Məhkəmə qərarları › İş №2(009)-1808/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1808/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1808/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı QSC X1 Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC X1 Təşkilatı Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC BOKT-nın adından “xxxx” MMC-nin icrası direktoru Süleyman Bəkirov ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etdiyi üçün mülki işə xitam verilməsi zərurəti yaranmışdır. Bu səbəbdən mülki işə xitam verilməsi və ididanın təmini tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, AR MPM-nin 261-ci maddəsində işin icraatına xitam verilməsinin hüquqi əsasları müəyyən edilmişdir. Həmin əsaslarda cavabdeh tərəfindən öhdəliklərin icrası əsası ilə işin icraatına xitam verilməsi nəzərdə tutulmamışdır Bu səbəbdən həmin ərizə nəzərə alınmaqla işin icraatına xitam verilməsi mümkün deyil. Məhkəmə digər tərəfdən qeyd edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri üçün, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin hesab edir ki, iddia əriəzsi baxılmamış saxlanıldığı üçün, iddianı təmini tədbiri də ləğv edilməlidir. Bakı şəhər Səbail rayon MƏhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianı təmini tədbiri kimi “Geely CK” markalı ** VA *** dövlət nömrə nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. AR MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığı üçün, eyni zamanda cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etidyi üçün, bununla da avtoamşın üzərində həbsin qalmasına zərurət aradan qalxdığı üçün, həmin avtomaşın üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.6 və263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı QSC X1 Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1808/2020 saylı qərardadı ilə “Geely CK” markalı ** VA *** dövlət nömrə nişanlı avtomaşın üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilməsi və hər hansı formada yüklü edilməsinə dair) ləğv edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar