Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1819/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "Kia K5 minik" markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobilini qəzaya uğradıb tam yararsız hala saldığı üçün ondan həmin avtomobilə vurulmuş zərərin əvəzi olaraq 8249 (səkkiz min iki yüz qırx doqquz) manatın və dövlət rüsumu qismində ödədiyi 102.49 (bir yüz iki manat qırx doqquz qəpik) manatın, cəmi 8351.49 (səkkiz min üç yüz əlli bir manat qırx doqquz qəpik) manatın nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: “Kia K5 minik" markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobili tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi "Toyota Hilux-minik" markalı, 90HV970 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçələrinin kəsişməsinə çatan zaman Vaqif prospekti istiqamətində dönmək istəyərkən idarə etməni itirmiş və əks zolağa daxil olaraq avtomobilinin sağ yan hissəsi ilə "Changan A05 minik" markalı, 77QE290 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsini vurduqdan sonra avtomobilin ön hissəsi ilə idarə etdiyi “Kia K5 minik” markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılmışdır. Zərbənin təsirindən "Kia K5 minik" markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan hissəsi "Nissan Sunny minik" markalı, 90VM610 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsinə çırpılmışdır. Qəza nəticəsində bədən xəsarəti alaraq xəstaxanaya yatırılmışdır. Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 173-M saylı ekspert rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayət olunan sol aşıq baldır oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsihematoması, sol ayağın 4-cü barmağın dırnaq sədəfinin hissəsi travmatik qopması, burnun, sol saidin sol və sağ diz oynaqlarının sıyrıqlar-küt əşyanın təsirindən törənmişdir, "Yüngül" dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-si Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2025-ci il tarixli, НК-1/615 saylı material üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərarına əsasən Cavabdeh barəsində toplanmış material üzrə cinayət təqibinə xitam verilmişdir. "Exspress Avto" Servis mərkəzində nəqliyyat vasitəsinə ilkin texniki baxış keçirilmiş və avtomobilin aşağıda adları qeyd edilən ehtiyat hissələrinin məhv olduğu və avtomobilə cəmi 11708 (on bir min yeddi yüz səkkiz) AZN dəyərində zərərin dəydiyi qeyd edilmişdir. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin sığortası tərəfindən ona 3459 (üç min dörd yüz əlli doqquz) manat ödəniləcəyi bildirilmişdir. Cavabdeh "Kia K5 minik" markalı, 99OY047 dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu zərərə görə ona 8249 (səkkiz min iki yüz qırx doqquz) manat maddi zərərin əvəzi ödəməlidir. Məhkəmənin hesabına dövlət rüsumu qismində 102.49 (bir yüz iki manat bırx pobbuz qəpik) manat ödəmişdir ki, həmin məbləğ də cavabdehdən alınıb ona verilməlidir. Sadalanan qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh "Kia K5 minik" markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobilini qəzaya uğradıb tam yararsız hala saldığı üçün ondan həmin avtomobilə vurulmuş zərərin əvəzi olaraq 8249 (səkkiz min iki yüz qırx doqquz) manatın və dövlət rüsumu qismində ödədiyi 102.49 (bir yüz iki manat qırx dobquz qəpik) manatın, cəmi 8351.49 (səkkiz min üç yüz əlli bir manat qırx doqquz qəpik) manatın nəfinə tutulması haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsinin 20 iyun 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:52 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi "Toyota Hilux" markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospektində əks zolağa keçməsi nəticəsində X2 idarə etdiyi "Changan A05" markalı ** QE *** dövlət qeydiyyat nişanlı, İddiaçı məxsus “KİA K5” markalı ** OY *** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi "Nissan Sunny-minik” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşması nəticəsində İddiaçı bədən xəsarəti almışdır. - 25 iyun 2025-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət təqibinə xitam verilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. - “X8” tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Kia Optima” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 9288 manat, xidmət 2420 manat, yekun məbləğ 11708 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Kia K5 minik" markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi "Toyota Hilux-minik" markalı, 90HV970 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçələrinin kəsişməsinə çatan zaman Vaqif prospekti istiqamətində dönmək istəyərkən idarə etməni itirmiş və əks zolağa daxil olaraq avtomobilinin sağ yan hissəsi ilə "Changan A05 minik" markalı, 77QE290 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsini vurduqdan sonra avtomobilin ön hissəsi ilə idarə etdiyi “Kia K5 minik” markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılmışdır. Zərbənin təsirindən "Kia K5 minik" markalı, 990Y047 dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan hissəsi "Nissan Sunny minik" markalı, 90VM610 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsinə çırpılmış, nəticədə cavabdeh iddiaçıya məxsus avtomobilə zərər vurmuşdur. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin sığortaçısı tərəfindən iddiaçıya 3459 (üç min dörd yüz əlli doqquz) manat ödəniləcəyi bildirilmişdir. Lakin, qalan məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməli nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehdən ona məxsus “Kia K5” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının avtomobilinə cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. “X8” tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Kia Optima” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 9288 manat, xidmət 2420 manat, yekun məbləğ 11708 manatdır. Məhkəmə qeyd edilən aktı sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, cavabdeh tərəfindən aktda qeyd edilən məbləği təkzib edən sübut növü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, təqdim edilmiş sübutları tədqiq edərək və işin müəyyən edilmiş hallarını nəzərə nəzərə alaraq belə qənaətə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə iddia tələbi həcmində, yəni ödəniləcək sığorta ödənişi məbləği çıxıldıqdan sonra qalıq qalan 8249 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8249 (səkkiz min iki yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 102,49 (bir yüz iki manat qırx doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8249 (səkkiz min iki yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 102,49 (bir yüz iki manat qırx doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1819/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1819/2025
30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver