Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1809/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 90.000 (doxsan min) manat məbləğində pulun və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəməyə vəsatət təqdim edərək İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işin Beyləqan Rayon Məhkəməsində icraatda olan 2(020)-1274/2020 saylı mülki işlə birləşdirilməsi və işin Beyləqan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini icraata götürərək mülki işin hazırlıq iclasını xx xxxxxxxx 2020-ci il tarixə, saat 15-15-ə təyin etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırki iş üzrə cavabdeh Əliyev X5 Rayon Məhkəməsində cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair iddia qaldırmışdır. İddiaçı Cavabdeh iddia ərizəsi Beyləqan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(020)-1504/2019 saylı qərardadı ilə icraata götürülmüşdür. Beyləqan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə iddia ərizəsi məhkəmənin icraatına götürülmüş və hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmənin hazırlıq iclası keçirilmiş və iş üzrə məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Göründüyü kimi ilkin olaraq iddiaçı Əliyev X5 Rayon Məhkəməsində cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə iddia qaldırmışdır. Hesab edir ki, hər iki mülki iş bir-biri ilə əlaqəli olduğuna görə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin iddia ərizələri bir icraatda birləşdirilməli və Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı «pul tələbi» üzrə mülki iş Beyləqan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə mülki işə birləşdirilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, icraatda olan iddia ərizəsində iş üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, ehtimal edir ki, cavabdeh hər ay gəlirdən ona 3000 manat pul təklif etmiş, 2017-ci ilin avqust ayına qədər pulu almış, sonradan mübahisə düşmüş, cavabdeh pulu verməkdən imtina etdiyinə görə mübahisə yolu ilə pulu aldığına görə cavabdeh polisə şikayət etmişdir. Bu səbəbdən 2017-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayına kimi 90.000 manat gəlirdən məhrum olmuş və o, həmin pulu tələb edir. Beyləqan Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə iddia ərizəsinin mahiyyəti ondan ibarətdir ki, cavabdeh çörək sexinin tikintisinə 75.000 manat xərcəldiyinə görə xərclədiyi pulun faizi olaraq məcburi şəkildə ona ödədiyi 28.000 manatı və cavabdeh tərəfindən ofisdə olan seyfi sındıraraq zorla götürdüyü 3.000 manat ona ödənilməlidir. Cavabdeh zor tətbiq etməklə çörək sexində olan seyfi sındıraraq 3000 manat pulu götürdüyünə görə onun barəsində Beyləqan Rayon Məhkəməsinin 1(020)-75/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmlə vurulmuş 3000 manat maddi ziyanla bağlı iddia qaldırmaq hüququ Cavabdeh izah olunmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh, onun nümayəndəsi və vəkili X6 vəsatəti müdafiə edərək mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun vəkili X2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Məhkəmə, iş materiallarını təqdim olunmuş sənədlər əsasında nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1809/2020 nömrəli mülki işlə, Beyləqan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(020)-1274/2020 nömrəli mülki iş biri-biri ilə əlaqəli olduğundan hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair mülki işlə Beyləqan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Odur ki, hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 43, 44, 263‑264‑cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1809/2020 nömrəli mülki iş, Beyləqan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(020)-1274/2020 nömrəli mülki işlə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1809/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1809/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver