Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1786/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından olan 08 iyul 2016-cı il təvəllüdlü X6, 08 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Səbail rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixdə 2(009)-183/2020 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarı dəyişdirilib, artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment və mediasiyaya ödənilmiş 50 manat rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 may 2009-cu ildə 463 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 08 iyul 2016-cı ildə X9 və X8 anadan olmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixində 2(009)-183/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaqlar onun yanında saxlanılmış və saxlanılmaları üçün hər uşaq üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində aliment tutulmuşdur. O, övladları ilə cavabdehdən ayrı yaşayır. Alimentin artırılması ona yenidən məhkəməyə müraciət etmək qərarına gətirdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş emiş və bildirmişdir ki, 2020-ci ildə məhkəmə qərarı ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların artan tələbatlarını ödəmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, heç bir yerdə işləmir, fəhləlik edir, lakin aliment ödəməkdən imtina etmir və uşaqların saxlanılması üçün hər ay, hər bir uşağa görə 150 manat məbləğində aliment ödəyə bilər. Alimentdən borc qalan 1000 manatı isə hər dəfə aliment ödəyərkən 50 manat artıq ödəyir ki, həmin qalıq borcu tam ödəsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 183/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, 08 iyul 2016-cı il təvəllüdlü X6 və 08 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 806161 nömrəli və AZ-İİİ 806162 nömrəli doğum haqqında şəhadtənamələrin surətindən görünür ki, X8 və X9, 08 iyul 2016-cı ildə anadan olmuşlar, ataları Cavabdeh, anaları X3r. İş materiallarında olan AZ-İ 340351 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020 ilin may ayının 16 günündə 80 № ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1991-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X9 və X8 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbaill Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqalrın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X9 və X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 160 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-183/2020 saylı 17 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 08 iyul 2016-ci il təvəllüdlü X6 və 08 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (yüz altmış) manat məbləğində aliment və mediasiyaya ödənilmiş 50 (əlli) manat rüsum tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1786/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1786/2023
09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver