Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1798/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-636/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini sabit məbləğdə hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla iki uşağa 340 (üç yüz qırx) manat məbləğində artırılaraq Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur.Belə ki, aralarında olan nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-636/2018 saylı qətnaməsi ilə pozularaq birgə nikahlarından olan övladları yetkinlik yaşına çatanadək onun yanında qalması və uşaqların saxlanması hər ay hər uşaq üçün 90 (doxsan) manat 2 uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir.Bakı şəhəri E.Əliyev adına 162 nömrəli orta məktəb tərəfindən verilmiş arayışlara əsasən cavabdehlə birgə nikahlarından olan övladları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X8 halhazırda həmin məktəbdə orta təhsil alırlar.Qeyd edir ki, hal-hazırda Bakı şəhərində yaşadığı üçün uşaqların da gündəlik maddi tələbatı artmış, ərzağın və geyim əşyalarının qiymətinin artmasına görə iki uşağın maddi təminatı kəskin şəkildə ağırlaşmışdır. O, uşaqlara qulluq etdiyinə görə hazırda işləmir. Onun uşaqların Dövlət tərəfindən müəyyən edilmiş minimum yaşayış həddinə uyğun olaraq maddi təminata böyük ehtiyacları vardır. Hesab edir ki, qətnamə ilə müəyyən olunmuş hər uşağa 90 manat, iki uşağa 180 manat alimentin məbləği Dövlət tərəfindən müəyyən edilmiş uşaqların yaşayış minimum həddinə uyğun olaraq hər uşaqa 170 manat iki uşağa 340 manat müəyyən edilərək artırılmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-636/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə X2 xx.xx.2003-cü il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahlarının pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları X6 və X8 anaları X2 yanında saxlanılmaları, xx.xx.2004-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2007-ci tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 90 (doxsan) manat miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Kürdəmir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasındakı nikah xx xxxxxxx 2018-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 75 № ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına “Abasova” soyadı verilmişdir. İşə əlavə edilmiş Kürdəmir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə və X8 xx.xx.2007-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuşlar, ata qrafasında Cavabdeh, ana qrafasında Əzimova (Abasova) Günel Davud qızı qeyd edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayonu E.Əliyev adına 162 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 646 və 647 nömrəli arayışlardan görünür ki, X6 halhazırda həmin məktəbin 11-ci sinfində, X8 isə həmin məktəbin 7-ci sinfində oxuyurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X8 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, Azərbaycan Respublikasında 2020-ci il üçün müəyyən olunmuş yaşayış minimumu (uşaqlar üçün) məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmalarını, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-636/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 90 (doxsan) manat alimentin həcmi artırılaraq hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşlarına çatanadək) İddiaçı ya ödənilməli, həmçinin Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-636/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 90 (doxsan) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşlarına çatanadək) İddiaçı ya ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1798/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1798/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver