Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1785/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında dəymiş ziyanın ödənilməsi tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən o, avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək həmin vəzifədə xidmət etmişdir. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş, o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, həmin şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 7A nömrəli marşrut xəttində xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmişdir. Hər iki hadisənin də baş verdiyi yerə sığorta şirkətinin nümayəndələri və DYP əməkdaşları gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, özü isə bu faktları etiraf etmişdir. Beləliklə, nəticədə həmin hadisələrin baş verdiyi vaxt Cavabdeh idarə etdiyi “İveco” markalı, **-JX-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 6246,49 və 4576 manat məbləğində maddi ziyan dəymişdir. Bu faktları müvafiq olaraq 5813 və 5449 nömrəli zərər aktları da təsdiq edir. Sözügedən maddi zərərlərin ümumi məbləğindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən müvafiq sığorta müqavilələrində qeyd edilmiş azadolma məbləğləri üzrə yaranmış borcdan (İddiaçı MMC ilə “xxxxxxxxxxxx” ASC arasında Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə bağlanmış müvafiq sığorta müqaviləsinə əsasən şərtsiz azadolma məbləği 1000 manat təşkil edir), Əmək Məcəlləsinin 205-ci maddəsinə və müvafiq “Tam maddi məsuliyyət” haqqında müqavilənin müddalarına əsasən ödədiyi məbləğ istisna edilməklə hazırki tarixədək cavabdeh tərəfindən Cəmiyyətə ödənilməyən 1633,14 manat məbləğində borc qalmışdır. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh Cəmiyyətə ödəməli olduğu borcunun 10 gün ərzində ödənilməsi barədə tələb məktubu göndərilmiş, lakin borclu bu məktubu şəxsən qəbul etsə də, orada qeyd edilmiş tələbə əməl etməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC-nin əmlakına (avtobusa) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1633,14 manat, məhkəmədə mülki iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və buna görə xidmət haqqı kimi 40 qəpik, ümumilikdə 1663,54 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixədək İddiaçı MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən sürücü Cavabdeh ona etibar edilən maddi dəyərlərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmağı və eyni zamanda heç bir halda maddi dəyərlərə ziyan gətirməməyi öhdəsinə götürmüşdür. İş üzrə Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli TR ******* saylı inzibati xəta haqqında protokolunun kserosurətinə əsasən Cavabdeh AR İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə «xxxxxxxxxxx» ASC tərəfindən verilmiş avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin kserosurətinə əsasən İddiaçı MMC-yə məxsus «İveco Crealis» markalı avtobuslar sığortalanmışdır. Sığorta müqaviləsi üzrə azadolma məbləği 1000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli zərər aktına əsasən «İveco Urbanway» markalı ** JH *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 5399,68 manat ziyan dəymişdir. İş üzrə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli İRİŞ-422 saylı əmrinə əsasən vəzifə təlimatından irəli gələn öhdəlikləri düzgün icra etmədiyinə və Cəmiyyətə dəymiş maddi ziyana görə QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü Cavabdeh əmək haqqından Azərbayan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə və Azərbayan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən 1000 manat azad olma məbləği üzrə 5399,68 manat ümumi ziyan məbləğində 1000 manat maddi ziyan məbləğin 6 hissəyə bölünməklə tutulması əmr edilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli zərər aktına əsasən «İveco Urbanway» markalı ** JH *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 6246,49 manat ziyan dəymişdir. İş üzrə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli İRİŞ-422 saylı əmrinə əsasən vəzifə təlimatından irəli gələn öhdəlikləri düzgün icra etmədiyinə və Cəmiyyətə dəymiş maddi ziyana görə QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü Cavabdeh əmək haqqından Azərbayan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə və Azərbayan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən 1000 manat azad olma məbləği üzrə 1000 manat məbləğin 6 hissəyə bölünməklə tutulması əmr edilmişdir. İş üzrə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli İRİŞ-786 saylı əmrinə əsasən marşrut xətlərinin idarəetmə şöbəsinin sürücüsü Cavabdeh ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli Ç-XH/25 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 7A nömrəli marşrut xəttində xidmətdə olan zaman yol verdiyi diqqətsizlik nəticəsində Cavabdeh tərəfindən yol-nəqliyyat hadisələri törədilibdir. Nəticədə həmin hadisələrin baş verdiyi vaxt idarə etdiyi “İveco” markalı, **- JH-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 5399,68 manat və 6246,49 manat məbləğində maddi ziyan dəymişdir. Ümumi ziyan məbləğindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən azadolma məbləği üzrə hər bir hadisəyə görə 1000 manat məbləğdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən ödədiyi məbləğ istisna edilməklə hazırda ödənilməmiş 1633,14 manat məbləğində borcu qalıbdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin müddəalarının tələblərini rəhbər tutaraq, indiyədək Cavabdeh tərəfindən ödənilməmiş 1633,14 manat məbləğində qalıq borcunu 10 təqvim günü müddətində məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında İddiaçı MMC-nin bank hesabına ödənilməsini xahiş edilər. Əks təqdirdə bu məsələ ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. Eyni zamanda əmək müqaviləsinə əlavə olaraq tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh “İveco” markalı, **-JH-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobuslarda sürücü vəzifəsində işləyən zaman xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə yol-nəqliyyat hadisələri törətmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh həmin yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli bilinmişdir. Yolnəqilyyat hadisələri nəticəsində İddiaçı MMC-yə məxsus “İveco” markalı, **-JH-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 5399,68 manat və 6246,49 manat maddi ziyan dəymişdir. İddiaçı MMC-yə məxsus avtobus «xxxxxxxxxxx» ASC-yə sığortalanmış və sığorta müqaviləsi üzrə azadolma məbləği 1000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, hər iki avtobuslara dəymiş 5399,68 manat və 6246,49 manat maddi ziyan məbləğindən hər bir hadisəyə görə sığorta ödənişinə aid olmayan hissəsi üzrə 1000 manat azadolma məbləğində olan maddi ziyan məbləğinin Cavabdeh əmək haqqından tutulmuşdur. Lakin cavabdehlə əmək münasibətlərinə xx.xx.2020-ci il tarixdən xitam verildiyindən, cavabdehin cəmiyyət qarşısında 1633,14 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya maddi ziyan vurulduğundan və sığorta müqaviləsi üzrə iddiaçıya vurulmuş ziyan sığorta şirkəti tərəfindən ödənilsə də, sığorta müqaviləsi üzrə azadolma məbləğləri üzrə yaranmış borc (şərtsiz azadolma 1000 manat təşkil edir), Əmək Məcəlləsinin 205-ci maddəsinə və müvafiq “Tam maddi məsuliyyət haqqında” müqavilənin müddəalarına əsasən ödədiyi məbləğ istisna edilməklə ödənilməmiş qalmış borc, cəmi 1633,14 manat borc cavabdehdən tutulmamış qaldığından, iddiaçı həmin ödənilməmiş qalmış məbləği cavabdehdən tutulmasını tələb etməkdə tam haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən vurulmuş ziyanın ödənilməmiş qalmış hissəsi - 1633,14 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğudan iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş ziyanın əvəzi kimi 1633,14 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 1663,54 (bir min altı yüz altmış üç manat əlli dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1785/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1785/2020
16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver