Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1790/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin cavabdeh Quliyeva (Fətəliyeva) Fatima Mikayıl qızına qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Quliyeva (Fətəliyeva) Fatima Mikayıl qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh 13.03.2008-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31.05.2021-ci il tarixədək Quliyeva (Fətəliyeva) Fatima Mikayıl qızının banka 13.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 1095,46 ABŞ dolları faiz borcu və 46,36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1141,82 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı Quliyeva (Fətəliyeva) Fatima Mikayıl qızından İddiaçı ASC-nin xeyrinə 13.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 1095,46 ABŞ dolları faiz borcunun və 46,36 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1141,82 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə “Bank” qismində «xxxx» İKB ASC ilə “Borcalan” qismində Cavabdeh arasında bağlanılmış 13.03.2008-ci il tarixli, RBB1152(y) saylı kredit müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədilə 12 ay müddətinə qaytarmaq şərti ilə, illik 28% ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Quliyeva (Fətəliyeva) Fatima Mikayıl qızının 13.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 31.05.2021-ci il tarixə 1095,46 ABŞ dolları faiz və 46,36 ABŞ dolları cərimə borcu təşkil edir. Son ödənişin tarixi 11.08.2011-ci ildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank ilə cavabdeh arasında bağlanılmış 13.03.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 28% hesablanmaqla, 12 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə müddətinin bitmə tarixi 13.03.2009-cu il, son ödəniş tarixi 11.08.2011-ci il tarixdə olmuşdur. Məhkəmə qeyd edir ki, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliyə artıq xitam verilməlidir. Belə ki, AR Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. AR Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilən Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. İddiaçının iddia etdiyinə görə onunla cavabdeh arasında 3000 ABŞ dolları məbləğində pulun verilməsinə dair kredit müqaviləsi 13.03.2008-ci il tarixdə bağlanılmış və həmin kredit 12 ay müddətində qaytarılmalı idi. Belə olan halda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi müddəti 13.03.2009-cu ildə başa çatmışdır. Cavabdeh tərəfindən son ödəniş 11.08.2011-ci il tarixdə edilmişdir. İddiaçı tərəfindən isə 10 ilə yaxın müddət keçdikdən sonra kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə müddət keçdiyi üçün həmin tələb öz qüvvəsini itirmişdir. Bu səbəbdən həmin öhdəliyə qüvvəsini itirən öhdəlik kimi qəbul edilməli və bu səbəbdən iddiaçı tərəfindən irəli sürülmüş tələb təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, borcun tutulması ilə bağlı tələb əsassız hesab edildiyi üçün, dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması ilə bağlı tələb əsasız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh Quliyeva (Fətəliyeva) Fatima Mikayıl qızına qarşı 13.08.2008-ci il tarixli RBB1152(y) saylı kredit müqaviləsi üzrə 1095,46 ABŞ dolları faiz borcu və 46,36 ABŞ dolları cərimə borcu, cəmi 1141,82 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1790/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1790/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver