Məhkəmə qərarları › İş №2(009)-1829/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1829/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1829/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, iddiaçı Babayev İlyas Əlı oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Babayev İlyas Əlı oğlunun Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında bayaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ilin mart ayında Cavabdehn 1500 ABŞ dolları məbləğində borca pul vermişdi. Həmin ilin axırlarına qədər o, borcunu qaytarmağa söz vermişdi. Lakin aradan bir neçə il keçməsinə baxmayaraq bu günə qədər borcunu qaytarmayıb. Dəfələrlə ondan pulu qaytarmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə bundan boyun qaçırıb. 17.07.2020-ci il tarixdə Cavabdeh ona öz əli ilə yazıb qəbz verərək, 1500 ABŞ dolları borclu olduğunu təsdiq etməklə, hər ay 200 manat ödəməklə, borcu bağlayacağına söz vermişdir. Lakin götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Babayev İlyas Əlı oğlu izahat verərək bildirmişdir ki, cavabdehə 2007-ci ilin mart ayında 1500 ABŞ dolları məbləğində borc vermişdir. Həmin ilin axırlarına qədər borcunu qaytarmağa söz vermişdi. Lakin aradan bir neçə il keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Dəfələrlə qaytarmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə boyun qaçırmışdır. 17.07.2020-ci il tarixdə öz əli ilə qəbz yazaraq 1500 ABŞ dolları borcu olduğunu təsdiq etməklə, hər ay 200 manat ödəyəcəyinə söz vermişdi. Verdiyi sözü yerinə yetirmədiyindən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. 1500 ABŞ dolları borc götürmüşdü, lakin 280 manatını əlbəəl vermişdir. 150 manat isə hazırda məhkəmə iclasında ödəyə bilər. Borcu ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 17.07.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 1500 ABŞ dollar borc pul almış hər ay 200 manat ödüyüb bağlayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır(maddə 740.2). Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri yazılı formada rəsmiləşdirildiyindən, iddiaçı yazılı sənədə istinad edərək cavabdehin öhəliklərini yerinə yetirilməsini və qaytarılmamış borcun tutulmasını məhkəmə qaydasında tələb etməkdə tam haqlıdır. Lakin məhkəmə hesab edir ki, məhkəmə iclasında ödənilməmiş borcun 1400 ABŞ dollar təşkil etməsi müəyyən edildiyindən, tələb qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Babayev İlyas Əlı oğlunun xeyrinə 1400 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Babayev İlyas Əlı oğlunun xeyrinə 1400 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar