Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1812/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit olaraq 120 manat məbləğində tutulan alimentin məbləği artırılaraq, cavabdehdən uşaqlarının saxlanılması üçün hər ay sabit olaraq 239 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 oktyabr 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 09 mart 2008-ci ildə onların X4 adlı qızları doğulmuşdur. Beyləqan rayon Məhkəməsinin qətnaməsi əsasında boşanmış və bu barədə nikahın pozulması akt qeydləri kitabında 07 sentyabr 2011-ci ildə 63 №-li qeyd aparılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2014-cü il tarixli, 2(103)-1296/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda 105 (yüz beş) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(009)-865/2020 saylı qətnaməsi ilə 09 mart 2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin çıxarılmasından indiyə kimi ölkədə xeyli bahalaşma olmuşdur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Hal-hazırda cavabdehdən hər ay tutulan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti (aliment) uşağın saxlanması üçün kifayət etmir. Uşağın 16 yaşı var, ehtiyacları da artıb. İddiaçı heç yerdə işləmir. Uşaq iddiaçının yanında olduğundan onun bütün maddi və mənəvi tələbatlarının təmin edilməsi də onun üzərindədir. Cavabdeh tərəfindən uşağının saxlanması üçün ödənilən aliment məbləği uşağın tələbatlarının tam təmin edilməsi üçün yetərli deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdaiə edərək, iddianınn təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı 2014-cü ildən 2022-ci ilin mart ayına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinfə həqiqi hərbi xidmətdə olub, Cəbrayılın alınmasında iştirak edib, 2-ci qrup əlildir. Tərəflərin uşağı xx.xx.2008-ci il təvəllüdlü X4 talasemiya xəstəsidir, o, 11-ci sinif şagirdidir, Türk liseyində oxuyur, dərs əlaçısıdır, göstəriciləri yüksəkdir, çoxlu sertifikatları var. Uşağın bir arzusu var ki, bu da oxumaq, təhsilini xaricdə davam etdirməkdir. Hal-hazırda bu iddia uşağın özünün təşəbbüsü ilə verilib, belə ki, 2020-ci il tarixdə məhkəmə qətnaməsi ilə üəyyən edilmiş 120 manat sabit pul məbləğində aliment uşağın artan tələbatını ödəmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, o, birinci nikahdan olan qızına kömək etməkdən imtina etmir, lakin onun əmək haqqısı cəmi 740 manat təşkil edir, ikinci nikahından isə 3 azyaşlı uşağı var və 3-cü uşaq xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Onun əmək haqqısından başqa gəliri yoxdur. Ona görə də, alimentin məbləğinin artırılmasına razı deyil. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 206112 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası isə X3. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 304711 nömrəli, xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 07 günündə 63 No ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-865/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan 09 mart 2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X5 İnstitunun xx.xx.2024-cü il tarixli, 3-21-9/2-143/2024 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixindən bu günədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “X5 İnstitutu” publik hüquqi şəxslə baş mütəxəssis vəzifəsində işləyir. Aylıq vəzifə maaşı 740 (yeddi yüz qırx) manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı X4 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-865/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 09 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1812/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1812/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver