Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1845/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh X7 iştirakı ilə İddiaçı cavabdeh X10 qarşı “alimentin artırılması və aliment tutulması” tələbinə dair iddiası, X7 cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(009)-1148/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh Kavi oğlundan 09 iyun 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 250 manat, Cavabdeh Kavi oğlundan 09 iyun 2019-cu ildə doğulmuş X8 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 175 manat və uşağın 3 yaşına çatana kimi hər ay əlavə olaraq 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X14 ilə 02.10.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 09.06.2016-cı il tarixdə Əsma adlı bir uşağı doğulmuşdur. Aralarında olan nikah Səbail rayon məhkəmənin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaq onun himayəsində saxlanılmaqla 154 manat aliment və uşaq 3 yaşına çatana kimi əlavə olaraq 50 manat alimentin tutulması qət edilmişdir. Hazırda qızı 3 yaşına çatdığı üçün əlavə ödənilən 50 manat pul kəsilmişdir. Bundan sonra, cavabdehlə yenidən barışaraq ər-arvad kimi yaşamışlar. Birgə yaşadığı müddət ərzində 09.06.2019-cu il tarixdə Hüseynov Ömər adlı ikinci uşağı doğulmuşdur. Cavabdeh könüllü olaraq atalığı qəbul etmiş və uşağa cavabdehin soyadı ilə doğum şəhadətnaməsi almışlar. Hal-hazırda yenə də cavabdehlə ailə münasibətləri pozulub və ayrı yaşayırlar, uşaqlar onun himayəsində yaşamaqla cavabdeh heç bir maddi yardım göstərmir. İkinci uşaq körpə olmaqla o heç bir yerdə işləyə bilmir. Birinci uşağı boyun qabırğası, əsas xəstəliyin ağırlaşması skaleroz ikinci dərəcəli, geçə emikresi xəstəsi olmaqla daimi həkim müalicələrindədir, əməliyyata ehtiyaçı vardır. İki-üç aydan bir müalicələr almalıdır. Müalicə müddətində baseyn, masaj, tok edilməlidir. Hər ay uşağın xəstəliyi ilə əlaqədar 300 manatdan artıq pul xərcləyir. Cavabdeh dövlət səviyyəli sayt işlədir. Xeyriyəci biloqer kimi istiqramda, tik-tokda “Xaqocan” kimi tanınır. Lakin öz uşağı xəstəliyi ilə bağlı atasından yardım istəsə də, uşağına heç bir müalicəsinə köməklik etmir. 2021-ci ildən uşaqların yaşayış minumumu 175 manat müəyyən edilməkə cavabdehdən ikinci uşağın saxlanılması üçün aliment və birinci uşağın saxlanması üçün kəsilən alimentin məbləğinin artırılmasını istəyir. X14 məhkəməyə İddiaçı qarşı atalığın müəyyən olunması barədə qarşılıqlı iddia tələbi təqdim edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehin övladı 09.06.2019-cu il təvəllüdlü X8 atasının o olmamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla ilkin iddia üzrə İddiaçı arasında 02.10.2015-ci ildə qeydə alınmış nikahları Səbail Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İlkin iddia üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, o, birgə nikahlarından dünyaya gəlmiş 09 iyun 2016-cı il təvəllüdlü X2 üçün hər ay məhkəmə qətnaməsi ilə qət edilən məbləğdən artıq pul ödəyir. Onun birinci nikahından dünyaya gələn 24 avqust 2011-ci il təvəllüdlü övladı X3 Qubadlı Rayon Məhkəməsinin 2(28)-382/2013 saylı, 04 dekabr 2013-cü il tarixli qətnaməsi əsasında hər ay 100 manat sabit pul məbləğində aliment ödəyir Göründüyü kimi digər ailə öhdəliyi də var. Özü isə rəsmi olaraq heç bir yerdə işləmir. Bu səbəbdən də, alimentin artırılmasına etiraz edir. 09.06.2019-cu il tarixdə Hüseynov Ömər onların rəsmi nikahda olmadıqları dövrdə dünyaya gəlib. Bu səbəbdən də, tibbi ekspertiza təyin olunması və uşağın bioloji olaraq onun övladı olub-olmaması müəyyən olunmalıdır. Yalnız bundan sonra 09.06.2019-cu il təvəllüdlü Hüseynov Ömərə aliment ödənilməsi məsələsinə baxıla bilər. Məhkəmənin iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək onun rədd olunmasını, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh Kavi oğlu bildirdi ki, onun uşağı olması barədə ekspertin rəyi olduğundan iddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli, 2(009)- 1148/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh Kavi oğlu və X12 arasında 02.10.2015-ci il tarixdə, 2276 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 09.06.2016cı il təvəllüdlü X13 anası X5 himayəsində saxlanılması, Cavabdeh Kavi oğlundan, 28 fevral 2018-ci il tarixdən başlayaraq, 09 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 ödənilmiş, və Cavabdeh Kavi oğlundan, 28 fevral 2018-ci il tarixdən başlayaraq, 09 iyun 2016-cı il təvəllüdlü X13 3 (üç) yaşına çatanadək hər ay 50 manat aliment tutularaq X9 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 294978 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Kavi oğlu və X12 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin sentyabr ayının 18 günündə 164 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 319067 nömrəli 25.07.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09.06.2019-cu ildə doğulmuşdur, atası Cavabdeh Kavi oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 785479 nömrəli 15.07.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 09.06.2016-cı ildə doğulmuşdur, atası Cavabdeh Kavi oğlu, anası İddiaçıdır. İş materiallarında olan 628/2021-MTBŞ nömrəli, 01.10.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X11» X23 ekspertin rəyindən görünür ki, Cavabdeh Kavi oğlunun ekspertizaya təqdim olunmuş X16 adlı uşağın bioloji atası olması təsdiq olunması qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 09 iyun 2016-cı il təvəllüdlü X13 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli, 2(009)-1148/2018 saylı qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2021-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin X13 və X15 hər ay, hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, 09.06.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək cavabdehdən 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğun deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda arvad zəruri vəsaitə malik olan ərdən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı himayəsində azyaşlı uşaq olması ilə bağlı işləmək imkanına malik olmadığından, 09.06.2019-cu il təvəllüdlü X15 üç yaşına çatanadək cavabdeh iddiaçıya aliment ödəməlidir ki, həmin alimentin məbləğini məhkəmə 50 manat müəyyən edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X6 09.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş ) manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı Oktay qızına ödənilməli. Cavabdeh X6 03 noyabr 2021-ci il tarixdən başlayaraq, 09.06.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, 09.06.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək 50 (əlli) manat aliment tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmədə işə baxılan zaman iddiaçının müvəqqəti aliment tutulması barədə ərizəsi təmin edilərək, iş üzrə yekun qərar qəbul edilənədək uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 21 iyul 2021-ci il tarixdən başlayaraq müvəqqəti aliment tutulması barədə Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X6 09.06.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Oktay qızına ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh X6 03 noyabr 2021-ci il tarixdən başlayaraq, 09.06.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, 09.06.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək 50 (əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1845/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1845/2021
03.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver