan görünür ki, fiziki şəxs – XXX Cavabdeh ünvanı ünvan 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Məhkəmə hesab edir ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə XXX Cavabdeh ünvanı üzrə Suraxanı rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Suraxanı rayon Məhkəməsinə müraciət etməyə mane olmur. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə X2 vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 31.29 (otuz bir manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar