Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1804/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45 000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı ilin fevral ayında etibarən “xxxxxxxxxx” ASC-nin “Dosluq filialında bir neçə dəfə valyuta mübadiləsi etdiym üçün onunla tanış olmuşdur. xx xxxx 2016-cı il tarixdə “xxxxxxxxxx” ASC-nin Dosluq fılalına gələrək illik gəlirlər əldə etmək üçün depozit müqaviləsi bağlayaraq 30 000 (otuz min) ABŞ dolları pul qoymaq üçün müraciət etmişdir. Bu zaman Cavabdeh ona yaxınlaşaraq depozit müqaviləsi ilə qazancın aşağı olduğunu, həmin pulun ona veriləcəyi təqdirdə hər ay olmaqla ayda 1300 ABŞ dolları qazanc verəcəyini bildirdi. O, ona inanaraq həmin məbləği Cavabdeh verdi. Onunla depozit müqaviləsi bağlamasada pul verməyini təsdiqləmək üçün onunla Nərimanov rayonu ərazisində yerləşən notariat kontorunda borc müqaviləsi bağladı. Bundan sonra onun vəd etdiyi kimi xx xxxxx 2016-c ii tarixdə göstərilən bankın qarşısında onunla görüşərək ilk ayın qazancı yəni 1300 ABŞ dollarını ona verdi. Bu qayda ilə növbəti ayda yenə “xxxxxxxxxx” ASC-nin “Dosluq” filialının qarşında ona verdi. xx xxx 2016-cı il tarixdə ələvə gəlir əldə etmək üçün 6000 ABŞ dolları ona verdi. Onun qarşılığında isə 650 manat qazanc verəcəyini vəd etmişdir. 6000 ABŞ dollarını ona verərkən artıq aralarında etibar yaranmışdır. Bu səbəbdən onunla aralarında hər hansı müqavilə bağlanmamışdır. O həmin bankın xəzinədarı olduğu üçün və həmçinin bank rəhbərliyi ilə yaxın qohumluq münasibətlərinin olmasını bildirərək özünə qarşı inam yaratmışdır. 1300 ABŞ dolları və 650 manat qazancları sentyabr aynadək vermişdir. Yənə əlavə qazanc əldə etmək üçün xx xxxxxxxx 2016-cı il tarixdə 8000 ABŞ dolları onun xxxxxxxxxx” ASC-də əyləşdiyi otaqda ona verdi. Bu zaman o, ona həmin məbləğə görə 800 manat qazanc verəcəyini vəd etdi. xx xxxxxxxx 2016-cı il tarixdə həmin bankda xəzinə otağının qarşısında ona 1000 ABŞ dolları məbləğində pul verdi. Həmin məbləğdən ona 120 manat qazanc verəcəyini bildirmişdir. Hesab açmaq üçün o, prosedurları həyata keçirsədə ona kart təqdim olunmamışdır. Bundan sonra zəng edərək aylıq gəlirləri tələb etsə də, o, işə çıxmadığını, bankda yoxlama olduğu üçün işdən kənarlaşdırıldığını bildirərək ona narahat olmamağını bildirmişdir. 2016-cı ilin sentyabr ayında onunla Keşlə bazarının yanında görüşərkən ona bildirmişdir ki, pulları hansısa işə yatırımış və ziyana düşmüşdür. Bundan sonra Azada zəng edən zaman gördü ki, onun telefonu zəng çatmamışdır. Bu vaxt hüquq mühifizə orqanlarına müraciət etməli oldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 1 (101)-918/2017 saylı hökmünə əsasən Cavabdeh ona və digər şəxslərə qarşı dələduzluq cinayətləri törətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü ilə onun törətdiyi cinayət əməli zamanı ona 45 000 ABŞ dolları məbləğində ziyan vurması öz təsdiqini tapmışdır. Cavabdehin bu cür hərəkəti onun əlində olan faydanın çıxmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib və ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Zərəcəkmiş şəxslər İddiaçı və X1 məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiklərindən onlara dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Həmin hökmdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixdə 30000 ABŞ dolları, xx.xx.2016-cı il tartixdə 6000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 8000 ABŞ dolları, xx.xx.2016-cı ildə 1000 ABŞ dolları pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh iddiaçıya müraciət edərək depozit müqaviləsi ilə pulun ona veriləcəyi təqdirdə hər ay olmaqla ayda 1300 ABŞ dolları qazanc verəcəyini öhdəsinə götürmüş, lakin həmin öhdəliyə əməl etməmişdir. Bununla yanaşı, cavabdehin Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi izahatından görünür ki, cavabdeh iddiaçıya borclu oldğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı 45000 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 45000 (qırx beş min) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Ağahümeyn oğluna verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1804/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1804/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver