Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1760/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdeh X3 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X4 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 2400 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək X2 banka xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 696,92 manat əsas bğorc, 121,25 manat faiz borcu və 44,31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 862,48 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı X1 “xxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 696,92 manat əsas borcun, 121,25 manat faiz borcunun və 44,31 manat cərimə borcu olmaqla, cəmi 862,48 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Kreditor” qismində «xxxxxx» İKB ASC ilə “Borcalan” qismində X4 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 11-Y-1-0-108-17 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq şərti ilə, illik 30% ödəmək şərti ilə 2400 manat məbləğində kredit vermişdir. İş üzrə «xxxxxxxxx» ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən X2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 696,92 manat əsas, 121,25 manat faiz və 44,31 manat cərimə borcu təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X4 ilə «xxxxxx» İKB ASC arasında bağlanılmış xx xxxxxxxx 2017-ci il tarixli, 11-Y-1-0-108-17 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh X3 şəxsi istehlak məqsədilə illik 30% hesablanmaqla, 36 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Ə.Əbdülhəsənli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 696,92 manat əsas, 121,25 manat faiz və 44,31 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 696,92 manat əsas borc, 121,25 manat faiz, 44,31 manat cərimə, cəmi 862,48 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X1 «xxxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli 11-Y-1-0-108-17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 696,92 manat əsas borc, 121,25 manat faiz borcu və 44,31 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 892,48 (səkkiz yüz doxsan iki manat qırx səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1760/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1760/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver